Рейтинг
+2.67

Tanınmış aktyorlar və aktrisalar

10 üzv, 87 topik

Doğum və ölüm günü bir yerdə qeyd olunan aktrisa

Mətbu orqanlarda belə bir informasiya getmişdi: “Xaçmaz yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Ənvər Həsənovun idarə etdiyi maşın aşıb, nəticədə sərnişin Möminat Qurbanova yerindəcə keçinib”.
Quru, ürəksiz informasiyaları sevmirəm, çünki həmin anda onu deyən aparıcı, yazan jurnalist gündəlik işini görür, heç ağlına da gəlmir ki, bu acı xəbərin arxasında neçə-neçə yıxılmış talelər, qaralmış dünyalar durur. Bu dəfə də elə oldu. Buzovnada sadə bir ailədə dünyaya gəlib Möminat xanım.

Davamı →

Mən bu yolu tutub getməliyəm

Anastasiya Aleksandrovna Vertinskayanın 75 yaşı tamam olub. O, paytaxt Moskvanın  tanınmış doğum evində dünyaya göz açıb. Moskvanın peşəkar tibb müəssisəsi yalnız yüksək vəzifəli şəxslərin və mədəniyyət xadimlərinin qadınları üçün idi. Nastya da bu müəssisədə təsadüfən doğulmamışdı.
O, kinoaktrisa və rəssam Lidiya Sirqvavanın və şəxsi mahnılarının ifaçısı, dünya və sovet estradasının əfsanəsi, şair Aleksandr Nikolayeviç Vertinskinin ikinci qızı idi. Hələ oktyabr inqilabından əvvəl «Qara Pyero» səhnə imicini yaratmış estrada xadimi Vertinskiy vətəndaş müharibəsi ərəfəsində sərhədin o tayına yollanır. Bir çox rus elm və incəsənət xadimindən fərqli olaraq, o, şüurlu olaraq və siyasi motivlərə görə mühacir olmamışdı. Sonralar öz memuarlarında yazırdı ki, sovet hakimiyyəti ona heç bir pislik etməyib, özü macəra və səyahət arzusunda imiş.

Davamı →

Rasim Balayevin həyat hekayəsi

Tanrının ali məxluq kimi yaratdığı insan ömür boyu yanlışlıqlar edir, səhvlər və onları guya düzəltməyə çalışmaqla keçir ömrümüz. Bir səhvimiz də ondadır ki, sevdiklərimizdən olduqları kimi deyil, bizim istədiyimiz kimi görünmələrini tələb edirik. İnsan övladının hər birində hansısa istedad, qabiliyyət olur. Nə xoş o kəsə ki,  yerindədir.  İndi söhbət açacağım şəxs də istedadlıdır,  illər uzunu öz qabiliyyəti sayəsində sənətinin peşəkarına çevrilə bilib, öz yerindədir, həm də olmaq istədiyi yerdə. Biz isə ondan öz sahəsində deyil, tamam başqa bir istiqamətdə qəhrəman olmasını istəyir və səhv edirik. Bu səhv həm onu itirməyimizə, həm də adamın özünün özünü itirməsinə gətirib çıxara bilər…
Davamı →

Səməndər Rzayevin ömür yolu

Çox qədim bir əfsanə var — Səməndər adlı quş həmişə oda yanır, yanır, amma heç vaxt ölmür. Özünü odlara yaxmaq onun yaşamaq yanğısıdır, yanır və yaşayır. O vaxt ölür ki, yaxılmağa od tapmır.
Ləqəbi “Aktyor” olan Səməndər 
Atası adını Səməndər qoydu, taleyini Tanrı verdi. Tanrı yazdı ki, Səməndər aktyor olacaq, sənəti üçün əbədi odlara yaxacaq özünü.  Səhnədə, kinoda  misilsiz obrazlar yaradacaq, heç vaxt süni, ürəksiz oynamayacaq. Dublyajda da ürək qoyacaq.  Onun səsində başqasının obrazı elə canlanacaq ki, elə bil  Səməndər Rzayev özü oynayır, oynayan aktyor onun səsində əriyib itəcək. Sənəti üçün belə yandığına görə cəmi 41 il yaşayacaq.
Davamı →

Şəfiqə Məmmədova

Azərbaycan kinosunun tarixində aktrisaların arasında sənətin zirvəsini fəth edən xanımlardan biri də odur. Onun oynadığı rolların hər biri örnək və nümunədir. «Bizim Cəbiş müəllim», «Ad günü», «Dədə Qorqud», "İstintaq" və eləcə də digər bədii filmlərində yaratdığı obrazlar hələ uzun illər insanların yaddaşından silinməyəcək.
Bəli, bu xanım sıradan bir aktrisa deyil, Azərbaycan kinosunun inkişafında misilsiz xidmətləri olan bir sənətkardır…
Davamı →

Sevdiyi kişiyə görə səhnədən gedən “Nəsimi”nin Şəmsi

1949-cu ildə köhnə Bakının sıx məhəllələrindən birində, hələ sakinlərin bir-birinin sevincinə biganə qalmayan, kədərinə şərik olan gözəl vaxtında bir qız dünyaya gəldi. Adını Almaz qoydular, Almaz Əsgərova. Yəqin bu ad sizə heç nə demədi. Elə isə bir nağıl danışım.
Biri vardı, biri yox idi, Bakının yüzlərlə, minlərlə gözəlləri arasında bir qız da vardı. Bu qız istər zahiri görkəminə, istərsə də təbiətinə görə bütün başqa qızlardan fərqlənirdi. Həm də çox istedadlı idi. Bu istedad onu Ə. Əzimzadə adına rəssamlıq məktəbinə gətirdi. Gözəl rəsmlər çəkirdi, müəllimləri onun böyük rəssam olacağına şübhə etmirdilər.

Davamı →

Amaliya Pənahova | Kino sənətimizin əbədi imzası

Aktyor kino sənətinin, kinematoqrafın güzgüsüdür. Əslində tamaşaçı aktyor vasitəsilə rejissoru, pordüseri, ssenari müəllifini, kameramanı, bir sözlə hamını görür. Hər şey aktyorun özünü ifadə vasitəsi, əsas fikri çatdırmaq imkanı və ən əsası yaşama məktəbindən asılıdır. Məktəb birdir, sadəcə hər aktyora bu məktəbə öz izini qoymağı nəsib etmir. Üstəlik elə aktyorlar olur ki, zaman dəyişəndə, onlar yeni zamana, hətta cürətlə deyirəm müasirliyə adaptasiya olmur.
Davamı →

Hacı İsmayılov

72 filmə çəkilib, onların içinə televiziya tamaşaları da daxil olmaqla. Azərbaycan kino tarixinə, mədəniyyətinə bir Mustafa rolu ilə də düşə bilərdi. Mustafa müəllim demək kifayətdir ki, aktyor Hacı İsmayılovun Mustafa üçün Tanrı tərəfindən biçilmiş siması göz önündə canlansın.
“Müharibə vaxtı dünyaya gəlmişəm, 1944-cü ilin yanvarın 22-də, amma dünyaya gələndə bilmirdim müharibə gedir.  Çətin, amma uşaqlığım olduğu üçün çox maraqlı illər idi. Bütün günü o daş küçələr, qala divarlarının üstü, Xan sarayı bizim oyun meydançamızdı. Top tapılmırdı, köhnə corabları bir birinin içində yumrulayıb top düzəldərdik. Çox xoş xatirələrdir. Hərdən imkan düşəndə gedib o küçələrdən keçirəm, xatırlayıram o günləri.
Davamı →

Səyavuş Aslanın xanımı Ofeliya Aslan

Ofeliya xanım 1939-cu il yanvarın 27-də Bakının Saray kəndində Xalq artisti, aktyor Rza Əfqanlı və ilk qadın teatr rəssamı, Xalq rəssamı Bədurə Əfqanlının ailəsində doğulub. Atası əslən Güney Azərbaycandan olsa da, bütün həyatı Bakıyla bağlı olub. Sərab şəhərində nökərçilik edən Rza Əfqanlı Bakıda çəkməçi işləyib, hərbi xidmətdən sonra isə dram dərnəyinə yazılıb. Anası Bədurə Əfqanlının yolusa elə əvvəldən rəssamlıq olub. Cütlük dəfələrlə ayrılıb, barışıblar. Ömürlərin sonunda isə ayrı yaşamağı qərara alıblar.
Davamı →

Həvəskarlar dərnəyindən böyük səhnəyə

O, 60 il sənət üçün yaşayıb, səhnəni sevib.
Onu sənət dünyasının əbədiyaşar sənətkarı adlandırırlar. Xalq artisti Möhsün Sənani milli aktyorluq sənətimizin, teatr və kinomuzun inkişafına layiqli töhfələr verib. Möhsün Sənani geniş yaradıcılıq imkanlarına malik aktyor kimi seçilib. Onu xalqa sevdirən bənzərsiz sənətkarlığı, fitri istedadı ilə yanaşı, gənc nəslə daim qayğı ilə yanaşması olub.
 Möhsün Sənani 1900-cü ildə Tiflisin "Şeytanbazar" məhəlləsində anadan olub. Sənani onun təxəllüsüdür, əsl soyadı Cəfərovdur. Erkən yaşında ata-anasını itirən M.Sənani nənəsinin himayəsində qalıb.

Davamı →