Sağlam yuxu üçün yatmazdan əvvəl istehlak edilməli qidalar

Yuxu keyfiyyətini yaxşılaşdırmaq üçün yatmazdan əvvəl nələrsə yemək istəyirsiniz ? Soyuducunun qarşısında dayanıb gecə aclığınızı doyurmaq üçün yemək axtarırsınız? Gecələr yemək yediyiniz üçün peşmansınız? O zaman bu məsləhətlərə qulaq asaraq gecə yemək yeməyə peşman olmağı dayandırın. Yatmazdan əvvəl yemək

Yatmadan əvvəl və ya gecə gec saatlarda mədəmizdə aclıq hiss edə bilərik. Ancaq yenə də gecə yemək yaxşı bir vərdiş deyil, çünki mədəmiz üçün həmin yeməyi həzm etmək çətin ola bilər. Odur ki, gecə yatmazdan əvvəl yemək yeməli olduğunuzu hiss edirsinizsə, yüngül bir şeylər yeyərək aclığınızı yatıra və sağlam yuxuya gedə bilərsiniz. Bəzi dietoloqlar deyirlər ki, biz yatarkən qan şəkərimizi sabit saxlayacaq, yağ yandırmağa kömək edəcək və yuxu zamanı əzələlərin bərpasına kömək edən qidalar yesək faydalı ola bilər. 

Yatmadan əvvəl yeyə biləcəyiniz meyvələr

Banan

Banan yatmazdan əvvəl yeyilə bilən meyvələrdən biridir. Çünki bananın tərkibində maqnezium və kalium var. Bu da əzələləri rahatlaşdırır və daha rahat yuxuya getməyə kömək edir. O, həmçinin xoşbəxtlik hormonu olan serotonin və daha yaxşı yatmağımıza kömək edən melatonin istehsalını təmin edir. Başqa sözlə, bizi dərin yuxuya hazırlayır. 

Kivi

Kivinin tərkibində C vitamini, fol turşusu və kalium da var. Yatmadan əvvəl kivi yemək həzm sistemini qorumağa, iltihabı azaltmağa və xolesterolu azaltmağa kömək edir. Aparılan araşdırmada yuxu problemi olan insanların yatmazdan 1 saat əvvəl iki kivi yedikləri zaman yuxu müddətinin 13,4%, yuxu keyfiyyətinin isə 5,41% artdığı müşahidə edilib. 

Albalı

Albalı yatmazdan əvvəl yeyilə bilən meyvələr siyahısında ən çox yuxu keyfiyyətini artıran meyvədir. Şirni istəklərinizi azaldır və yatmağınızı asanlaşdırır, eyni zamanda arıqlamağınıza və ya fit qalmağınıza kömək edir. Bəzi araşdırmalar göstərib ki, albalı yuxu keyfiyyətini artırır və yuxu problemlərini azaldır.

Alma

Tərkibində bol lif və C vitamini olan almanı yatmazdan əvvəl yediyiniz zaman bədəninizi və nəfəsinizi rahatladır və rahat yatmağınıza kömək edir. Sizi gecə boyu tox saxlayır. Bundan əlavə, yatmazdan əvvəl yeyildikdə fiziki və zehni yorğunluğu aradan qaldırır və beləliklə, daha asan yuxuya getməyə kömək edir.

Yatmadan əvvəl yeyə biləcəyiniz digər qidalar

Badam

Tərkibində maqnezium və triptofan olan badam bədəninizin rahatlaşmasına və daha yaxşı yatmağınıza kömək edir. Mütəxəssislər yatmazdan əvvəl badam yeməyin sağlamlıq üçün çox faydalı olduğunu söyləyirlər. Yuxu probleminiz varsa, yatmazdan əvvəl badam yeyərək nizamlı və sağlam yuxuya sahib ola bilərsiniz.

Qoz

Qoz melatoninlə zəngindir. Yuxu zamanı ifraz olunan melatonin hormonu yuxunun keyfiyyətini yaxşılaşdırır və yuxunun tənzimlənməsinə kömək edir. Buna görə də gecələr aclıq hiss etdikdə yeyilə bilən faydalı qidalardan biri də qozdur.

Bal

Yatmazdan əvvəl bir az şəkər qəbulu beyninizin daha çox yatmasına kömək edir. Bu səbəblə şəkər tərkibli ən sağlam qida kimi bal tövsiyə edilir. Balın tərkibində qlikogen var, ona görə də yatmazdan əvvəl bal qəbul etmək adrenalin axınının qarşısını almağa və yaxşı bir gecə yuxusu almağa kömək edəcək. Bundan əlavə, balda depressiya ilə mübarizə apara bilən üzvi kimyəvi maddə olan polifenollar var. Ona görə də gecə yatmazdan əvvəl bal istehlak etsəniz, psixoloji sağlamlığınızı da qorumuş olarsınız.

Yulaf

Tərkibindəki melatonin və B vitamini sayəsində yulaf serotonin ifrazını stimullaşdırır və keyfiyyətli, fasiləsiz gecə yuxusu təmin edərək daha yaxşı yatmağınıza kömək edir. Yulaf yuxu/oyanma dövrünüzü tənzimləyən təbii melatonin mənbəyidir.

Qatıq

Yatmadan əvvəl qatıq yesəniz, gün ərzində yediklərinizin həzmini asanlaşdıracaq və sizi rahat bir yuxu ilə təmin edəcəkdir. Gecə yatmazdan əvvəl qatıq yemək şişkinlik yaratmayacaq və sizi daha yaxşı yatmağınıza kömək edəcək əhəmiyyətli miqdarda qida və triptofan kimi amin turşuları ilə təmin edəcək. Həddindən artıq kalori qəbul etməmək üçün yağsız qatıq yemək daha doğru seçim sayılır.

Yatmadan əvvəl içə biləcəyiniz içkilər

Bitki çayları

İçkilər qanla qarışdığı üçün yuxu rejimi baxımından çox daha təsirli olur. Yuxunuzu tənzimləmək istəyirsinizsə, təbii bitki çaylarını seçərək rahat yata bilərsiniz. Rahat yuxu üçün “çobanyastığı çayı, melisa çayı, şüyüd çayı, cökə çayı” kimi rahatlaşdırıcı və faydalı çaylar içmək lazımdır. Bu isti çayları yatmazdan 1 və ya 2 saat əvvəl içsəniz, yuxu keyfiyyətiniz yaxşılaşacaq və özünüzü dərin yuxuda hiss edəcəksiniz.

Süd

Yuxuya getməkdə çətinlik çəkirsiniz? O zaman süddə bol olan kalsium sizə kömək edəcək. Yatmazdan əvvəl bir stəkan süd içmək rahat yuxuya getməyə kömək edir. Süddən aldığınız kalsiumla asanlıqla REM yuxu mərhələsinə keçə və zərərli toksinlərdən xilas ola bilərsiniz . Bundan əlavə, yatmazdan əvvəl süd içsəniz, südün tərkibindəki fermentlər bədəninizə enerji verən zülalların əmələ gəlməsini təmin edəcək və səhər oyandıqda özünüzü çox daha enerjili və fit hiss edəcəksiniz.

Ayran

Hər kəs bilir ki, ayran yuxu problemlərinə yaxşı təsir edir və yuxu gətirir. Gecələr yatmaqda çətinlik çəkirsinizsə və südü sevmirsinizsə, ayran içə bilərsiniz. Yatmazdan bir neçə saat əvvəl bir stəkan ayran içmək rahat yatmağınıza kömək edəcək. Bəzi ekspertlər ayranın sinir sisteminə də təsirli olduğunu iddia edirlər. Yatmadan əvvəl ayran içmək yorğunluğu aradan qaldırır və əzələləri rahatlaşdırdığı üçün sinir sisteminə müsbət təsir göstərir.

 

0 şərh