Qan qrupu nədən xəbər verir?

Partnyorunuzun məhəbbətdə nə qədər ehtirası olmasını onun mənsub olduğu qan qrupu vasitəsilə də bilmək olar. Bu faktı təyin edən alimlər təsdiq edirlər ki, birinci qan qrupu olan insanlar seksual və fəaldırlar. Onlar bir yerdə oturmağı xoşlamır və həmişə öz enerjilərini harasa sərf etməyi xoşlayırlar. Ona görə də intim həyatda da fəal olurlar. İkinci qan qrupuna malik olanlar ciddi və müvazinətlərini saxlaya bilənlərdirlər. Özünü onlara başqa cür göstərə bilməzsən. Yaxınlıq münasibətlərində bir qədər soyuq olurlar.

Üçüncü qrupa mənsub olanlar çox vaxt aldadıcı təsir bağışlayırlar. Onların əlləri həmişə soyuq olur. Amma kənardan sakit və təmkinli görünürlər. Ona görə də özlərinə və ətrafdakılara həmişə tənqidi yanaşırlar. Amma içlərində hissiyat və emosiya aşıb-daşır və hətta yaxınlıq zamanı göz yaşları da axıtmağa qadirdirlər. Dördüncü qan qrupuna aid olanlar hansı sahədə olursa olsun mütləq emosiyalarından bir iz buraxmalıdırlar. Onların daxilində kükrəyən emosiya hissləri bu insanlara əslində onların kim olduğunu sübut etməyə mane olmur. Yaxın münasibətlərdə də həddindən artıq fəaldırlar. Lakin bir bədbəxtçilikləri də vardır ki, fantaziyalarını reallığa çevirmək üçün hər dəfə cürət edə bilmirlər və bu da onları həmişə kənarda qalmağa vadar edir.
Həmçinin bax: Qan qrupu ilə evlənmə arasında əlaqə
 

1 şərh

Arzt
Leyla,maraqlı məlumatdı.Mən özüm 1ci qan qrupuyam…