Ana haqqı (ibrətamiz hekayə,mütləq oxuyun)

Peyğəmbərimizin (s.a.v.) hüzuruna bir nəfər gələrək belə dedi:
- Ya Rəsulullah,ölüm döşəyində yatan bir gənc var,ona "Lə ilahə illəllah deməsi təqid ediləndə bunu təkrar edə bilmir.
Peyğəmbərimizdə (s.a.v.):
....- Namaz qılardımı?-deyə soruşdu.Adam:
- Bəli,qılardı.-deyə cəvab verdi.Sonra Peyğəmbərimiz (s.a.v.) qalxdı,həmin gəncin yanına getdi və ona:
- "Lə ilahə illəlah de!"-buyurdu.
- Deyə bilmirəm.
- Nə üçün deyə bilmirsən?-deyə soruşanda,gələn adam:
- Anasına qarşı üsyankar idi.-dedi.Peyğəmbərimiz (s.a.v.) isə:
- Anası sağmı?-deyə soruşdur.Ordakılar:
- Bəli,sağdır.-dedilər.Peyğəmbər​imiz:
- Çağırın gəlsin"-buyurdu.Onlar da qadını çağırdılar.
Qadın gəldi və Əfəndimiz (s.a.v.) belə soruşdu:
- Bu xəstə sənin oğlundurmu?
- Bəli, oğlumdur.
- Bax,burada böyük bir od-ocaq qalansa və "Oğluna haqqını halal edərsənsə,onu bu odda yandırmayacayıq.Əgər halal etməzsən həmin odda onu yandırarıq"desələr nə edərdin?
- Ona haqqımı halal edərdim.
- O halda (sənə üsyan edən bu oğlunu cəhənnəm odundan qorumaq üçün haqqını halal edib)ondan razı olduğunu Allahı və məni şahid göstər.
- Allahım,Səni və Peyğəmbərini şahid tuturam.Oğlumdan razı oldum.(haqqımı ona halal etdim)
Peyğəmbərimiz (s.a.v.) xəstə gəncə:
- "Lə ilahə illəllah de!".- buyurdu.Xəstə dərhal şəhadət gətirdi.Sonra Əfəndimiz:
- Allah həmd olsun ki,O,mənim vasitəm ilə bu gənci cəhənnəm odundan qurtardı!-dedi.
 

0 şərh