Keçmişdən günümüzə - İdman ayaqqabısı

1917-ci ildə Keds brendi tərəfindən ilk rezin altlıqlı ayaqqabılar istehsal edildikdə, reklamçı Henry Nelson McKinney bu yeni səssiz ayaqqabı tərzini İdman ayaqqabısı adlandırdı. İdman ayaqqabısı ingiliscə «sneak» sözündən götürülüb. İlk istehsal edilən idman ayaqqabıları ilə indikilər arasında ciddi fərq var.

İlk idman ayaqqabıları 1800-cü illərdə cinayətkarları sakitcə tutmaq üçün yaradılmış ayaqqabıların yeniliyi idi.

İdman ayaqqabıları ilk dəfə Converse brendi ilə məşhurlaşdı. Converse All-Star ayaqqabıları 1923-cü ildə basketbolçu Chuck Taylor tərəfindən geyiləndə tez bir zamanda məşhurlaşdı. Hal-hazırda Converse ilə yanaşı Adidas, Nike, Puma və Tommy Hilfiger kimi brendlər idman ayaqqabısı mədəniyyətinin görkəmli adlarıdır. Buna baxmayaraq, bir çox marka Converse brendinin All-Star modelini nümunə götürərək yeni modellər istehsal edir. İki idman ayaqqabısı inqilabı edən Adidas ən çox seçilən markalardan biridir. Adidas Superstar modeli ən çox satılan idman ayaqqabıları arasındadır.

1950-ci illərdə Ceyms Din “Rebel Youth” filmində idman ayaqqabısı geyinir və bu tərz ayaqqabılar populyar mədəniyyətin bir parçası olmağa başlayır.

Səksəninci illərdə Hip-Hop musiqisinin meydana çıxması ilə idman ayaqqabılarının populyarlığı sürətlə artdı. Hip-hop musiqisinin qabaqcıllarından olan Run-DMC hər konsertində Adidas brendinin idman ayaqqabısı və idman kostyumları ilə səhnəyə çıxır. Adidas-lı klipləri MTV-də yayımlanmağa başlayanda satışları sürətlə artır və dünyada ilk dəfə olaraq bir ayaqqabı markası musiqi qrupuna sponsorluq etmiş olur. Run-DMC hətta 1986-cı ildə Adidas'a sevgilərini göstərmək üçün «My Adidas» adlı mahnı buraxdı.

İdman ayaqqabıları zamanla inkişaf edir. Misal üçün; «Air Force» modelində Nike ayağına rahatlıq vermək üçün ayaqqabının altını hava ilə doldurub. Başqa bir misal; Reebok brendi «Pump» idman ayaqqabısı. Basketbol üçün istehsal olunan «Pump» model idman ayaqqabılarında nasos var idi, ayaqlarınız yorulanda nasosa basaraq dabanını hava ilə doldura bilərdiniz. Gənclər arasında məşhur olan Maykl Cordan və Andre Aqassi kimi idmançılar belə idman ayaqqabısı geyinəndə bu modellər də “trend”ə çevrilməyi bacarıb. İdman ayaqqabıları skeytbord və BMX kimi idman növlərində də geyinilir.

Müasir dövrdə yeni materiallardan istifadə olunur. Bu yolla daha keyfiyyətli, yüngül və sağlam idman ayaqqabıları istehsal olunur. Yeni idman ayaqqabılarının bəzilərinin dabanında xüsusi gel var. Bu gel 1-2 santimetr qalınlığında olduqda, 4 metrdən 6 metrə düşən yumurtanın zərbəsini udur və onun qırılmasının qarşısını alır.
 

0 şərh