Рейтинг
+2.67

Tanınmış aktyorlar və aktrisalar

10 üzv, 87 topik

Səməndər Rzayevin ömür yolu

Çox qədim bir əfsanə var — Səməndər adlı quş həmişə oda yanır, yanır, amma heç vaxt ölmür. Özünü odlara yaxmaq onun yaşamaq yanğısıdır, yanır və yaşayır. O vaxt ölür ki, yaxılmağa od tapmır.
Ləqəbi “Aktyor” olan Səməndər 
Atası adını Səməndər qoydu, taleyini Tanrı verdi. Tanrı yazdı ki, Səməndər aktyor olacaq, sənəti üçün əbədi odlara yaxacaq özünü.  Səhnədə, kinoda  misilsiz obrazlar yaradacaq, heç vaxt süni, ürəksiz oynamayacaq. Dublyajda da ürək qoyacaq.  Onun səsində başqasının obrazı elə canlanacaq ki, elə bil  Səməndər Rzayev özü oynayır, oynayan aktyor onun səsində əriyib itəcək. Sənəti üçün belə yandığına görə cəmi 41 il yaşayacaq.
Davamı →

Sevdiyi kişiyə görə səhnədən gedən “Nəsimi”nin Şəmsi

1949-cu ildə köhnə Bakının sıx məhəllələrindən birində, hələ sakinlərin bir-birinin sevincinə biganə qalmayan, kədərinə şərik olan gözəl vaxtında bir qız dünyaya gəldi. Adını Almaz qoydular, Almaz Əsgərova. Yəqin bu ad sizə heç nə demədi. Elə isə bir nağıl danışım.
Biri vardı, biri yox idi, Bakının yüzlərlə, minlərlə gözəlləri arasında bir qız da vardı. Bu qız istər zahiri görkəminə, istərsə də təbiətinə görə bütün başqa qızlardan fərqlənirdi. Həm də çox istedadlı idi. Bu istedad onu Ə. Əzimzadə adına rəssamlıq məktəbinə gətirdi. Gözəl rəsmlər çəkirdi, müəllimləri onun böyük rəssam olacağına şübhə etmirdilər.

Davamı →

Amaliya Pənahova | Kino sənətimizin əbədi imzası

Aktyor kino sənətinin, kinematoqrafın güzgüsüdür. Əslində tamaşaçı aktyor vasitəsilə rejissoru, pordüseri, ssenari müəllifini, kameramanı, bir sözlə hamını görür. Hər şey aktyorun özünü ifadə vasitəsi, əsas fikri çatdırmaq imkanı və ən əsası yaşama məktəbindən asılıdır. Məktəb birdir, sadəcə hər aktyora bu məktəbə öz izini qoymağı nəsib etmir. Üstəlik elə aktyorlar olur ki, zaman dəyişəndə, onlar yeni zamana, hətta cürətlə deyirəm müasirliyə adaptasiya olmur.
Davamı →

Hacı İsmayılov

72 filmə çəkilib, onların içinə televiziya tamaşaları da daxil olmaqla. Azərbaycan kino tarixinə, mədəniyyətinə bir Mustafa rolu ilə də düşə bilərdi. Mustafa müəllim demək kifayətdir ki, aktyor Hacı İsmayılovun Mustafa üçün Tanrı tərəfindən biçilmiş siması göz önündə canlansın.
“Müharibə vaxtı dünyaya gəlmişəm, 1944-cü ilin yanvarın 22-də, amma dünyaya gələndə bilmirdim müharibə gedir.  Çətin, amma uşaqlığım olduğu üçün çox maraqlı illər idi. Bütün günü o daş küçələr, qala divarlarının üstü, Xan sarayı bizim oyun meydançamızdı. Top tapılmırdı, köhnə corabları bir birinin içində yumrulayıb top düzəldərdik. Çox xoş xatirələrdir. Hərdən imkan düşəndə gedib o küçələrdən keçirəm, xatırlayıram o günləri.
Davamı →

Həvəskarlar dərnəyindən böyük səhnəyə

O, 60 il sənət üçün yaşayıb, səhnəni sevib.
Onu sənət dünyasının əbədiyaşar sənətkarı adlandırırlar. Xalq artisti Möhsün Sənani milli aktyorluq sənətimizin, teatr və kinomuzun inkişafına layiqli töhfələr verib. Möhsün Sənani geniş yaradıcılıq imkanlarına malik aktyor kimi seçilib. Onu xalqa sevdirən bənzərsiz sənətkarlığı, fitri istedadı ilə yanaşı, gənc nəslə daim qayğı ilə yanaşması olub.
 Möhsün Sənani 1900-cü ildə Tiflisin "Şeytanbazar" məhəlləsində anadan olub. Sənani onun təxəllüsüdür, əsl soyadı Cəfərovdur. Erkən yaşında ata-anasını itirən M.Sənani nənəsinin himayəsində qalıb.

Davamı →

Səyavuş Aslanın xanımı Ofeliya Aslan

Ofeliya xanım 1939-cu il yanvarın 27-də Bakının Saray kəndində Xalq artisti, aktyor Rza Əfqanlı və ilk qadın teatr rəssamı, Xalq rəssamı Bədurə Əfqanlının ailəsində doğulub. Atası əslən Güney Azərbaycandan olsa da, bütün həyatı Bakıyla bağlı olub. Sərab şəhərində nökərçilik edən Rza Əfqanlı Bakıda çəkməçi işləyib, hərbi xidmətdən sonra isə dram dərnəyinə yazılıb. Anası Bədurə Əfqanlının yolusa elə əvvəldən rəssamlıq olub. Cütlük dəfələrlə ayrılıb, barışıblar. Ömürlərin sonunda isə ayrı yaşamağı qərara alıblar.
Davamı →

Heç bir təhsili olmayan aktrisa

“Bir cənub şəhrində” filmində Mənsurə, “Görüş”də Səlminaz, “Tütək səsi”ndə Suğra xala, “Yeddi oğul istərəm”də Qəqəninin nənəsi, “O qızı tapın”da Səyyarə və daha neçə-neçə ekran əsərində özünəməxsus obrazlar yaradan aktrisa...
Xarakterik rollar yaradan, gənc yaşlarında dövrünün çətinliklərinə baxmayaraq, səhnəyi çıxmağı bacaran Süsən Məcidova...
Süsən Məcidova 1916-cı ildə Bakıda doğulub. Cəmi dördillik ibtidai təhsil ala bilən aktrisa səhnəyə ilk dəfə 1929-cu ildə, dram dərnəyində çıxıb. Tezliklə tamaşalardakı kütləvi səhnələrdə iştirak edib, epizodik rollar canlandırıb. Daha sonra əsas rollarda çıxış etməyə başlayıb.
Davamı →

Ramiz Novruzov

İnsanın müxtəlif hallarının, fərqli ovqatlarının şahidi olandan sonra onun insanlığı haqda təsəvvür formalaşır. Daha doğrusu, təsəvvür belə formalaşarsa düzgün olar. Onu həmişə gülərüzlü, xoşsimalı görmüşəm, amma kövrəlməyinin də şahidi olmuşam, insanları şənləndirməyinin də, sevincinin də, kədərinin də. Bircə hirslənməyini bilmirəm. Hərdən mənə elə gəlir ki, Ramiz müəllim heç hirslənmir. Səhnədə müxtəlif obrazlarına baxmışam, ailədə oğula-uşağa, qıza-nəvəyə, xanımına münasibətini görmüşəm. Elə bil hirslənəndə də onu zarafatla ifadə edir, mən belə şahidi oldum. Görmüşəm ki, el şənliyində zabitlər onu – general Həzi Aslanovmuş kimi əhatəyə alıblar. Ramiz Novruzov həmin anda özü olmayıb elə Həzi Aslanova dönüb.
Davamı →

Ələkbər əminin nağılı

Balaca qızcığaz ağzını açıb yeməyini yemək istəmir. Anası deyir ki, yeməyini yeməsən Ələkbər əmi bizə gəlməyəcək. Axı, o gün tamaşada sənə dedi ki, yeməyini ye, bir gün sizə gəlib anandan soruşacam, yemisən, ya yox. Qız dərhal ağzını açıb həvəslə yeməyə başlayır.  
Bakıda əslən Gəncədən olan Adıgözəl adlı bir kişi  yaşayırdı. Xanımının adı Yaqut, yeganə övladlarını adı Ələkbər idi.  Adıgözəl kişi  Bakı dəmir yolunda maşinist işləyirdi. Cavanlığında ixtisasca həkim Yaqutun xəstəsi olmuşdu, soyuqdəyməsi canından çıxandan sonra isə Yaqutun “xəstəsi”nə çevrilmişdi. Onun üçün oxuduğu “Həkim qız” mahnısının sehrinə düşən Yaqut Adıgözələ necə vurulmuşdusa, bu məhəbbət evliliklə nəticələnmişdi.
Davamı →

Səhnəmizin Rüstəm bəyi

Rubrikamızda vaxtilə Azərbaycanda məşhur olmuş adlı-sanlı simalar barəsində arxivlərimizdə toz basmış materiallara işıq salınacaq. Tariximizdə iz qoymuş bu şəxslər bəlkə də yaşlı nəslin yadından çıxmayıb, amma orta və gənc nəsil onlar haqqında ya çox az bilir, ya da məlumatlı deyil.
Bu səbəbdən də arxivlərdə qorunan materialların dərc olunması kimlər üçünsə gərəkli sayıla bilər.
Ağasadıq Gəraybəyli… Bu ad indiki orta və yaşlı nəslin nümayəndələrinə yaxşı tanışdır. Çox da uzaq olmayan keçmişdə televiziya ekranlarından izlədiyimiz, oturub maraqlı söhbətlər edən köhnə Azərbaycan kişisinin, əsil-nəcabətli bəyin baməzə danışıqlarını, duzlu zarafatlarını yaxşı xatırlayırıq.

Davamı →