Sən də özünü tanı!

Özümü tanımaq istədim...
Adəmi tanımağa başladım...Adəmi anlamağa başladım...
Daha qınamadım onu...
Niyə ağaca yaxınlaşdığını, niyə bizim cənnətdən çıxarılmağımıza səbəb olduğunu...
Adəmi azdıran İblis indi də məni azdırır...
Yenə eyni bəhanələrlə: əbədilik və kamillik duyğuları ilə...

Bu günlə yaşamıram. 50-100 il sonranı düşünərək planlar qururam...
Sanki heç bir zaman ölməyəcəyəm...

Bir yanlışım oldumu, bütün doğrularımı tərk edirəm...
Üzülürəm, kədərlənirəm, özüm-özümdən narazı qalıram...
Sonra İblisdən ayrılır və tövbə edirəm...
Eynilə Adəm kimi...
Adəmin rolunu oynayırıq. Hərəyə öz "ağacı" göstərilir və "toxunma!" əmri verilir...

Hər kəs etməyəcəm dediklərini edir. Edir və bundan sonra etməməli olduğunu anlayır...
Biz qəribə insanlarıq. Başqalarına baxıb onların səhvlərini, yanlışlarını asanca görürük...
Lakin özümüzə baxa bilmirik....

Şeytanı tanısaq da onun şirin dillərinə yenə də aldanırıq...
Yenə "CƏNNƏTİMİZDƏN" qovuluruq...
Özümü tanımaq istəyirəm.
Aynanın önündə duraraq məşhur sözləri söyləmək istəyirəm...
Amma bir qədər dəyişərək: "Ayna, ayna! De görək mən kiməm?"

Oxşar məqalələr

 

2 şərh

2ral
Adəmi azdıran İblis Adəmi Həvva azdırıb,İblis yox:)
Ferid_Zeynalli
onu kim deyib qardasim?