Üzərliyin faydaları

Qədim zamanlardan günümüzədək üzərlikdən bəd-nəzərdən qorunmaq üçün istifadə edirlər. Onu yandırıb çıxan tüstüsünü nəzərə uğrayan insanın üzərinə tərəf tuturdular. İnanclara görə, üzərlik bədnəzərin düşmənidir. Amma bununla yanaşı, üzərlik həm də sağlamlıq üçün olduqca faydalıdır. 

Bəs bu bitkinin hansı faydaları var?

1. Bu bitkinin əsas faydalarından biri sinir sisteminə müsbət təsir göstərməsidir. O əsəbləri sakitləşdirərək zehni və fiziki gərginliyi aradan götürür, sağlam və dərin yuxunu təmin edir. Bunun üçün bir çay qaşığı qurudulmuş üzərlik otunu 250 qram suda dəmləmək və gün ərzində bir fincan qəbul etmək lazımdır.

2. Mədə və bağırsaqlarda yaranan problemlərdə də üzərlikdən istifadə etmək məsləhət görülür. O bakteriyaları və mikrobları öldürmək gücünə malikdir. Bunun üçün üzərlik toxumlarından hazırlanmış çaya bal əlavə ediləndə daha effektli təsir göstərir.

3. Üzərlik ödqovucu xassəyə malikdir.

4. Qıcıqlanma və sürətli ürək döyüntüləri zamanı 1 çay qaşığı üzərliyin qurudulmuş yarpaqlarını 400 qram suda dəmləyib gün ərzində 2 dəfə yarım stəkan içmək problemi aradan qaldırır.

Üzərlikdən hazırlanmış dəmləmə və cövhərlərdən oynaq ağrıları zamanı da istifadə olunur.

İnanclara inanmasanız da arabir üzərliyi odun üstünə atıb yandırın. Çünki onun tüstüsündən gələn qoxu baş ağrısını azaldır. Tərkbindəki yağların baş ağrısını aradan qaldırmaq kimi bir xüsusiyyəti var.

Bu bitkinin faydalarından yararlanmaq istəsəniz həkiminizlə məsləhətləşməyi unutmayın.
 

0 şərh