"Cimitero Monumentale" - Məzarlıq yoxsa muzey

Milan şəhərinin iki böyük məzarlığından biri “Cimitero Monumentale”-dir (Monumental Məzarlıq). 1866-cı ildə salınan məzarlığa sıradan “məzarlıqdır” deyib gözardı etmək olmaz. Çünki məzarlıq əslində sənət əsərləri ilə dolu bir açıq hava muzeyidir. Buradakı məzar daşları sizə Yunan-Roma heykəltəraşlığını, Misir daş sütunlarını xatırladır. Məzarlıqda çox sayda qotika üslubunda məzar daşları var. Bu məzarlıqda «Drakulanın qanın dadı» və «Məzara görə» adlı qorxu flimləri çəkilib. Flimin çəklişindən sonra məzarlıqda ruhlar görünməyə başladığı deyilir.

Sözsüz ki, məzarlıqda tanınmış və varlı ailələr dəfn olunub və hal-hazırda da dəfn olunur.

Məzarlıqda kimlərin dəfn edildiyini bilmək, bu ailələri tanımaqdan daha çox, məncə məzar daşlarına və bu sənət əsərlərinə baxmaq daha maraqlı olar. Ona görə də sözü çox uzatmadan Milanın bu cəlbedici muzeyi ilə sizi baş-başa buraxıram.

 

0 şərh