Tövbə

Tövbə nədir?-dönmək,qayıtmaq və ya üz tutmaq.
Elə bir insan yoxdur ki,günah işlətməsin.Rasulullah (s) buyurur “Hər bir Adəm oğlu xəta edəndir. Xəta edənlərin ən xeyirlisi tövbə edəndir.”Şəriətdə tövbə günah işlədikdən sonra, bir daha həmin günahı işləməməyə dair Allaha söz verib bağışlanma diləməkdir.
“Allah tövbə edənləri, pak olanları sevər!” (əl-Bəqərə 222)
Şeytan isə insanın heç günah işləməməsindən daha çox ,onun tövbə etməsindən zərər çəkir.
Tövbənin şərtlərini bu cür sıralamaq olar.
1. İşlətdiyi günahdan dolayı peşman olmaq.

2. Başqa səbəbdən deyil, bunun günah olduğu üçün peşman olmaq,.
3. Allahdan bağışlanma diləmək.
4. Bir daha bu günahı işlətməməyə dair Allaha söz vermək.
5. Bu sözü verərkən qəti qərarlı, əzmli olmaq.
6. Tövbəni ruh hülquma qədər gəlmədən (yəni tam ölüm əsnasında) qabaq etmək.
7 Tövbəni günəşin qərbdən doğub şərqdə batmasından (yəni qiyamət qopmadan əvvəl) qabaq etmək


Hz. Ömər tövbə haqqında bu sözləri deyir: “Günahdan uzaq olmaq tövbədən daha asandır”.
 
 

0 şərh