Balıq dolması

Keçən dəfə beynimə Salyanlıların hazırladığı məşhur "balıq dolması"nı hazırlamaq düşdü.Bu yemək əsl yay yeməyidir.Yəni yağlı olmayan,ürək vurmayan,turşməzə bir yemək.Bunu hazırlamaq üçün ilk öncə duzlanmış balıq 1 saat suda saxlanılır.Sonra bir bez götürüb,üstünə üzüm yarpaqları yığırıq.Və bunların üstünə 1 saat suda saxladığımız balığı qoyuruq.

İçi üçün isə soğan,alça,pomidor,giləmərzə lazım olur.Giləmərzə xüsusi otdur ki,bunu nanə kimi qurudub,həmin balığın içinə qatırlır.Mövsümə görə içliyə göyəm də doğrayıb qatmaq olar.Şəxsən mən balıq dolmasını göyəm ilə hazırlayanda çox xoşuma gəlir.
Həmin yuxarıda saydıqlarım ərzaqları da doğrayıb,duz istiot,gilərmərzə əlavə edib,balığın içinə qatırıq.



Bunun ağzını məhkəm bağlayıb,hündür bir qazanda buğda bişiririk.


1-1,5 saatdan sonra yemək hazır olur.Bu yeməyi soyuq halda yemək daha yaxşı olur.Çünki bu zaman ərzaqların dadı bir-birinə çıxmış olur.Yanında mütləq ayran olmalıdır.



p.s: Ayranın müəllifi bibim qızıdır.Xiyarlarını bir az yekə doğrayıb))))))))

Oxşar məqalələr

 

17 şərh

ramzes
Giləmərzəni necə əldə etmək olar?
Dior
Bazardan almaq olar.
Elvin85

Səlyanda yay fəslinin ən populyar yeməyi. Üzü payıza qarpız ilə də yemək olur. Amma fərq etməz ayran və ya qarpız ilə yemisən, dolma balıq(Səlyanda bu yeməyə əsasən balıq dolması yox, məhz dolma balıq deyirlər) yedinsə, həmin gün 10 litr su yanında olsun, çünki yediyin balıq «dirilib» su tələb edəcək. :)

Dior
Aha tamamilə doğrudu.Adamı yaman susadır.Elvin deyəsən səhv etmirəmsə siz salyandansız)))
Elvin85
Təbii ki, səhv etmirsiniz :)
Dior
Tanıdım sizi köhnə yumroodan)))
Elvin85
Daha doğrusu rəhmətlik yumroo-dan.:) Joomla blog-dan Wordpress-e (canli) keçən gün özlərinin məhvinə fərman verdilər onlar.  Çünki Wordpress MU sistem qurmaq hər oğulun işi deyil.
bloqçu
Qarpız ilə? maraqlıdır.
Elvin85
Bəli Şəbnəm, qarpız ilə çox maraqlıdır :). Amma ən yaxşısı elə ayrandır, ya da oduq.(Bizim tərəfdə oduq deyirlər, əsl adı bilmirəm nədir-içinə şüyüd və xiyar doğranmış ayran.)
Magicboy

Oduq deyil, oduğdur)) elə əsl adı da odur. Oduğ, balıq dolması, giləmərzəli ayran kulinariya elminin əvəzedilməz kəşflərindən, dür incilərindəndir))) Elə mən də ayranla xoşlayıram. Heç vaxt qarpızla bir şey yeyə bilmirəm.

Elvin85
Bura bax, toyuğ deyil toyuqdur. :) Oduq yazdım ki dil qaydalarına uyğun olsun. :)
bloqçu
Ləzzətli görünür, gərək bişirim))
Dior
Şəbi, canımcun məsləhətdi.Qarpız ilə də ləzzətli olur.Təsəvvür et ki,pendirlə qarpız necə gedirsə,dolmabalıqla da eyni ləzzəti verir.
Dior
Özüm şəxsən sizi bir gün qonaq edəcəm.))))
bloqçu

İnşallah.


Bilirsənee misalı hardan çəkəsən))) mmm...pendirlə qarpız super. Hmm… bu dolma balıqdan mütləq dadmalıyam.

Magicboy
Kayzen artıq tanışlıq saytına çevrilibe. Bloq, çat uşaqları hamsı burda bir-birin tapıb)))) Ehh… Güvəndiyim Kayzen dağları, sənə də «qar» yağarmış)))
Dior
Kim kiminlə tanış olur ki?