Rəbbin və Sən!!!

O, varkən tənhalıq quruca kəlmədir. Nə qədərki Ona yaxınsan, tənha deyilsən. Ondan uzaqlaşmağın səni həqiqi tənhalığa sürükləyər.

Unutma! Sənə şəfqət bəsləyən rəbbin var. Sən sahibsiz deyilsən. O, səni və başqalarını  şəfqətlə tərbiyə edir. Hər kəsi mərhəmətinin ağuşunda bəsləyir. O, səni sevdiyi üçün yaratdı. Səni sevərək yaratdı. O, sənin var olmağından xoşhaldır. Sənin varlığın Ona yük deyil. Bir fikirləş: böyük bir alovdan kiçik bir zərrə ayrılsa, nə əskilər? Yaşamağın Ona ağırlıq etməz. Səni bəsləmək, böyütmək Ona çətin deyil. Səndən yalnız və yalnız verdiklərinə təşəkkür etməni istəyir. Bununla O, səni verəcəyi sonsuz və əbədi nemətlərlə müjdələyir. Sən Ona nankorluq etsən də, üzərindən qüdrət əlini çəkmir. Sən Onu untsan da, O, səndən küsmür. Yalnız və yalnız xatırlamağını istəyir. Gözləyir. Səbrlə gözləyir... Anadan olduğun gün...
Rəbbinə sığınDünyaya gəldiyin gün  hamı üçün adi bir gün idi. Sən yox idin. Yox olduğunu özün belə bilmirdin. Dünyaya gəlməsəydin belə, heç kim yoxluğunu düşünməyəcəydi.  Səni nə  gözləyən olacaqdı, nə də həsrətini çəkən. Valideynlərin belə sənin yoxluğundan təsirlənməyəcəkdilər. Sən yoxsan deyə, heç kim qəm-qüssəyə batmayacaqdı. İstəsən, dünya "tarixini" doğulduğun gündən qabaqkı və sonrakı olmaqla iki yerə böl. Dünyaya gəlmədən qabaq səni heç kim xatırlamadığı halda rəbbin səni yada saldı. Sənin mövcudluğunu ilk əvvəl O sevdi.
Sən yoxluğunun fərqində  olmadığın bir vaxtda, O, sənin mövcud olmanı istədi. Başqaları səni doğulduğun gündən sonar xatırladılar.  Əks təqdirdə sən heç kimin yadınadüşmürdün. O, səni yada saldı. Ən çox unudulmaq  kədərə qərq edir bizi. Bəzən elə olur ki, öz-özümüzə: "Yox olum, amma unudulmayım", - deyə fikirləşirik. Unudulmaq heç olmaqdan ağır gəlir bizə. Yəni, hər bir ağrı-acıya dözən ürəyimiz unudulmağın dəhşətinə tab gətirə bilmir. Məhz bu anda daxilimizdə bir səs baş qaldırır: "Sənin bu dünyadakı mövcudluğunun səbəbkarı - o Uca Rəbb unutqan deyildir!" Çox vaxt müasir maddi və mənəvi vasitələr ruhun yaralarına məlhəm olmur, qəm-qüssəni, sıxıntını rəf etmir. Halbuki rəbbin səndən unutduğun şeyləri xatırlayaraq, yaralarını sağaltmanı səndən istəyir. Bəli, Onun yolu xatırlamaq yoludur. Elə isə sən həmişə Onun xatirindəsən. ONU UNUTMA!
 

0 şərh