Məntiqli suallar

1. Səbətdəki 5 almanı 5 uşaq arasında elə paylaşdırın ki, almanın biri səbətdə qalsın.
2. Canavar nə vaxtadək meşəyə qaçır?
3. Avtobus Maştağaya yaxınlaşanda yol iki yerə ayrılır: biri Buzovnaya, o biri isə Maştağaya. Yol ayrıcında iki oğlan dayanır. Onlardan biri həmişə doğru, digəri yalan danışır. Avtobus sürücüsü oğlanlardan necə soruşsun ki, Buzovnaya gedən yolu bilsin?
4. Üç almanı iki ata və iki oğul arasında parçalamadan bölüşdürə bilərsiniz?
5. Azərbaycan şahmatçısı Teymur Rəcəbov və rus şahmatçısı Anatoli Karpov çempionatda 5 matç keçirdilər  və hər biri 5 qələbə qazandı. Bu necə ola bilər?
 

13 şərh

BaKiNeC

2-cinin cavabı Canavar elə həmişə meşədə olur.Düzdü?

Zahid_GDMLI
1. sonuncu almanı səbətlə birlikdə ver :)
Zahid_GDMLI

4.baba, ata və ogul olsan olar, iki ata olur iki oğul bu halda =).
digərlərini də mən yazmayım başqalarınada qalsın :P

ORIGINAL
5.Çox güman ki,bir-biri ilə matç keçirməyiblər)))
Nicat_Amazing
5-de yeqin ayrı-ayrı,yəni,başqalarıynan oynayiblar,hamisinda qələbə qazanıblar,olub 5 qələbə.
Fianda
BaKINeCd'n başqa hamının cavabı düzdür.Afərin. 2 və 3cü sualın cavabı tapılmadı. sabaha qədər tapılmasa deyərəm.
girl_moon

2 .Meşəyə çatana kimi)))


5. Yeri gəlmişkən MTN əməkdaşlarının araşdırmalarına görə Karpovun qələbələri hipnoz hesabına başa gəlirmiş, Allah bilir yenə  kimi hərifləyibmiş)))

Zahid_GDMLI
Mence ikincinin cavabı meşenin yarisına kimi, çünki sonra meşeden qaçır,saat meselesi kimi.mence
Fianda
Zahid GDMLI cavab doğrudur.
katana
Salam .   Mence  2-nin cavabi  canavar ovuna catana kimi meseye qacir.3-cu ise avtobus surucusu sorussun ki, Buzovnaya hansi yol getmir? dogru dyen oglan onsuzda dogru deyecek yalan deyen de eksini dediyi ucun, ikisi de Buzovnaya geden yolu demis olacaq.
Fianda
katana elə mən də belə cavab verərdim amma sualları kitabdan yazdığımçun cavab orada başqa cür yazılıb. 3ün cavabı- Sürücü soruşmalıdır:"Əgər mən sənin yoldaşından Maştağaya gedən yolu soruşsam, o mənə hansı yolu göstərər?" Hər iki uşaq cavab olaraq bu suala Buzovnaya gedən yolu göstərəcək.
katana
bes 2-nin cavabi?
katana

artiq bu sualin cavabi verilibmis gormemisdim bagislayin