KİNO: Quduz Köpəklər (Reservoir Dogs)

"....Yox, hamınıza deyəcəm bu mahnı nə barəsindədir. Bu mahnı oğlanları əlcək kimi dəyişən bir əxlaqsız qız haqqındadır. O artıq illərnən, səhərdən-axşama kimi bu işlə məşğul olur. Lakin bir gün o doğrudan da çox güclü bir oğlanla tanış olur. Bu oğlanla olmaq ona əsl həzz verir. Və o özünü bakirə kimi hiss edir. Ona görə də mahnının adı belədir - Like a Virgin. Oğlanla olanda o ağrı hiss edir, bu ona həzz verir - lap bakirə kimi".
Yalnız bir nəfər ilk filmini belə sözlərlə başlaya bilərdi.....



Reliz:                    1992
Rejiisor:                Quentin Tarantino
Ssenari:                Quentin Tarantino
Baş Rollarda:         Harvey Keitel, Michael Madsen, Tim Roth, Steve Buschemi, Chris Penn və başqaları

Quentin Tarantino kasıb oğlan idi. Onun heç professional təhsili də yox idi. Lakin o Əsl Sevgi (True Romance) filminin ssenarisini satmağa müvəffəq olur və qazandığı 30.000 dollara ilk filmini çəkməyə hazırlaşır. Filmin rejissoru, ssenaristi və prodüseri olmaqla yanaşı o baş rollardan birində də çəkilmək istəyir. Bu ərəfədə dostu və ko-prodüser Laurence Bender ondan soruşur: "İmkanın olsaydı filmdə kimi çəkərdin?" Tarantino tərəddüdsüz: "Harvey Keitel" deyir. "Məncə bunu təşkil etmək olar, mənim aktyorluq müəllimimin həyat yoldaşı Keitel'i şəxsən tanıyır". Yaxın tanışlıq deyil, lakin Quentin ümüdünü itirmir. Ssenarini vasitəçilərlə sevdiyi aktyora ötürür. Bir neçə gündən sonra aktyor özü ona zəng edir: "Mən bu filmdə bir şərtlə iştirak edəcəm...  filmin prodüseri özüm olacam". Və budur!!! filmi çəkmək üçün Tarantinonun 50-qat çox pulu var - 1.5 milyon dollar! Üstəlik Harvey Keitel baş rolda.


Filmin ssenarisinə görə Joe Cabbot adlı veteran cinayətkar əvvəllər qarşılaşmamış və bir-birini tanımayan 6 nəfəri bir yerə yığaraq ideal basqın həyata keçirməyi planlaşdırır. Hədəf zərgərlik dükanıdır. Təcrübəli oğrular ilk dəfədir ki, belə metodla işləyirlər, lakin onlar Joe'ya etibar edirlər. Çoxları onu artıq uzun illərdir tanıyır, üstəlik Joe'nun oğlu da onlara kömək edir.

Tarantino filmi çəkənə kimi ömrünün çox vacib hissəsini kino-prokat salonunda klerk kimi işləyirdi. Hər həftənin müəyyən günü o eyni mövzulara aid olan kinoları prokat dükanının mərkəzinə yığıb dükanda bu günü həmin mövzu ilə əlaqələndirirdi. "Western" filmləri günü, Qorxu filmləri günü, Retro filmləri günü.... Qarət filmləri günü. Məhz həmin gün onun ağlıa belə bir fikir gəldi. Qarətin özünü göstərməyən lakin bu mövzuda olan film! Kinoda hadisələr qarətdən əvvəl və sonra baş verənləri əks etdirəcəkdir. 

- Siz bir-birinizi tanımırsınız, və tanımağınıza da ehtiyac yoxdur, bir-birinizə özünüz haqda heç nə demirsiz, adınız, ailə vəziyyətiniz və ya gözəl Sankt-Peterburq gecələri barədə yalnız işi bitirdikdən sonra danışa bilərsiz. Bir-brinizi fərqləndirmək üçün isə sizə aşağıdakı "adları" verirəm: Mr. Brown, Mr. White, Mr. Blonde, Mr. Blue, Mr. Orange və... Mr. Pink.
- Niyə mən çəhrayı oldum?
- Çünki, arvad-sifətsən, razı qaldın?!



Tarantino Mr. Pink rolunu original olaraq özü oynamaq istəyirdi. Lakin Harvey Keitel'in maliyyə təklifindən sonra rola professional aktyor dəvət etməyə imkanı çatdı. Özü isə Mr. Brown rolunu mənimsədi. Filmdə o özünü oynayır, heç bir rol yaratmır. Film ərzində biz bu personaj haqqında çox az öyrənirik. Yalnız onu başa düşürük ki, o özünü musiqi dahisi  bilir, və düşünür ki. musiqinin sözlərində özündən başqa heç kəsin başa düşmədiyi mənanı tutur. Madonnanın "Like a Virgin" mahnısını özünəməxsus tərzdə izah edən "Brown" həmkarları tərəfindən ciddi qarşılanmır.



Keitel filmi maliyyələşdirdiyindən istədiyi rolu özü seçir və Mr. White olur. Əslində bu rol üçün
Quentin ağlında James Woods'u tutmuşdu və filmin ssenarisini aktyorun agentinə göstərmişdi.   
Süjeti bəyənməyən agent onu Woods'a göstərməmiş tullayır. Woods bu barədə yalnız bir neçə il 
sonra, Tarantino ilə şəxsən tanış olduqdan sonra xəbər tutur və bunun sabahısı günü onun agenti  
yeni iş axtarmaqla məşğul olur.

Mr. White oğruların arasında ən təcrübəlisi sayılır və filmin əvvəlində bizə məlum olur ki, onlar
Joe ilə bir-birini lap çoxdan tanıyır. O hamıdan səbrlidir və heç vaxt panikaya düşmür. Oğru ko-
deksinə riayyət edir və acımasızlığına görə Mr. Blonde'dan sonra gəlir


Mr. Blonde filmin ən xarizmatik qəhrəmanıdır. Lakin Michael Madsen'in yaratdığ bu obraz    
anadangəlmə sadistdir. Heç bir filmdə siz ondan pis oğlan görməmisinz. Əsl adı Vic Vega olan
bu qəddar cani polisə mizantropdan da çox nifrət edir. 2 il sonra Tarantino "Kriminal Qiraət"
(Pulp Fictional) filmində bizə Vic'in qardaşı Vincent Vega'nı (John Travolta'nın ifasında) təq-
dim edəcək.


Tarantino yenə original olmağa çalışır və qarətçilərdən birinin roluna əsl qarətçini çağırır. Mr.
Blue rolunu ifa edən Edward Bunker, həyatının böyük hissəsini cinayətkar kimi keçirib. Uzun il-
lər türmədə məhbus həyatı yaşayan "aktyor" həbsxananı tərk etdikdən sonra xatirələri əsasın-
da kriminal əsərlər yazmağa başlayır və uğur tapır. Bundan sonra isə o, televiziyada kriminal     
proqramlarının aparıcısına çevrilir.

Lakin onun filmdəki rolu o qədər də geniş olmur. Mr. Blue yazlnız bir neçə dəfə ağzını söz
demək üçün açır. Qarətdən əvvəlki və sonrakı taleyi film boyu geniş açıqlanmır. 


Filmdə Mr. Orange rolunu ingilis aktyor Tim Roth canlandırır. Orange tez-tez başqalarının sözünə girişir, lakin özü heç vaxt söhbətə başlamır. Hələ qarətdən əvvəl White'la dostlaşan oğru qarət vaxtı yaralanır və filmin sonuna kimi tamaşaçı onun yerdə uzanıb qan itirməsinin şahidi olur.

Adından razı qalmayan Mr. Pink'i filmdə Steve Buschemi oynayır. Mr. Pink filmdə, ən çox danışan, ən isterik personajdır. Uğursuz aktyor olan Buschemi filmlərin birində sınaqdan keçir, lakin onu dəvət etmirlər. Həmin sınaqların videolenti Tarantinonun əlinə düşür və "köhnədəbli geyimdə həyasız oğlan" personajını bəyənir. Aktyorla görüşəndə ona aydın olur ki, əslində bu heç də personaj deyil, Buschemi'nin özüdür. Filmdə çəkildikdən sonra, italo-amerikan aktyor Hollivuddan ardıcıl təkliflər almağa başlayır.

Filmin əvvəlində bir-biri ilə ideal anlaşma tapan bu qəhrəmanlar, planları istədiyi şəkildə baş tutmayanda bir-birindən şübhələnməyə başlayırlar. Qarətçilərin aralarında bir nəfərin hamıdan fərqli məqsəd gütdüyü fikri ortalığa çıxır və bu qızğın müzakirə obyektinə çevrilir. Bəziləri artıq bir yerdə işləməklərinin səbəbini unudaraq, xainin kim olduğunu üzə çıxartmaq istəyirlər. Bu onlara məlum olanda artıq çox gec ola bilər.....



Tarantinonun filmi birdən-birə tanınmır. Bəziləri kinoteatrlarda filmə yarımçıq baxdıqdan sonra, gördükləri zorakılıqla dolu səhnələrdən narazı halda zalı tərk edirlər, tənqidçilər isə bunun qeyri-professional çəkildiyi rəyə gəlirdilər. 1994-cü ildə Kriminal Qiraətin uğurundan sonra rejissorun debüt filmi maraq dairəsinə düşür, və layiqli şöhrətini taparaq kult statusu qazanır.



* Mətnin yazılmasında copy-paste prinsipindən istifadə olunmamışdır.

* Müəllifin icazəsi olmadan mətndən istifadə etmək qadağandır.
 

8 şərh

Leyla
Kinonun traileri də olsa super olar=)
kastanka

Tarantino super bir rejissordur.ÇOx özünəməxsus ,orijinal dəsti-xəttinə görə çox xoşuma gəlir filmləri.Bİr insan kimi də onu çox yüksək dəyərləndirirəm.Əsl istedaddır.


Onun Robert Rodriqezlə işləri də olduqca maraqlıdır.


 

Türkəl
Maraqlı bir fakt: Amerika Kino İşçilərinin Həmkarlar İttifaqının qanununa görə, hər hansı bir kino işçisi öz işinə görə qonorar almırsa onun adı filmin titrlərinə düşə bilməz. Bir-birinin filmlərində təmənnasız işləyən iki dost — Quentin və Robert, adlarını titrə salmaq üçün hər dəfə bir-birinə 1 dollarlıq çek yazırlar.
tenqo
Sən lap canlı sinemapediyasan :) Əla fakt idi, çox xoşuma gəldi.
papatürk
Mən Kventin Tarantino deyəndə yadıma Kill Bill filmi düşür.
Türkəl
Mənsə Quentin Tarantino deyəndə Mr. Orange'ın yerdə qan içində uzanıb, qulağı kəsilmiş Marvin Nash'a baxaraq «I'm f*king dying, can't you see? I'm f*king dying!» deyə qışqırması yadıma düşür.
Magicboy

Tarantinonun çəkdiyi ən məşhur kino «Pulp fiction»dır. Xüsusən, Üma Türmanla Travoltanın birlikdə olan səhnələri superdir. Heç vaxt yorulmuram baxmaqdan. «Girl, you'll be a woman soon» məşhur mahnısı da ordadır. Türkəl, ona aid bir mövzu yaz da. Əgər vaxtın varsa...

Türkəl

Turmanla Travoltanın səhnəsində Chuck Berry-nin «You can never tell» mahnısından istifadə olunur, filmin əsas soundtreki isə yunan xalq mahnısı olan Misirlou-nun müasir variantıdır. Sounderklərdən həmçinin «Son of a Preacher-man» və «Bullwinkle Part II»-ni qeyd etməyə dəyər.


Reservoir Dogs-da gözəl soundtrek yığımı ilə fəxr edə bilər. filmdə istifadə olunmuş «Little green Bag» və «Stuck in the middle» çox gözəl mahnılardır. Həmçinin Aygün Kazımovanın iştirakı ilə Benetton firmasının məhşur reklamında (huka-çaka) istifadə olunmuş «Hooked on a feeling» mahnısını da dinləməyə dəyər.