Həyatın hər bir anından ''Aforizmlər''


İnsanların varlığını təyin edən onların şüurları deyil; tərsinə insanların şüurlarını təyin edən onların varlıqlarıdır. — Karl Marks

Müvəffəqiyyətlərimiz etdiyimiz pis hərəkətlərdən daha çox düşmən qazandırar. -Tomas Cefferson

Yarısını yedikdən sonra əlimizdə bütün bir alma qalmayacağı kimi, zidd tərəflərdən biri olmadan digəri də ola bilməz. — Tommas Edison

Özünüzə edilməsini istəmədiyiniz bir şeyi bir başqasına da etməyin. — Tomas Hobbs

Düşünmədən danışmanın cəzası sonradan düşünməyə məhkum olmaqdır. -Tomas Edison

Əgər digər insanlardan mənim üçün bir şeylər etmələrini gözləsəydim, heç bir şey edə bilməzdim. — İsaak Nyuton

Kürəyindən vurana hirslənmə, ona güvənib arxanı dönən sənsən. — Çariz Bukovski

Bəzən elə birini sevərsən ki, getdiyində ağlayarsan; mahnılara, filmlərə, ona-buna, hər şeyə ağlayarsan. Ağlın başına gələndə də boşa xərclədiyin zamana ağlayarsan. — Çarız Bukovski

Bir qadın, söyləyəcək çox şeyi olduğu halda susursa, kişi artıq bütün şansını itirmişdir. — Pablo Neruda

Adını eşidincə deyil, yanında başqa bir ad eşidincə yanar əslində canınız… -Pablo Neruda

İnsan çata bilmədiyi hər şeyin "dəlisi", çatdığı hər şeyin nankorudur. — Pablo Neruda

Itə verilən bir sümük köməksevərlik deyil. Köməksevərlik, siz də it qədər ac ikən onunla paylaşılan sümükdür. — Cek London

İnsan o qədər çox əzab çəkir ki, bütün canlılar arasında məhz o, məcbur olub gülməyi icad etmişdir. -Fridrix Nitşsye

Çiçəyin tikanı var deyə üzülməkdənsə, tikanın çiçəyi var deyə sevinək. — İohann Höte

Həyatın dadını çıxara bilmirsənsə, dadını qaçıranları həyatından çıxar. — Bob Marli
 

0 şərh