Pique və Puyolsuz Barcelona Arsenalı Nou-Campda necə susduracaq?

Çempionlar liqasının yarımfinal oyunu: Barcelona Arsenalın qonağı olur amma ilk dəqiqələedən özünü evin sahibi kimi aparır.  Bütün Arsenal azərkeşləri bu futbol tamaşasına nəfəslərini tutaraq baxırdılar. Bəlkə də çoxları 60-cı dəqiqədən sonra cütlüyün taleyinin həll olunuğunu düşünürdü. Barcelona kimi komandanın qarşısında 0-2 geri düşmək və geri qayıtmaq asan iş deyildı. Amma son 20 dəqiqədə hər şey birdən-birə dəyişdi. Teo Walcatt bir az da Valdesin səhvindən istifadə edib hesab arasındakı fərqi azaltdı. Bəlkə də həmin an bəxt Arsenalın yanında idi.

Sonra isə Pique sarı kart ilə cəzalandırıldı və ikinci oyunu buraxmalı olacaq. Oyunun bitməsinə beş dəqiqə qalmış şübhəli penalty təyin olundu ve Puyol meydandan qovuldu. Bir çox Barca azerkeşi həmin oyunda Messiyə qarşı da birinci taymda Clichy-nin qaydanı pozduğunu və penalty olduğunu söyləyirdilər. Amma Arsenal çətin işin öhdəsindən gəldi. Şübhəsiz, burda onlara Çelsi və Manuya öz meydanlarında uduzduqları oyunlarda əldə etdikləri təcrübə də kömək etdi. Bütün Arsenal oyunçuları bunu qələbəyə bərabər tuturdular.
Lakin Qvardiola indi çətin iş qarşısındadır. İki əsas müdafiəçisi yoxdur. Pique havada, Puyol sürətdə əlçatmaz idilər. Onların yerinə isə zəif sürətli Gabriel Milito və Markez düşünülür. Üstəlik Arsenal ilə oyunda Pedro zəif təsir bağışladı. Maxvell isə müdafiədə Walcatt-a uduzurda. Son anlarda Puyol köməyə gəlirdi. Abidal zədədən sağalıb ama oyun təcrübəsi yoxdur.

Siz də oyun haqda öz fikirlərinizi bölüşün və təkliflərinizi bildirin.

 

3 şərh

bankir
İdman haqqında ilk postumuz olmasa da(şahmat vardı),futbol haqda illk postdur.Niyə indiyə kimi futbol gözümüzdən yayınıb bilmirəm.
Müəllif də deyəsən bask klubunun fanatıdır:-) Deyəsən özümə həmkarlar tapacam burda:-)

P.S.Yazıda video əlavə etmək və kat qoyulsa yaxşı olar.
2ral
video əlavə olundu.Çılğın rus kommentatoru yaxşı şərh aparır:)
Birinci hisssənin əvvəlində Barsa Arsenalı yemişdi. Arsenal özünə çətinliklə gəlirdi. Bəzi imkanlardan istifadə edilə bilməsə də Zlotan İbrahimoviç dubl etdi. Videoda 02:22-ci dəqiqədə göründüyü kimi Messinin yıxılmasına görə penalti təyin oluna bilərdi.
Barsanın hücum xəttində yaxşı məqamlar onun sürətli olması(Zlotan,Messi,Xavi) çox sürətlə müdafiəçilərdən sıyrılırlar.Amma mənfi məqam qeyri-dəqiqikdir. Elə İbrahimoviçin özü ilk dəqiqələrdə 100 faizlik qol imkanını qaçırmışdı.
P.S.Mən də Barcelona azarkeşiyəm.Yəqin ki,cavab görüşündə hər şey yaxşı olar:)
bankir

Qeyri-dəqiqlik məsələsində razıyam.Düzünə qalsa İbragimoviçin vurduğu qollar da əvvəldən dəqiq zərbəylə vurulmamışdı. Sadəcə sağ küncdən vurulan toplar bəxti gətirib qapıya düşdü. Yəqin ki,hər şey Nou-Kampda həll olunacaq.