Tarixin əhatə etdiyi mövzular
Tarix keçmişdə cərəyan edən hadisələrin nəqli olduğundan, çox genişdir. Buna görə tarix elmində bütün şöbələriylə kamala çatmış bir tarixçi göstərmək çox çətindir. Tarix, hadisələrin cərəyan etdiyi yer və ölkələr baxımından coğrafiya elmini, insanla əlaqədar olduğu üçün sosiologiyanı, bizdən əvvəlkilərin məlumat və tapıntılarını da nəql etdiyi üçün riyaziyyat, tibb, hüquq, fəlsəfə, əxlaq kimi elmlərin ümumiləşdirmələrini də əhatə edir. Hətta bütün elmlərin incələnməsi eynilə tarixçiliyi tələb etdiyindən elmlər tarixinə də uzanır.
Davamı →