Рейтинг
+30.56

Public relations

22 üzv, 33 topik

Siyasətdə və dövlət təşkilatlarında PR

Siyasi PR-də bir inkaredilməz tezis var: seçicinin namizədlə birbaşa əlaqə saxlamaq, bilavasitə ünsiyyət yaratmaq imkanı son dərəcə məhdud olduğundan, namizədin imici, obrazı, ekrandakı və ya qəzet səhifəsindəki şəkli onun seçiminə böyük təsir göstərir. Riçard Niksonun nitqlərini yazan Rey Prays bu seçimi namizədin obrazı ilə seçici arasında gedən «kimyəvi prosesin nəticəsi» adlandırır. Doğrudan da, əslində seçilən — şəxsin özü  deyil, onun obrazıdır, çünki seçicilərin 99 faizinin namizədlə bilavasitə ünsiyyətdə olmaq imkanı yoxdur. Burada şəxs deyil, onun ekrandakı görünüşü; namizədin necə olması deyil, onun necə görünməsi və seçicilər tərəfindən necə qəbul edilməsi əsas rol oynayır. Odur ki, imicmeyker də öz müştərisini yox, onun haqqındakı təəssüratı dəyişməyə və ya sadəcə gücləndirməyə çalışır. O başa düşür ki, seçici istənilən siyasətçini daim öz ideal namizəd və ya prezident obrazı ilə müqayisə edir.
Davamı →

Biznesdə PR

İlk PR kompaniyaları məhz bizneslə, xüsusilə maliyyə institutları ilə bağlı olub. ABŞ-da ilk ümummilli PR təşkilatı 1915-ci ildə Çikaqoda yaranıb. O zaman yeddi bank sahibi Maliyyə Reklamı Assosiasiyası adlı bir təşkilat təsis etdi — indiki anlamda PR adlandırdığımız biznes o vaxt «yüksək səviyyəli reklam»  kimi başa düşülürdü.
Bank işində  PR -nin hava, su kimi vacib olması sadə bir məntiqlə izah olunur: əmanətçilər vəsaitlərini saxladıqları banka etibar etməlidirlər. Bu etibarı isə PR işini düzgün qurmaqla əldə etmək olar. Təsadüfi deyil ki, mətbuatda dərc olunan PR materiallarının böyük hissəsini bankların maliyyə hesabatları təşkil edir.
Davamı →

İctimai əlaqələr üçün vacib olan elm sahələri

İctimai əlaqələr başqa kommunikativ elm sahələri ilə sıx bağlıdır. Nəzərə alsaq ki, ictimai əlaqələr  müəyyən mənada gələcəyin elmidir, onda cəsarətlə bütün mövcud kommunikasiya elmlərini bu sahəyə tətbiq etmək mümkündür.
  • Kommunikasiya nəzəriyyəsi. İctimai əlaqələrin ən ümdə vəzifəsi müəyyən xarakterə malik informasiyanı cəmiyyətdə yaymaqdır. Buna nail olmağın müxtəlif yolları mövcuddur. Məsələn, bu məqsədlə cəmiyyətdə sayılıb-seçilən «fikir liderləri»ndən» istifadə etmək yaxşı nəticələr verir, çünki kütlə yalnız daha çox məlumatı olanlarla ünsiyyətdən sonra bu və ya başqa hadisəyə münasibətini dəyişir. Çox vaxt stereotip  təsəvvürlər müəyyən bir ideyanı qəbul etməyə mane olur. Bu zaman yeni  stereotiplər yaradıb onları cəmiyyətə «yeritməyə» ehtiyac duyulur.

Davamı →