"Ağıllı" bərbər və "Axmaq" uşaq

İş adamı bir tərəfdən üzünü qırxdırır,bir tərəfdən də bərbəri ilə söhbət edirdi.Bu vaxt bərbərin gözü qapının ağzından keçən üstü-başı sökülmüş uşağa sataşdı.Bərbər iş adamının qulağına əyilib:"Bu uşağı görürsən,dünyanın ən axmaq uçağıdı,inanmırsan bax",-deyə pıçıldadı.Bərbər bunu deyib uşağı yanına çağırdı.Uşaq sakitcə bərbərxanaya girdi.Üzündə axmaq bir təbəssüm var idi.Salamlaşdıqdan sonra bir tərəfdə dayandı.Bərbər bir əlıində beşlik,bir əlində onluq ona yaxınlaşdı vƏ :" Hansını istəyirsənsə,götürə bilərsən",- dedi.Uşaq bir beşliyə,bir onluğa baxdı,sonra da beşliyi götürüb sürətlə bərbərxanadan çıxdı.Bərbər üzünü müştərisinə tutub" Gördüüün?Mən sənə demişdim axı.."- deyə güldü.Bir azdan iş adamı üzünü qırxdırıb küçəyə çıxdı və biraz irelidə öz özünə oynayan uşağı gördü.Yanına gedib niye onluğu yox,beşliyi götürdüyünü soruşdu.Uşaq bu dəfə heç də axmaq olmayan bir təbəssümlə :"Əgər onluğu götürsəm,onda oyun bitər!"-deyə cavab verdi.

 

2 şərh

elshad
deməli uşaq aqillidir
MASON
esl axmaq berberdir)