Ramiz Rövşən - bağışla....

Səhər ölmək istəyirəm,
Gecə ölsəm, bagışla.
Bilmirəm necə yaşadım,
Necə ölsəm bağışla.

Tanrıdan bəxt borc alsaydım,
Sənə də saxlayardım.
Ağlamagı bacarsaydım,
Sənə gün ağlayardım.

Gizli ölmək istəyirəm,
Xəbər tutsan, bağışla.
Qorxuram unutmayasan,
Yox,unutsan, bağışla.

Qışda ölsəm, qəm eləmə,
Yerim isti olacaq.
Ruhum uç…uç cəhənnəmə
Gedən tüstü olacaq.

Səssiz ölmək istəyirəm,
Səsim gəlsə, bağışla.
Sənsiz ölmək istəyirəm,
Sən də ölsən bağışla...
 

0 şərh