Taleh Heydərov kimdir?

O, Azərbaycanın dünyada tanınan gənc simalarındandır

Bu dəfə isə dünyada tanınan daha bir gənc simadan – “Avropa-Azərbaycan Cəmiyyəti”nin (The European Azerbaiyan Society) Tale Heydərovdan yazmaq qərarına gəldik.

Tale Kəmaləddin oğlu Heydərov kifayət qədər gənc olmasına baxmayaraq, müasir dünyagörüşlü şəxsiyyət kimi dünyada tanınır.

Tale Heydərov London iqdisadiyyat məktəbində beynəlxalq münasibətlər və tarix üzrə bakalavr, Birkbek kollecində isə təhlükəsizlik və qlobal idarəetmə üzrə magistr dərəcəsinə malikdir.

Tale Heydərov Azərbaycanı xarici ölkələrdə ləyaqətlə təmsil edir. O, Avropa-Azərbaycan Cəmiyyəti”nin prezidentidir. Cəmiyyətin əsas fəaliyyət istiqaməti Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, ölkəmizi dünyaya daha yaxından tanıtmaqdır. Tale Heydərovun beynəlxalq səviyyəli mərasimlərdə Dağlıq Qarabağa “erməni təcavüzü”, Amerikanın insan hüquqları və demokratiya haqqında hesabatlarında “ikili standartlar” haqqında çıxışlar etməsi və Konqresin Dağlıq Qarabağ anklavına hümanitar yardımı təmin etmək səylərindən şikayətlənməsi Azərbaycanın beynəlxalq arenada daha bir ictimai uğuru kimi də qiymətləndirilə bilər.

Tale Heydərov Azərbaycanın dünyada tanıdılması istiqamətində gərgin səylərini bu gün də davam etdirir. Onun bu günlərdə təqdimatını etdiyi “Qafqazda erməni məsələsi” kitabı da deyilənlərin əyani təzahürü rolunda çıxış edir.

Kitabın təqdimatı zamanı verdiyi açıqlamada gənc Heydərov bildirib ki, rəhbərlik etdiyi cəmiyyətin London, Berlin, Brüssel və Bakıda ofisləri var. Təşkilatın əsas məqsədi Azərbaycanı Avropada siyasi, iqtisadi və mədəni aspektdən tanıtmaqdır: “Siyasi aspektdən tanıtma deyəndə, biz ilk növbədə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünyaya çatdırmağı nəzərdə tuturuq. Bizim nəşriyyatlarımız var, kitab, jurnal, qəzet nəşri ilə məşğuluq. Azərbaycan barəsində «100 suala cavab» kitabı nəşr olunub, hər ay qəzetimiz çıxır, bir sıra Avropa ölkələrinin parlament üzvlərinə paylanır. Xocalı soyqırımı haqqında nəşr etdiyimiz kitab dünyanın müxtəlif universitet və institutlarına paylanıb”.

Qeyd edək ki, Tale Heydərov həm də “Qəbələ” futbol klubunun prezidentidir və Azərbaycan futbolunun inkişafında da yaxından iştirak edir.

Müəllif: Fərrux Xasayoğlu

 

0 şərh