Sabah dünyanın sonu olsaydı nə edərdiniz?

Amerikada universitetlərdən birində professor dərsə başlayarkən tələbələrinə üz tutub deyir:
-Fərz edin ki, bu gün dünyanın son günüdür. Sabah bu vaxt hər şey bitəcək. Xilas ola bilməyəcəksiniz. Bu gün nə edərdiniz?
-Tələbələr müxtəlif cavablar verirlər:
-İbadət edib Allahdan günahlarımı bağışlamasını diləyərdim.
-Bütün sevdiklərimlə vidalaşardım.
-Vaxtımı ailəmlə keçirərdim.
-Ananma ya da atama baş çəkərdim.
-Dostlarımla əylənərdim.
-Ən sevdiyim yeməyi yeyərdim.
-Meşədə gəzərdim.
-Günəşin doğuşunu və batışını izləyərdim.
-İncitdiyim insanlardan üzr istəyərdim.
-Özümdə cəsarət tapıb onu sevdiyimi söləyərdim. və s.
Müəllim tələbələrin cavablarını bir-bir lövhəyə yazır. Sonra gülümsəyərək deyir:
-Uşaqlar, bunları etmək üçün dünyanın son günü olmalıdır məgər?

P.S. İnsan hər gününü "DÜNYANIN SON GÜNÜ İMİŞ" kimi yaşamalıdır. Bu həyat nə qədər amansız, dünyamız nə qədər qəddar olursa olsun həyatdan zövq almağa, bu həyatı doya-doya yaşamağa çalışaq.Çünki həyat ondan zövq alanlar üçündür…Gəlin bu həyatı elə yaşayaq ki, nə biz bu dünyadan köçəndən sonra başqaları peşmançılıq yaşasın, nə də başqa biri həyatdan köçəndə biz peşmançılıq yaşayaq…
 

4 şərh

ayxansevda
çox bəyəndim. təşəkkürlər. sizi mükafat aldığınız üçün təbrik edirəm. uğurlar.
MASON
təşəkkür edirəm
kulturoloq
çox gözel məqalədir həqiqətən lazımli sonluğu var
girl_moon

Ölüm hər zaman yaxındır ,ağıllı o adamdır ki, azuqə götürüb ölüm çatan zaman hazır olsun.


Allah razı olsun.