Adam ol, atan kimi eşşək olma!

Osmanlının məşhur tarixçi Əbdürrəhman Şərəf Bəy, Galatasaray Litseyində tarix dərsləri keçirmiş. Əbdulhəmid cahil və mədəniyyətsiz paşalardan birinin uşağına sinifdə hər kəsin içində:
- Adam ol, atan kimi eşşək olma, deyər.
Uşaq müəllimin bu sözünü dərhal atasına yetişdirər. Paşa çox hirslənər. Müəllimin həddini bildirmək üzrə məktəbə gedər. Müəllim, müdirin otağına çağırılar. Paşa hiddətlə:
- Hocaəfəndi, mən bir paşayam. Mənə eşşək deməyə nə haqqınız var, nə cəsarətdir bu?- deyər.
Əbdürrəhman Şərəf Bəy:
- Nə əlaqəsi var paşam. Mən elə bir şey söyləmədim. Həm sizi tanımam ki, deyər.
Paşa:
- Bəli söyləmisiniz. Tələbəniz olan oğuluma, "Adam ol, atan kimi eşşək olma!" -demisiniz.
Əbdürrəhman Şərəf Bəy:
- Həəə... Bəli... Uşağınızı dərsini çalışmadığı üçün danladım. Lakin sözlərimlə sizə təhqir etmədim. Əksinə sizi nümunə göstərdim. Adam ol atan kimi!... Eşşək olma, dedim -deyər.
Paşa söyləyəcək söz tapa bilməz. Müəllimə təşəkkür edərək məktəbdən ayrılar.

 

4 şərh

bahar
Təşəkkürlər.Nəhayət ki,ağlatmaqdan əl çəkib bir az da güldürdün.Həmçinin də düşündürdün.
Xrizoberil
)))) 2ralın sözünün yerə salacaq deyiləmki ;)
burla xatun
Paşa içində partlaya-partlaya qalacaq yəqin
kulturoloq
Əlbettə həmin sözlərin dalında «Satirik-Tərbiyəvi Mədəniyyət»  durur. Bu sözləri mən kulturoloq kimi çıxış edərəkdən deyirəm.