Ana haqqı ödənilə bilməz

8 yaşlı İmran anası şam yeməyi hazırlayan zaman mətbəxə gəlib, ona bir kağız uzadır. Anası yaş əlini silib kağızı alır, orada yazılan bu sözləri oxuyur:
- Həyəti təmizlədim: 3 manat
- Otağımı səliqə-səhmana saldım: 2 manat
- Sənin üçün mağazaya getdim: 1 manat 50 qəpik
- Sən işdə olduğun zaman qardaşıma baxdım: 3 manat
- Zibili atdım: 2 manat
- Məktəbdə yaxşı qiymət aldım: 5 manat
Cəmi borcun: 16 manat 50 qəpik
Ana bir qədər fikrə gedir, sonra qələmi əlinə alıb kağızın arxasına bunları yazır:
- Səni 9 ay bətnimdə daşıdım: Pulsuz
- Xəstə olduğun günlərdə yanında oturub yuxuya getməyini gözlədim və səhərə qədər Allaha dua etdim: Pulsuz
- Öz dəcəlliyin ilə məni göz yaşları axıtmağa vadar etdin, amma səbr edib nazını çəkdim: Pulsuz
- Hər gecə yuxuya getməzdən əvvəl sənin səhərini, sağlam və əməlisaleh olmağını düşünüb Allaha yalvardım: Pulsuz
- İstədiyimi geyinməyib səni gözəl geyindirdim, boğazımdan kəsib səni doyurdum: Pulsuz
- Səni hamıdan çox sevib əzizlədim: Pulsuz
İmran anasını yazdıqlarını oxuyub gözləri yaşardı, sonra qələmi götürüb kağıza böyük hərflərlə yazdı : ANACAN, HAMISI ÖDƏNİLDİ...!
 

0 şərh