Pendir

Pendir bildiyimiz kimi süd məhsuludur.Onun tərkibində olan calcii sümüklərin möhkəmlənmsinə kömək edir.Bundan əlavə pendirin tərkinibdə yüksək zülal payı (25 %), yağ (60%-ə qədər) və mineral maddələr (3,5 %-ə qədər) vardır. Pendirin tərkibində olan zülallar insan orqanizimində südə nisbətən daha yaxşı həzm olunurlar. Pendirdə olan ekstraktlar dəmirin həzminə və yaxşı iştahın yaranmasına şərait yaradır. Onun təşkilediciləri orqanizm tərəfindən tam həzm olunur.
Pendirdə A, D, E, B1, B2, PP, C və başqa vitaminlər mövcuddurlar. Yağın tərkibindən asılı olaraq 100 q pendirdə enerji ehtiyatı 200-400 kkal arasında yerləşir. Pendirə həm də südə olan elementlərin konsentratı kimi baxmaq olar:  zülallar, yağlar, mineral maddələr, kalsium, fosfor da daxildir.


Pendirlərin hazırlanması zamanı istifadə edilən südün tərkibi , istehsal prosesi , əlavə olunan dadvericilər, bakteriyalar, köbələklər, sonrakı emalı və yetişmə vaxtından asılı olaraq dadına   görə müxtəlif pendir növləri əldə edilir.

Bundan əlavə bir neçə tikə pendir insanı stressdən uzaqlaşdıra bilər.Əsasən də gecə yatmamışdan əvvəl qəbul edilərsə.Böyük Britanyada aparılan eksprimentin nəticəsində müəyyən olunmuşdur ki,yatmamışdan əvvəl pendir yeyəndə yuxu daha rahat olur,həmçinin qorxulu yuxular görmək olmur.Belə ki,200 iştirakçı yatmamışdan əvvəl 20q pendir yeyiblər.Onların 72%-i bu faktları təsdiqləyib.

Yeri gəlmişkən,mənim holland pendirindən çox xoşum gəlir.Əsasəndə isti yeməklərdə istifadə olunanda.



 
 

0 şərh