Рейтинг
+34.40

Əziz Nesin satirası

20 üzv, 24 topik

Qəhvə və Demokratiya

İki şey var ki, onlar yurdumuzda yetişmir. Biri qəhvə, biri demokratiya. İkisi də bizə xaricdən gəlir. Nə etdiksə yurdumuzda qəhvə yetişdirə bilmədik. Vətənimizin torpağı, havası, suyu qəhvə yetişdirmək üçün əlverişli deyil.

Demokratiyaya gəldikdə isə…
Sözün düzü, onun yetişməsi, inkişaf etməsi üçün əlimizdən gələni etdik. Tariximizə baxsanız, təxminən yüz il əvvəl yurdumuza demokratiyanın toxumları səpilib. Biz illərdir

— Demokratiyamız filiz verdi;
— Gənc demokratiyamız;
— Demokratiyanın cücərtiləri… deyib durmuşuq.

Şükür yetiştirənə, neçə ildir demokratiyanı güc-bəla ilə bu boya gətirdik, bir cücərti oldu.

Yüz ildir bu demokratiya üçün sərf etdiyimiz gücü qəhvə yetişdirmək üçün istifadə etsəydik,  bu gün məmləkət balta girməmiş qəhvə meşəsinə dönərdi.

Zamanında lazım imiş, bilməmişik. Qəhvə toxumu əkmək əvəzinə demokratiya toxumu əkmişik. İndi isə olanlar göz qabağındadır.


Ardı →

Quldurlar

Qazıgöy körpüsündə gənc bir qadın:

— Ay haray!.. Çantam, çantam! Tutun, qaçır!!! – deyə bağırdı.

Qələbəlik bir-birinə qarışdı. Yalın ayaq qaçan bir oğlan körpü pilləkənlərini üç-üç atıla-atıla qaçırdı.

Gənc və gözəl qadın isə sağa-sola dönərək:

— Nə olar ki, onu tutsanız! – deyə yalvarırdı.

Oğru qaçıb gözdən itəndən beş dəqiqə keçməmişdi ki, gənc bir polis, əli çantanı oğurlamış oğrunun çiynində oraya gəldi.

— Çanta kimindir?

Bu qara, təptəzə, böyük bir çanta idi. Gənc və gözəl qadın sevinclə qələbəlik içindən çantaya tərəf atıldı.

— Mənimdir… Sizə çox təşəkkür edirəm.


Ardı →

İnqilab olub

Rəcəb dayı skamyanın üstündə bardaş qurub oturmuşdu. O, iyirmi gündə ən azı iyirmi dəfə danışdığı hekayəsini yenə də şirin-şirin nəql edirdi. O, danışa-danışa, bir əli ilə saqqalını tumarlayır, o biri əli isə cırıq corabından çıxan barmaqlarını ovuşdururdu.

Qəhvəxanadakılar hərdənbir mənimlə zarafatlaşırdılar. İyirmi gün bundan əvvəl məni bu kəndə müəllim göndərmişdilər. Mən kəndə gəlib gördüm ki, burada məktəb yoxdur. Sonra məsələ aydın oldu ki, məni məktəbi olan bir kənd əvəzinə səhvən buraya göndəriblər. İndi yəqin ki, o kənd müəllim, müəllimi olan bu kənd isə məktəb gözləyir. Kəndlilər də elə bilirlər ki, bu səhvi mən etmişəm. Ona görə də mənə sataşıb gülürdülər. Özümü elə aparırdım ki, guya onların məni dolamalarını başa düşmürəm. Bu onların daha da xoşuna gəlirdi.

Mənə kərpic divarının bir tərəfi uçmuş kənd məscidinə bitişik bir otaq vermişdilər. Ora yatandan-yatana gedirdim. Qalan vaxtım isə divarları hisdən qapqara olmuş qəhvəxanada keçirdi. Yolları qar basdığı üçün kənddən gedə bilmirdim.Bu kəndlilər yaman çox danışan adamlar idi. Hər sözün başında ya atalar məsəli çəkir, ya da ibarəli ifadə işlədirdilər. O deyir, bu deyir, sanki atalar məsəli çəkmək yarışına çıxıblarmış kimi durmadan, hey danışırdılar.
Ardı →

Xanım işçi axtarılır

300-400 ofislik iş mərkəzlərinin birində kabineti olan dostuma dəyməyə getmişdim. Otaqda 4 nəfər idik. Bir-iki saat oturduqdan sonra ayıb olmasın deyə -mən artıq gedim,- dedikdə dostum, -hara tələsirsən, otur sonra gedərsən, – deyirdi. Digər iki nəfər də getmək istəyir, dostum onları da oturmağa məcbur edirdi.

Elə bu vaxt qapı döyüldü, dostum:

-Buyurun, – dedi.

İçəriyə elə bir qadın girdi ki, az qalsın dördümüzün də nəfəsi kəsiləcəkdi. Soyuq suya kəllə vuranda saçından ayaq uclarına qədər titrəmə necə gəlir, bax biz də qadını görəndə elə olduq

Hərəsi otağın bir küncündə uzanmış dörd gənc alman zabiti palkovnik içəri girəndə necə sürətlə ayağa qalxırsa biz də qadını görəndə eləcə ayağa qalxdıq.

-Buyurun əfəndim.

-Xahiş edirəm, belə keçin.

-Burda oturun, daha rahat olar xanım…

Dördümüz də qadını öz yanımızda oturtmaq üçün bazarda çığıran satıcılara dönmüşdük.
Ardı →