Məntiqli suallar

1. İki quzunun biri şimala baxır, o biri cənuba. Başlarını döndərmədən onlar bir-birini görə bilərmi?
2. Qara pişik nə vaxt asanlıqla evə girə bilər?
3. Keçən əsrin ortalarında kim ən böyük papaq qoyurmuş?
4.Acqarına neçə yumurta yemək olar?
5. Almanın yarısı nəyə oxşayır?
 

12 şərh

luminat
iki quzu qabaq-qabağa duranda mümkündür.Bir-birlərinin gözlərinə baxır yəni.
Fianda
doğrudur luminat.afərin.
ORIGINAL

4.Acqarına 0 dənə yumurta yemək olar.Qabığını soymalısan heç olmasa))


5.Almanın yarısı ulduza bənzəyir...

Fianda
ORİGİNAL cavablarının ikisi də səhvdir.
ORIGINAL
FİANDA amma mən həqiqətən bu sualların cavabını belə bilirdim.Eyib etməz,canin sağ olsun))
Fianda
Mən bu sualları Məntiq sualları kitabından yazmışam.Bir az da gözləyək,düzgün cavabları tapan olmasa özüm yazaram cavabını.onda səhvini görərsən sən də…
ORIGINAL
oldu,izləyirəm buranı.Amma məncə tapmalıdırlar.uğurlar hamıya…
MASON

3.Başı ən böyük olan)))


4.1 yumurta, o birileri toxqarına olajax)))


5.o biri yarısına)))alma almaya benzer

Nicat_Amazing
Masonun butun cavablari ile razilasiram.2ni bilmedim
MASON
tewekkur edirem)
luminat
qara pişik evə gecə ya da qapı-pəncərə açıq olanda rahat girər
Fianda
Afərin MASON.cavabların doğrudur. Luminat sənə də afərin,qara pişik qapı açıq olanda içəri asanlıqla daxil ola bilər :).