Həyata bax!

Həyata bax. Nə gözəldi, elə deyilmi? Sən dünyanı olduğu kimi görə bilirsən. Hal-hazırda bu məqaləni oxuyub, nəticə çıxarırsan. Sevdiyin insana saatlarla dayanıb baxa bilərsən. Ancaq "O" isə 35 illik həyatında hələ görə bilmədiyi dünyanın, 2 il əvvəl səsinə heyran olub, üzünü görə bilmədiyi insanın xəyallarıyla yaşayır. Ürəyin darıxdığında durub gəzirsən, istədiyin yerə gedə bilərsən. Kimsənin köməyinə ehtiyacın yox.
Övladın olduğunda onu bağrına basıb, doyunca qoxladınmı? Onun qayğısına qalmaq,hər nazına dözmək nə gözəldi, deyilmi? Bax, "O" bu gözəl hisslərə həsrətdi.
Həyatda qazandığın nə çox uğur, sevincin vardır. Bəzən dəyərini bilmədiyin xoşbəxtliyin vardır. Tanrının sənə verdiyi bu ən qiymətli nemətə görə ona bu gün ibadət edib, şükür səcdəsini yerinə yetirmisənmi?

Həyata bax! Tanrı bizə nə vermiyib ki? Şükürlər olsun! Sübh namazından yarım saat əvvəl oyan, dəstəmaz al və səmanı seyr et. Tanrının bizim üçün sütunsuz yaratdığı göy üzünə və gecələr çıraq kimi yanan aya, ulduzlara bax. Bu hansısa insan əməlidir? Yoxsaa öz-özünə yaranıb? Xeyir! Bu, həqiqətən aləmlərin rəbbi olan Tanrının nemətidir. Yer, göy, bütün aləm Allaha ibadət edir.
BƏS SƏN BU HAQDA FİKİRLƏŞMİSƏN???
 

0 şərh