Valideynləri tərəfindən atılan məşhurlar

Stiv Cobs
1955-ci il fevralın 24-də San Fransiskoda dünyaya gəlib. Anası Coanne Şieble, atası Əbdülfəttah Candali Viskonson Universitetinin aspirantları idi. Onların rəsmi nikahı olmadığı üçün övladlarını uşaq evinə verməyə məcbur olurlar. Körpə Paul və Klara Cobs tərəfindən övladlığa götürülüb. Onlar uşağa Stiv adını qoyublar. Klara mühasib, Paul isə sahil mühafizə xidmətinin veteranı və maşinist idi.

Stivə texnologiyanı məhz ögey atası Paul sevdirib. Onlar evin qarajında saatlarla hansısa aləti söküb, yığırdılar. Bu, Stivdə artıq bir hobbiyə çevrilmişdi. Texnikaya olan bu istək, həvəs gələcəkdə Stiv Cobsu “Apple” şirkətinin qurucusu edir. Yeri gəlmişkən, Stiv 27 yaşında bioloji valideynlərini tapır. Onda Əbdülfəttah politologiya üzrə professor, Caanne isə loqoped idi. Cütlük artıq evlənmişdi və Mona adlı bir qızları da vardı. Mona da sonralar Amerikanın yazıçılarından biri olur.
Davamı →

Öldükdən sonra dirilən məşhurlar

1. Adolf Hitler  (1889 – 1945)

Əvvəlcə intihar etdiyini dedilər, səhəri gün alman radioları döyüşlərdə öldüyünü dedilər. Sonra Stalin Hitlerin Argentinaya qaçdığını iddia etdi. Ruslar Hitler və arvadının meyitindən parçalar götürüb ekspertiza nəticəsində onlara aid olduğunu sübut etmişdilər. Buna baxmayaraq sonrakı illər ərzində Hitlerin dünyanın müxtəlif yerlərində görüldüyü iddia olundu. İkinci Dünya müharibəsinin bitməsindən bu günə qədər Hitlerlə bağlı xəbərlər çıxmaqda davam edir.


Ardı →

Rəssam olmayan məşhurların əsərləri

Son zamanlar rəssamların özü yox, şou- biznes adamları, dövlət xadimləri yaratdıqları rəsm əsərləri ilə daha çox tanınmağa başlayır. Yaradılan əsərlər arasında böyük maraq doğuranları çoxdur. Misal üçün, Pol Makkartninin rəsm sərgilərinə çoxlu insanlar gəlir; Silvestr Stallonenin bir rəsmi tam 40.000 dollara, Vladimir Putinin isə bir rəsm əsəri 37 mln. rubl qiymətlərinə satılmışdı. 
Ardı →

Bahalı nişan üzükləri

Ailə quran zaman bəy və gəlinin bir-birlərinə bağışladıqları üzüyə nişan üzüyü deyilir. Adsız barmağa taxılan nişan üzüyü həmin adamın ailəli olduğunu göstərir.
Hələ qədim zamanlardan üzük əbədi sevgi rəmzi olub. Nişan üzükləri modellərinə və qaşlarına görə fərqli qiymətlərdə olur. Dünya ulduzlarının və məşhurların nişan üzükləri də özləri qədər gündəmə gəlir. Onlar bahalı nişan üzükləri ilə göz qamaşdırırlar.
Ardı →

ABŞ prezidentləri haqqında faktlar

Corc Vaşinqton ata minməyi sevirdi. Lakin o minəcəyi atın bütünlüklə təmiz olmasını tələb edirdi və Vaşinqton hətta atın dişlərinin təmizliyini də yoxlayırdı.

Tomas Ceferson öz məzar daşının dizaynını özü yaradaraq onun üçün mətn də yazmışdı. Bu mətndə onun prezident olduğu qeyd olunmamışdı.

Con Kvinsi Adams sübh çağı tez-tez Potomak çayında çılpaq halda üzürdü. O demək olar ki, paltarlarını dəyişmirdi və 10 ildən artıq eyni kostyumu geyirdi.

Endryu Cekson sərt duel həvəskarı idi və duellərin birində o sinəsindən güllə yarası aldı. Cərrahlar çox cəhd etsələr də gülləni çıxarmaq mümkün olmadı və Cekson ömrünün sonuna kimi bədənində bu qurğuşun parçası ilə yaşadı.


Ardı →

Whitney Houston

“Ölüm bizi ayırana qədər...”Whitney Houston

…Adi günlərdən biri. Otaqda sakitlikdi. Döşəmədə uzanmış qadının pıçıltısı bu səssizliyi pozur: “Sevincdə və kədərdə, xəstəlikdə və sağlıqda...”.  Dodağından qan damcılayırdı. Dilində qanın acı tamını hiss edirdi. “Ölüm bizi ayırana qədər...” — pıçıldaya-pıçıldaya dizləri üstə qalxdı. Evin açıq qalmış qapısından ərinin maşına necə mindiyini gördü. Çənəsinin dəhşətli ağrısını hələ indi-indi hiss etməyə başlamışdı. Əri yumruqla çənəsinə zərbə endirmişdi. Uitni çətinliklə də olsa ayağa qalxa bildi, üzünə soyuq kompres qoymaq üçün vanna otağına keçdi. Axı sabah konsertdir, elə etmək lazımdır ki, sabaha kimi üzündəki şişkinlik azalsın. Üzünün göyərmiş nahiyələrini isə vizajist qaydasına salar, axı bu, birinci dəfə baş vermirdi».

“Niyə boşanmırsan, Uitni?”, — bu sualı ona rəfiqələri tez-tez verirdilər.
— “Axı o səni döyür”. Bu sualların qarşılığında Hyuston dərindən nəfəs alır, sakit səs tonu ilə həmişə eyni cavabı verirdi: “Ailə qurarkən bir-birimizin gözlərinə baxaraq and içmişik. Kədərdə və sevincdə, xəstələnəndə və sağlığımızda...”.


Ardı →