Xəstəlik zamanı şikayət etmək düzgündü?

Bir şox insanlar tanıyıram ki,onlar öz xəstəlikləri haqqında danışmağı çox sevirlər.Elə bilirlər ki,bunu danışmaqla kiməsə yaxşılıq edirlər.Və ya bu kiməsə maraqlıdı.Təbii ki,bir xəstəliyə tutulmuş adam,məsələn dostundursa səninlə dərdləşir.Məncə bu başqa.Ancaq elələri var ki,yoxlasan hamıdan sağlamdılar,amma elə hey şikayət edirlər.Maraqlıdı,onlar niyə belə edirlər?Bəlkə istəyirlər ki,diqqət yalnız onların üstündə olsun?
Bir çox psixoloqların fikrincə də belə insanlar,adətən elə də çox xəstəlik daşıyıcısı olmurlar.Sadəcə ətrafdakılardan daha çox diqqət,yaxınlarının onlar haqqında daha çox düşünülmələrin istəyirlər.

p.s:İnsan öz xəstəliyi haqqında danışmağı çox sevir,halbuki,bu onun həyatında ən maraqsız və ən cansıxıcı hadisədir.A.Çexov
 

5 şərh

fidan
Ay Dior,axı sən nə bilirsən mən nə çəkirəm? Belim ağrıyır,ürəyim bulanır,ayağımda yel xəstəliyi,ciyərim xəstə,ürəyim xərçəng,mədəmdə xora,bağırsağım dolaşıb,həkim deyib ki böyrəyimdə daş var, şəkər bir yandan, soyuqdəyməm var deyə boğazım ağrıyır)))
Bunu desəm də indi top kimiyəm)))
IDEAL
Təsadüfən mesajı morqdan yazmamısan?
Dior
Vaxsey səninki şikayət olmadıye,lap qiyamət oldu.
ramzes
Məncə həmişə şükür etmək lazımdı.
bankir
Xəstələr özlərinin vəziyyətini pis göstərməklə elə ümid edirlər ki,kiminsə onlara acınacağı gələcək. İnsanlarda ona görə bu stereotip yaranıb ki,əgər mən xəstəyəmsə,şikayət edirəmsə mənə kömək etməyə millət borcludur.