Uşağımıza peyvənd vuraqmı? (2)

Statistik nəticələr buradadır.
Dövlət peyvəndlənməni məcburi etdirir
Çünki dövlət vətəndaşlarına kütlə halında baxır və aralarında fərq qoymur. Belə bir misal göstərək: Deyək ki, 10 uşağınız var, və onların elə bir xəstəliyə tutulma ehtimalı var ki, 5-i hökmən xəstələnəcək. Peyvənd isə 10% halda özü xəstəlik törədir. Əgər hamısına peyvənd vursanız, onundan biri peyvənddən xəstələnəcək, belə halda birini qurban vermiş olarsınız. Amma, adətən, bizim 1-2 uşağımız olur. Biz də uşağı durduğumuz yerdə riskə atmaq istəmirik.

Digər tərəfdən, xaricdə sığorta firması hesablayıb baxır ki, xəstəni sağaltma xərcləri vurulan peyvəndlənməyə sərf olunan puldan çox olduğu üçün bəri başdan hamını peyvəndləyir ki, xərci çox çıxmasın.

Donuz qripi kimi yalançı hay-küy qaldıraraq, satılan peyvəndlərdən qazanc əldə etmək məqsədləri də olub.

Nə var ki, dünyada çiçək xəstəliyi peyvəndlənmə nəticəsində yoxa çıxıb, indi də səhiyyə təşkilatları istəyirlər ki, bütün məşhur yoluxucu xəstəlikləri yer üzündən silsinlər.

Təsəvvür edin ki, uşaq xəstələndi. O uşağa baxmaq üçün ana işləyirsə, işindən möhlət alıb, evində uşağına baxır, ata işindən icazə alıb uşağı həkimə aparır, həkimin 1 saat vaxtını alırlar. Bəzən dəqiq diaqnoz qoyulana kimi müayinələrə pullar gedir və s. Bu da həm hökümətə, həm də ailəyə bir maddi ziyandır. Günümüzdə həm ana, həm ata işləyən ailələr üçün uşağın xəstələnməsi uşaqdan çox ata-anaya böyük problemdir.

Məxmərək peyvəndinin vurulmasındakı məqsəd uşaqları bu yüngül keçən xəstəlikdən qorumaq deyil. Sadəcə, uşaqlığında peyvənd olunmamış hamilə qadın bu həssas dövrdə məxmərək keçirsə, böyük ehtimalla körpəsi məhv olacaq. Oğlanlara isə ona görə vurulur ki, xəstələnsə qohum-qonşudakı hamilə qadınları yoluxdurma ehtimalı azalsın. Ehtimal var ki, hamilə qadın peyvənd olunmasına baxmayaraq məxmərəyə qarşı hələ də həssasdır. Heç bir peyvənd 100%-li qoruma saxlaya bilməz. Məsələn, ola bilər ki, dəriiçinə vurularkən, iynə dəri altına düşsün və nəticədə immun cavab yaranmaya bilər və s.


Peyvəndlərin tərkibindəki zərərli maddələr:[3]
Thimerosal — Peyvəndlərdəki antiseptik xarakter daşıyan bu maddənin 50%-i civədir. 2000-ci ilə kimi peyvəndlərin demək olar ki, hamısında bu maddə var idi. İndi bəzi firmaların peyvəndlərində bu maddə tərkibdən çıxardılıb. Civənin autizmə bənzər nevroloji problemlərə səbəb olması bilinsə də, bu thimerosal maddəsinin belə kiçik dozalarda da eyni effektə malik olması sübut olunmayıb[1] (vəya ola bilər ki, maraqlı qüvvələr sübut olunmağa imkan verməyib)

Aluminium – Sinir və immun siteminə tərsirləri bilinsə də, peyvənddəki bu dozanın Bakıda yaşayan camaatın içdiyi sudan çox olduğuna inanmıram.

Formaldehid – Həqiqətən zəhərlidir.

Bu zəhərlənmələr şəhər havasındakı zəhərli maddələrin nəfəs alınması qədər, elektromaqnit dalğaların(GSM) və ya sintetik qida maddələrin (Coca-Cola, Jelibon, McDonald’s-ın çörəkləri) təsirləri ilə eyni kanserogen və toksik qüvvəyə malik ola bilər. Fərq ondadır ki, biri qəfildən, digəri isə tədricən öldürür. Maraqlı olan odur ki, bu firma məhsulların ziyanlı olduğunu hamı bilsə də yenə də məhsullarını alırlar.

Buradan valideyn nəticə çıxartmalıdır: əgər uşağına həssas yanaşırsa, qəbul etdiyi qidaların və havasının təmiz olmasını təmin edə bilirsə, onda bu zəhərlər bir məna qazanır və peyvəndin bu risklərini hər zaman göz önündə tutmalıdır.


Peyvənddən sonrakı ölümlər və ağırlaşmalar haqda
Fikir vermişəm ki, peyvəndlərin vurulmasını tərəfini saxlayanlar və qarşı çıxanların əsaslandıqları ölümlərin səbəbi bir çox halda altda yatan allergiya və ya immun zəiflik olur. Valideyn deyir ki, peyvənd vurduq, axşam uşaq öldü, başqa birisi deyir ki, peyvənd olunsaydım qızılcaya tutulmazdım, xəstələnəndən bəri alergiyam var. Əgər bir uşağın bilinməyən bir allergik və ya immun xəstləyi varsa, istər həmin xəstəliyə tutularkən, istərsə də peyvəndlənmə zamanı ölüm ehtimalı eynidir[2].

Digər ağırlaşmalar və keyfiyyəti peyvəndin istehsal edən firmadan da asılıdır. Heç təəccüblənmirəm ki, günümüzdə rus valideynlər uşağına peyvənd vurmağa qorxurlar.

Peyvənddən bir neçə gün sonra yaranan qızdırma isə böyük ehtimalla həmin peyvəndə qarşı yaranan immun cavabdır. Olması, yaxşı əlamət sayılır. Həkimlər üçün belə qızdırmanı salmaq adətən problem yaratmır.

Peyvənd günü – atanın vəya ananın boş vaxtına uyğun gəlməsini gözləməkdənsə, uşağın ən sağlam dövrünə uyğun gəlməlidir. Ağırlaşmaların qarşısını almaq üçün valideynin də öhdəsinə müəyyən vəzifələr [4] düşür.


Peyvənd vurdurmamış uşaqlar niyə xəstələnmir?
Çünki, ətrafdakı peyvənd olunmuş insanlar həmin xəstəliyi keçirtmədiyindən, kimdənsə yoluxacaq şəxs qalmır. Halbuki, yaxın tarixdə epidemiyalar baş qaldırarkən məlum olurdu ki, xəstələnənlərin çoxu peyvənd olunmamış uşaqlardır[5].


Xəstəliklərə yoluxma riskləri
Ortada bir fakt var ki, dünyada peyvəndlənmə başlayandan xəstələrin miqdarı azalıb (vərəm istisna sayıla bilər). Bu uğuru bəziləri peyvəndlə deyil, insanların sanitar-gigyenik səviyyəsinin artması ilə əlaqələndirsələr də, bu əlaqənin zəif olduğu sübut olunub. Misalçün, deyək ki, ailədə 10 uşaqdan 1-i gigiyenik qaydalara əməl etmirsə, və bir gün o uşaq xəstələnsə, onda hava-damcı yolu ilə digər uşaqları çox rahatlıqla yoluxdura bilər.

40 il əvvəl rayondan Bakıya gəlmək üçün hökümət “viza” istəyirdi. İndi isə, ürəyin dünyada hara istəyir 1 günə gedib çıxmaq olur. Belə halda yoluxucu xəstəliklər də qısa müddət ərzində bir ölkədən başqasına keçə bilir. Təbii ki, belə halda İstanbul kimi turistik yerdə yaşayanla Qaraçuxurda yaşayanın riski eyni deyil, amma keçmiş illərə nəzərən hər halda yoluxma riski yüksəkdir. İndi bilmək olmur ki, sabah uşağımız haralara gedəcək, və ya qonşumuz haradan gələcək, özü ilə nə xəstəlik gətirəcək.


Ehtimallara yanaşma
Keçən əsrin islam alimi qorxu hissini izah edərkən başına gələn bir hekayəni danışır:

«Bir zaman mühüm bir şəxs qayığa minməkdən qorxurdu. Onunla bərabər bir axşamçağı İstanbul'dan Köprüye gəldik. Qayığa minmək lâzım oldu. Maşın da yox idi. Sultan Eyyüb'ə getməyə məcbur idik. Təkid etdim.
Dedi: „Qorxuram; birdən batarıq.“
Ona dedim: „Bu Haliç'də təxminən neçə dənə qayıq var?“
Dedi: „Min olar.“
Ona dedim: „İldə neçə qayıq batar?“
Dedi: „Bir-iki dənə. Bəzi illərdə heç batmaz.“
Dedim: „İldə neçə gün var?“
Dedi: „Üç yüz altmış gün.“
Dedim: „Sənin vəhminə ilişən və qorxudan boğulmaq ehtimalı, üç yüz altmış min ehtimaldan bir tək ehtimaldır. Belə bir ihtimaldan qorxan, insan deyil, heyvan da ola bilməz.“
Və əlavə etdim: „Bəs, neçə il yaşamağı təxmin edirsən?“
Dedi: „Mən yaşlı adamam. Bəlkə on il də yaşamaq ehtimalım var.“
Dedim: „Əcəl gizli olduğundan, hər bir gündə ölmək ehtimalın var. Elə isə, üç min altı yüz gündə hər gün vəfatın mümkündür. Gördün, qayıq kimi üç yüz mində bir ehtimal deyil, hətta üç mində bir ehtimalla bugün ölümün mümkündür. Titrə və ağla, vəsiyyət et.“
Ağlı başına gəldi, titrəyərək qayığa mindirdim. Qayıq içində ona dedim: „Cənâb-ı Haqq havf (qorxu) damarını həyatı qorumaq üçün verib, təhrib etməkçün deyil. Və həyatı ağır, çətin və əzablı etmək üçün verməmişdir. Qorxu iki, üç, dörd ehtimaldan biri olsa, hətta beş altı ehtimaldan biri olsa, ehtiyat kimi bir qorxu başa düşüləndir. Fəqət, iyirmi, otuz, qırx ehtimaldan bir ehtimalla qorxmaq hayatı əzaba çevirər.“


Ehtimalları təsəvvür etmək rahat olsun deyə bildirdim ki, Azərbaycanda sağlam doğulmuş uşağın 1 yaşa kimi hər hansı bir səbəbdən ölmə ehtimalı 10000-də 2-dir. Digər ölkələrlə müqayisədə 5 yaşa kimi uşaq ölümü Azərbaycanda 1000-də 34 olduğu halda, Amerikada 8-dir.


Son söz
Bu məqsəd və nəticələrə əsaslanaraq valideyn ehtimalları tərəziyə qoyub ağır gələn qolu görərək qərarını seçməlidir. Ola bilər ki, mən bu günkü nəticələrə görə BCG peyvəndini uşaqlarıma vurmadığım halda, sabah hansısa zəruriyyətdən dolayı vurmağa məcbur qalım. Burada önəmli olan hər iki halda sonrakı peşmançılıq və valideynlərin özünü günahlandırmasıdır: BCG vurulmayan uşağı vərəmdən ölsə və ya əksinə göyöskürək peyvəndindən sonra şoka girərsə bunun bir “alın yazısı” olaraq qəbul etməyi bacarmalıdır.

[1] www.healing-arts.org/children/vaccines/vaccines-mercury.htm#Origins
[2] www.healing-arts.org/children/vaccines/vaccines-dpt.htm
[3] www.rense.com/general59/vvac.htm
[4] articles.komarovskiy.net/privivki.html
[5] www.immunizationinfo.org/parents/why-immunize#footnote7_zsr4i2h

4 şərh

Dr_Həkim
Azərbaycanda tibbin səviyyəsi ilə Amerika ilə müqayisə etmək düzgün deyil. Bizdə uşaq ölümü getdikcə azalacaq.
DrELM
Azalmağına nəyə görə belə əminsiniz?
e1000m
Hörmetli doxtor :), tebii immunun genetik olarak irqkerde ferqi var mı? Çünki  hemile ediqqet etmişem qaraçılarda(çingene) uşaqları soyuqda qarda qışda ayağı çıplaq ama sapasağlamlar. Bu bir yanılma mıdır yoxsa?
DrELM
Həm soyuğa alışqanlıq ilə əlaqəli, həm də «survivorship bias» yanılması ola bilər.