Balıq dolması

İnqridientlər:
300 qram balıq əti;
Bir baş soğan
Bir ədəd keşniş
Üzüm yarpağı
Duz, istiot


Hazırlanması:

Bu resept üçün kütüm, suf, və ya ağ balığı seçməyiniz daha məsləhətlidir. Balğın ətini sümükdən ayırmaqla işə başlayırıq. Daha sonra ayrı qabda soğan, keşnişi xırda-xırda doğrayırıq. Soğan və keşnişi balıq əti ilə qarışdırırb ətçəkən maşından keçiririk. Daha sonra bu qarışığa duz-istiot vurub kənara qoyuruq. Ayrı qabda üzüm yarpağının saplağını kəsib qaynar suda pörtürük. Yarpağın hər birinə 25-30 qram balıq qiyməsi qoyub bükürük. Qazana yarım stəkan su əlavə edib bişməyə qoyuruq. 40-45 dəqiqəyə yemək süfrəyə təqdim edilməyə hazırdır.

Nuş olsun!

 

0 şərh