Qidalandırıcı resept - MYUSLİ

Səhər yeməyi üçün bu qidanı sınaqdan çıxarın. Çox şübhəsiz o, bütün ailənin zövqünə uyğun olacaq.

 

       MYUSLİ

        İnqrediyentlər:

      1/2 kq herkules.

      1 stəkan şəkər tozu.

      50 qr. üyüdülmüş kokos

      1 stəkan buğda kəpəyi.

      1/3 stəkan ərik qurusu.

      1/3 stəkan çərdək və saplaqlarından təmizlənmiş kişmiş.

      1/3 stəkan badam və ya qoz-fındıq.

      1/3 stəkan su.

      1/3 stəkan bitki yağı.

      2 stəkan qovrulmuş qarğıdalı.

     Hazırlanması:

    1. Qarğıdalı və kişmişdən başqa bütün quru inqrediyentləri qabda qarışdırın.

    2. Yaxşıca qarışdırılmış yağla suyu əlavə edin.

    3. Hazırladığınız qarışıqdan hər tavaya üç stəkan tökərək, azacıq qızdırılmış duxovkaya qoyun. Qarışıq quru, xırçıltılı hala gələnədək vam odda qızardın. Hər 10 dəqiqədən bir qarışdırın. 

    4. Qarışığı duxovkadan çıxarın, böyük qaba tökərək yaylaşdırın, yaxşı külək tutan yerə qoyub soyudun.

    5. Qovrulmuş qarğıdalı və kişmişi əlavə edin. 

    6. Ağzı yaxşı bağlanmış paket və bankalarda saxlamaq lazımdır.

    7. Soyuducudan kənarda saxlama müddəti 1 aydır. 

    8. Süfrəyə süd (isti və ya soyuq), meyvə salatı, yoqurt və sokla vermək olar. Yaxud tort və piroqların yuxarı səthinə səpmək olar. 

    Myusli qidalandırıcı ərzaqdır və uşaqlar onu xüsusilə sevirlər.
 

2 şərh

asel
biraz mürəkkəb oldu deyəsən