Molla Nəsrəddin

***
bir gün padişah Molla Nəsrəddindən soruşur: Molla de görüm mən öləndə cənnətə gedəcəm, yoxsa cəhənnəmə? Molla Nəsrəddin padişahdan qorxmadan:- Məncə cəhənnəmə gedəcəksiniz padşahım. Padşahın əsəbdən saqqaları titrəmiş.Bu vəziyyətini görən Molla:- əsəbləşməyin padşahım. mən sizin cənnətə getməyiniz çox istəyərdim, amma cəlladlarınız qılıncları ilə günahsız öldürülən insanlardan cənnət dolmuşdur. Cənnətə sığa bilməyəcəyiniz üçün cəhənnəmə gedəcəyinizi söylədim.
***
Bir gün Molla Nəsrəddin toyuqları qəfəsə doldurub bazara aparacaqmış. ağzına qədər dolu olan qəfəsi götürüb yola qoyulur. Yolda qəfəsə bir göz atmaq istəyir. Bu istidə toyuqları qəfəsdə aparağa yazığı gəlir. Düşünür ki, qəfəsi açıb toyuqları buraxsın, bazara qədər arxasında aparsın. Qəfəsi açan kimi toyuqların hərəsi bir tərəfə qaçır. bu işə canı çox sıxılan Molla əlinə taxta parçası alıb xoruzu qovmağa başlayır:
- Səni namuzsuz,səni! Gecə yarısı səhər olduğunu bildiyin halda, gündüz vaxtı bazarın yolunu niyə bilmirsən?
***
Molladan soruşurlar:
-Ay Molla niyə hər sabah insanlar fərqli- fərqli səmtlərə gedirlər?
Molla cavabında:
- Egər insanlar eyni səmtə gedərlərsə dünyanın müvazinəti pozular!!!
 

0 şərh