Vicdanımızı itirməyək

Bir gün od, su və vicdan dost olurlar. Aralarından su sizmır.
Bir gün od soruşur:
-Dostlar əgər bir-birimizi itirsək necə tapa bilərik?
Sonra özü cavab verir:
-əgər məni itirsəniz, harda isti yuva, isti qucaq görsəniz, orda tapa bilərsiniz.
Su deyir:
- məni harda çiçəklər, ağaclar, həyat görsəniz orda tapa bilərsiniz.
Vicdan səssiz oturub qulaq asır. Su və od vicdanın bu səssizliyinə çox narahat olur. Bir qədər sonra vicdan cavab verdi:
-Dostlar məni itirməyin. çünki məni itirsəniz, bir də tapa bilməyəcəksiniz.
 
 

17 şərh

2ral
Yazınız maraqlı olsa da,saytın qaydalarını yaddan çıxarmayın. Redaktorda Worddən əlavə et funksiyası var.
fidan
Vicdan itsə bəyəm geri qaytarmaq olmur? Mənə mövzu çatmadı. Bəs tövbə nədir?
Raskolnikov
Vicdan insanı hər zaman doğru yola aparar. Çünki həqiqət hər zaman vicdan varolması ilə ortaya çıxır. Mövzu ibratamizdir. Təşəkkür edurəm
Arzt
Vicdan tövbə ilə qayıtmır.
fidan
Əgər kimsə vicdansızlıq edib pis bir cinayət etsə,lakin həbsxanada səhvini anlayıb tövbə etsə,deməli o yenə də vicdansız qalır?
Arzt
Cinayət törətmək günah etməkdi.Bunu vicdanlı adam da edə bilər.Məsələn:kiçik bir mübahisə nəticəsində ani atdığı addımla.
Vicdansız insan üçünsə he nəyin önəmi yoxdu.O heç törətdiyinə peşman belə olmur.Özünü haqlı sayır.
Wizard
Baxır kimlərdə! Günah işləmisən? Gir kilsəyə, tövbə et! Artıq sən günahsızsan :) Bizlərdə isə bu cür deyil! Nə məscid nə də kimsə(günah işlətdiyin şəxsdən başqa) sənin günahını bağışlamayacaq.Hər şeyin əvəzini görməlisən! Məncə bundan böyük ədalət ola bilməz!Bakirəlik necə qayıda bilərsə, vicdan da elə qayıda bilər! Yəni heç cür!
fidan
Bir yaxşı cavab vermək istəyirəm,amma özümü saxlayıram.Nə də olmasa saytın ideyası və səviyyəsi başqadır. Sözüm odur ki,indiki zamanda dediyiniz məntiqə qalsa vicdan qayıda bilər)))
Wizard
Axmaqlar üçün bəli, siz dediyiniz ola bilər. Amma heç bir cərrahiyə izsiz ötüşmür. Profi adamlar isə hər şeyi bilir! Həmçinin siz niyə fiziki mənada başa düçdünüz. Vicdan mənəvi anlayışdı və bakirəlik də təkcə fiziki anlayış deyil!
Ferbara

«Bir gün od, su və vicdan dost olurlar. Aralarından su sizmır.» Burada suyun sızması bir az adamı çaşdırır.


Vicdan itərsə, iş işdən keçəndən sonra onu axtarmağın mənası yoxdur.

bankir
Yəqin odla vicdanın arasına su özünü soxmaq istəyirmiş:-)
IDEAL
İnsan psixoloji cəhətdən dəyişkən bir varlıqdı. Bəzən etdiyi işin günah olduğunun
belə fərqinə varmır. Lakin bir gün bu hərəkətin vicdansızlıq olduğunu anlayanda
tövbə edir. Tövbə peşimançılıq deməkdi. Əgər insan vicdan əzabı çəkib peşmanlıq
hissi keçirirsə ən əsasıda dəyişibsə onu vicdansız adlandırmaq olmaz. Yox bu hissləri
keçirməyi bacarmırsa deməli adlandıra bilərik.
IDEAL
Vicdan bircə dəfə istifadə olunandan sonra gedən bir şey olsaydı onda dünyada hamı vicdansız olardı.
İsa Peyğəmbər  demişkən «kim günahsızdı birinci daşı o atsın»
Dior
Əgər vicdanın varsa,tövbə edəcəksən,vicdanın yoxdursa,ondan uzaq duracaqsan.
Nailə_Rzayeva
Mənim fikrimcə vicdan özünü idarə etmə, qiymətləndirmə bacarığıdır. Öz əməllərinə görə cavabdeh olmadır. Bu da daim olmur.  Belə bir aforizm var, " Kim ki, təmiz vicdanından danışır, deməli yaxşı yaddaşa malik deyil"
IDEAL
Vicdan elə bir hisdi ki, mütləq fəaliyyət üçün bir səbəb hətda ən xırda günah belə tapıb insanı narahat edir ki,
bundan sonraki addımlarında o səhvi etməsin. Yəni vicdan bir növ boş dayanmağı sevmir. Çünki insan əxlaqi kamilliyə 
can atan bir varlıq olduğundan bu hissin mexanizmi insanı durmadan qüsurlardan təmizləməyə
çalışır. Lakin vicdan əxlaqi qüsurları güzgü kimi əks etdirdiyi üçün bu insanı durmadan narahat edir. 
kastanka
adətən vicdan sakit qalır hər şeyi müşahidə edir.Sadəcə bir iş görməzdən əvvəl vicdana səslənmək lazımdır.Əgər vicdan susursa o zaman  o insandan hər şey gözləmək olar… kstati elə indi bu barədə bir düşük milli serial gedir..«susmuş vicdan»...bax bizim bu seriaılları çəkənlərin toçnı vicdanları susur ki, cammatın beyninə belə şeylərnən təsir edirlər…