Zəlzələ

Zəlzələ — yerüstü zərbələr və yerin üst qatının titrəməsidir. Bu həm tektonik proseslərlə müşayiət olunan təbii olaraq, həm də partlayış, su bəndlərinin doldurulması, dağlarda yeraltı sürüşmələrlə müşayiət olunan süni olaraq baş verir. Vulkanların püskürməsi zamanı da kiçik yeraltı təkanlar baş verə bilər.Güclü yeraltı təkanlar evləri və tikililəri uçura, sunami və yer sürüşmələri əmələ gətirə bilər və nəticədə adamların həlakına səbəb ola bilər. Zəlzələ nəticəsində yerin üst qatı formasını dəyişə bilər. Zəlzələ ilə məşğul olan elmə seysmologiya deyilir.

                  Ümumi məlumat

Zəlzələ Yerdə baş verən dinamik proseslər nəticəsində baş verir. Bunun bir nəticəsi kimi lay tektonikasını göstərmək olar. Yerin özəyi və qabığı arasındakı lithosfer laylar zəlzələlərin yaranmasında böyük rol oynayırlar. Zəlzələlər əsasən bu layların sərhəd zonalarında əmələ gəlirlər. Müxtəlif layların bir-birinə nəzərən sürüşməsi və toqquşması yeraltı təkanlara səbəb olurlar. Yeraltı daşların kəsicilik möhkəmliyi həddi keçdikdə onlar burada yaranan gərginliyi sıçrayışla boşlayır və nəticədə yeraltı tektonik təkanlar baş verir. Yaranan enerjinin qiyməti hidrogen bombasının gücündən də 100 dəfə çox olması məlumdur. Bu gərginlik boşalması layların sərhəd zonalarında baş verdiyi kimi, onların orta hissələrində, möhkəmliyi zəif zonalarda də yarana bilər.
Yer qabığının dərinliklərində toplanan potensial enerjinin təsiri ilə yer səthinin ani vaxt ərzində titrəməsinə zəlzələ deyilir. Zəlzələni öyrənən elm seysmologiya adlanır. Xəritədə eyni zəlzələ şiddətindəki nöqtələri birləşdirən xətlərə izoseyestlər deyilir. Zəlzələlər əmələ gəlmə şəraitinə görə 2 yerə ayrılır: 1.Vulkanik mənşəli zəlzələlər.(Vulkan püskürməsindən) 2.Tektonik mənşəli zəlzələlər.(Litosfer tavalarının sərhəddindəki daxili gərginlikdən) Zəlzələ 12 ballıq Rixter şkalası ilə ölçülür.

Zəlzələlərin növləri

Müasir elm zəlzələləri 3 tipə ayırır:
Denudasiya zəlzələləri
Vulkanik zəlzələlər
Tektonik zəlzələlər
Denudasiya zəlzələləri
Denudasiya zəlzələləri torpağa süzülən su, onun bəzi hissələrini həll edir və özü ilə aparır. Yeraltı sular dağıdıcı fəaliyyəti asanlıqla həll olan süxurlarda, məsələn, daş, duz, gips, əhəngdaşı və inkişaf etdiyi yerlərdə meydana çıxır. Bu suların yerinə boşluqlar və ya mağaralar əmələ gəlir. Zaman keçdikcə həmin boşluqların tavan hissələri ağırlıq qüvvəsini təsiri altında aşağı uçur və şiddətli yerə dəyərək zəlzələnin əmələ gəlməsinə səbəb olur.
Müşahidələr göstərir ki, uçma birdən-birə baş verirsə, zəlzələ bir neçə dəqiqədən artıq davam etmir. Bəzən seysmik hərəkətlər bir neçə zəlzələ şəklində meydana çıxır. Bir zərbənin ardınca ikinci və sonrakılar hiss olunur: burada ayrı-ayrı zəlzələlər arasındakı fasilə bir neçə gün ola bilər. Həmin hadisənin səbəbi odur ki, əmələ gəlmiş baş zərbə həmin mağaranın başqa yerlərində və qonşu mağaralarda müvazinətin pozulması və əlavə uçqunların əmələ gəlməsinə səbəb olur. Bu kimi zəlzələlərə uçma və karst deyilir.
Vulkanik zəlzələlər
II tip zəlzələlər vulkanik fəaliyyətlə əlaqədardır. Burada vulkan fəaliyyətinin ən dəhşətli dövrünü xatırlamaq kifayətdir: hər bir partlayış zamanı müxtəlif böyüklükdə olan bərk püskürmə məhsulları atılır, kraterin dibi titrəyir. Püskürmədən əvvəl vulkan ətrafında hiss olunan müxtəlif yeraltı zərbələr bu qəbildəndir. Vulkanik zəlzələlərin səbəbləri üstdəki layların təzyiqinə üstün gələ bilməyən qazların partlamasından ibarətdir. Yerin titrəməsinin böyük qüvvəyə çatmağına baxmayaraq, onlar böyük sahəyə yayıla bilmir. Vulkanik zəlzələnin yayılmasının nə qədər məhdud olduğunu bundan bilmək olar ki, Mon-Pele vulkanının püskürməsi zamanı ən yaxın seysmoqraflar heç bir zərbə və təkan qeyd etməmişlər.
Tektonik zəlzələlər
III tip zəlzələlər Yer qabığında qırışıqların və çatların əmələ gəlməsi ilə əlaqədardır.
Tektonik zəlzələlər vulkanik və karst zəlzələsindən aşağıdakı xüsusiyyətlərinə görə fərqlənir:
yayıldığı sahənin böyüklüyü;
əmələ gəldiyi parçalanma və pozulmaların böyük ölçüdə olması;
əhəmiyyətli məsafədə zərbələrin eyni zamanda baş verməsi;
bu zəlzələnin mərkəzi müxtəlif, bəzən böyük dərinlikdə olması ilə fərqlənir.
Zəlzələlərin ancaq əhəmiyyətsiz hissəsi vulkanizm, mağara tavanlarının uçması, şaxtalarda uçqunların baş verməsi ilə əlaqədardır. Demək olar ki, zəlzələlərin hamısı tektonik zəlzələlərdir. Planetimizin daxilində təsir edən daxili qüvvələr tədricən toplanır və hər hansı bir yerdə süxurların müqavimətetmə qabiliyyətindən artıq olduqda, həmin süxurların birdən-birə parçalanması və ya çatlaması baş verir. Parçalanma, hər tərəfə yayılmaqda olan və öz yolunda rast gələn maddələri rəqsi hərəkətə gətirən elastik dalğalar yaradır. Süxurların ilk parçalanma yeri zəlzələnin mərkəzi olur. Mərkəzdə zəlzələ həmişə qısa müddətli olur. Ən güclü təkanlar da belə bir neçə saniyə davam edir. Yalnız Çilidə olan zəlzələlər bir neçə on saniyə davam edir. Toplanmış enerjinin azad olması sürətlə baş verir: enmə, qalxma, üfiqi istiqamətdə sürüşmə və ya mürəkkəb hərəkətlə parçalanma müstəvisi boyu uzunu yayılır.
Yer daxilində zəlzələyə səbəb olmuş ilk hərəkətin baş verdiyi yerə hiposentr deyilir.
Zəlzələnin proqnozu
Zəlzələnin proqnozu üsullarından biri Yer qabığında müxtəlif səslərə qulaq asmaqdan ibarətdir. Yer qabığında hər bir böyük pozğunluqdan qabaq xırda pozğunluqlar baş verir, bu pozğunluqlar zəlzələ yaratmır, lakin hazırlıq işi aparır. Bu ibtidai pozğunluqlar müxtəlif səslər yaradır, səslərə qulaq asmaq üsuluna əsasən həssas səs sihazları ilə bu səsləri eşitmək mümkün olur.
Zəlzələ proqnozunun ikinci üsulu, meylölçənlər vasitəsilə Yer səthinin meylini öyrənməkdən ibarətdir. Bu cihazlar Yer səthinin ən kiçik meylini böyük dəqiqliklə ölçür. Meylölçənlər Yer qabığının hərəkətləri ilə və zəlzələyə hazırlıq işləri ilə əlaqədar olan meylləri qeyd etməkdən başqa, xarici səbəblər nəticəsində baş verən meylləri də göstərir. Təəssüf ki, meylölçənin ümumi qeydlərindən, daxili səbəblərin yaratdığı meyli ayırmaq böyük çətinlik törədir.
Üçüncü üsul atmosferin elekrtik vəziyyətini dəyişməsi, yəni zəlzələdən qabaq və zəlzələ zamanı elektromaqnit dalğaların əmələ gəlməsi üzərində aparılan müşahidələrə əsaslanır. Lakin bu müşahidələr hələlik təsadüfi olub, sistematik tədqiqat aparmağı tələb edir.
Ümumiyyətlə, zəlzələ haqqında əvvəlcədən xəbər verən bir sıra əsaslandırılmış üsullar vardır. Bu üsullar yalnız zəlzələ ərəfəsində yaxşı nəticə verə bilər.
Zəlzələlərin təsnifatı
Zəlzələ ocaqları müxtəlif dərinliklərdə yerləşir.Onların əksəriyyəti yer qabığında 20-30 km dərinlikdədir. Bunula belə dərinliyi 700 km-ə çatan ocaqların da varlığı inkar edilmir.Belə ocaqlarla əlaqədar zəlzələlər dərin fokuslu adlanır. Zəlzələnin intensivliyi yer səthində titrəyişin dərəcəsini göstərir və balla ölçülür. Ölkəmizdə 12 bala bölünmüş seysmik cədvəldən (şkaladan) istifadə olunur. Bu cədvələ görə zəif zəlzələlərin intensivliyi 2-3 bal, güclü zəlzələlərinki 5-6 bal, çox güclülərinki 7 bal, dağıdıcı zəlzələlərinki 8 bal, viranedici zəlzələlərinki 9-10 bal, katastrofik zəlzələlərinki 11-12 bal sayılır. Daha dəqiq desək, 1 bal-hiss holunmayan, 2 bal-çox zəif, 3 bal-zəif, 4 bal-orta, mülayim, 5 bal-nisbətən güclü, 7-bal çox güclü, 8 bal-dağıdıcı, 9 bal-viranedici, 10 bal-məhvedici, 11 bal katastrofik, 12 bal-dəhşətli katastrofik zəlzələ sayılır.
1 bal gücündə zəlzələni insanlar hiss etmir, ancaq seysmik cihazlar qeyd edir. 2 bal gücündə zəlzələni adi şəraitdə bəzi adamlar hiss edir. 3 bal zəlzələni hərəkətdə olan adamlar hiss etmir. Əhalinin ancaq sakit şəraitdə olan qismi hiss edir. 4 balı zəlzələdə qab-qacaq, pancərə şüşələri silkələnir, qapılar cırıldayır. 5 balda binalar tərpənir, mebel hərəkətə gəlir, pəncərə şüşələri, divarların malası çatlayır, yatanlar oyanır. 6 balda titrəyişləri hamı hiss edir, divarlardan asılmış şəkillər və malalar qopur yerə düşür, binalar zədələnir. 7 balda daş binaların divarları çartlayır, antiseysmik və taxta binalar zədələnmir. 8 balda dağların iti yamacları çartlayır, heykələr aşır və ya başqa yerə sürüşür, binalar möhkəm zədələnir. 9 balda daş binalar bərk zədələnir və ya uçub dağılır. 10 balda torpaqda iri çatlar, yarıqlar əmələ gəlir, sürüşmə və uçqunlar baş verir, daş binalar dağılır, dəmir yollarda relslər əyilir. 11 balda yer üzərində enli yarıqlar aşılır, çoxlu sürüşmə uçqun hadisələri baş verir, daş binalar tam dağılır. 12 balda torpaq son dərəcə parçalanır, çoxlu çatlar, sürüşmələr, uçqunlar baş verir, şəlalələr əmələ gəlir, çay dərələrinin qabağı kəsilir., göllər yaranır, çayların məcrası dəyişir. Bütün binalar uçub dağılır
Qrupları
Dərinlik xüsusiyyətinə görə zəlzələlər 4 qrupa bölünür.
Səth zəlzələləri(hiposentr 10 km-ə qədər dərinlikdə yerləşir)
Normal zəlzələlər(hiposentr 10-60 km dərinlikdə yerləşir)
Dərinlik zəlzələləri(hiposentr 60-300 km dərinlik də yerləşir)
Çox böyük dərinlikli zəlzələləri(hiposentr 300-700 km dərinlikdə yerləşir)

Yer kürəsində baş verən zəlzələlər daha çox səth və normal zəlzələlərdir. Çox böyük dərinlikli zəlzələlər adətən Sakit Okean «Odlu qövsü»də baş verir.Zəlzələ ocağı nə qədər dərindirsə dalğaların təsir etdiyi ərazi də bir o qədər geniş olur.Zəlzələ ocağının Yer səthinə perpendikuliyar proyeksiyası «episentr» adlanır. 
Yaranma səbəbləri
Zəlzələnin baş verməsi üçün ilkin şərtlərdən biri də, yerin altında kövək suxurların olmasıdır. Yerin mərkəzinə tərəf irəlilədikcə temperatur artır. Nəticədə suxurlar nisbətən yumşaq olur və burada zəlzələnin yaranması üçün az imkan olur. Zəlzələ ona görə də yerin üst qatlarına yaxın zonalarda cəmləşir. Bəzi hallarda zəlzələ yerin 700 km dərinliyinə qədər işləyə bilirlər. Əgər iki lay toqquşarsa onda, sıxlığı yüksək olan yüngül layı aşağıya yerin dərinliyinə itələyir. Bu Vadati-Buniof-Zonaları adlı model ilə izah olunur.

Zəlzələlər həmçinin vulkan püskürməsi nəticəsində də yarana bilərlər. Ancag burada baş verən zəlzələni tektonik enerjisi məhduddur.

Zəlzələ zamanı Yerdə müxtəlif dalğalar yaranır. Bu dalğalar bütün yer kürəsinə yayılır və seysmoloqlar tərəfindən yerin istənilən nöqtəsində ölçülə bilir. Bu dalğalar yerin üst qatında baş verən dağıntılara səbəb olur.

                                                                                                                  Zəlzələ zamanı

 

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli isə bizimlə söhbətində ölkəmizdə seysmik aktivliyin müşahidə olunmadığını söylədi.

“Zəlzələ bir neçə saniyə və ya bir dəqiqəyə qədər davam edə bilər. Ona görə də vətəndaşlar bu hallarda binanın içərisində təcili təhlükəsiz yerlərə qaçmalı, masanın, ya da çarpayının altına girməlidirlər. Daxili qapıların yerində və ya otağın daxili künclərində dayanmaq da bu baxımdan önəmlidir. Unutmaq olmaz ki, belə hallarda binanın daha çox xarici divarları uçur. Dayandığınız yer təhlükəli, ya da möhkəm deyilsə, onu yalnız təkanlardan sonra dəyişmək lazımdır. Çünki zədələnmiş binalarda təkrar təkanlar daha təhlükəlidir”.

Son günlər dünyanın bir çox ölkələrində ard-arda bir sıra təbii fəlakətlər baş verir. Bunlardan ən dəhşətliləri isə Haitidə və Çilidə baş vermiş zəlzələlərdir. Belə ki, Haitidə zəlzələ zamanı 300 min, Çilidə isə 800-ə yaxın insan dünyasını dəyişib. İnsan tələfatı ilə nəticələnməsə də zəlzələlər son vaxtlar Türkiyə, İran, Yunanıstan, Yaponiya, Venesuela və digər ölkələrdə də qeydə alınıb. Maraqlıdır ki, fevralın 27-də Çilidə baş verən və bütün dünyanı silkələyən 8,8 bal gücündə zəlzələnin dünyanın orbitini belə dəyişdiyi bildirilir. Alimlər iddia edirlər ki, Yer kürəsinin kütləsinin dəyişməsi nəticəsində planetimiz oxundan təxminən 8 santimetr aralanıb. Nəticədə, dünyada sutkanın uzunluğu 1,26 millisaniyə azalıb…

Təbii ki, ölkəmiz də heç nədən sığortalanmayıb və burada da zəlzələ hər an baş verə bilər. Maraqlıdır ki, bizdə dövlət qurumları bu məsələ ilə bağlı əhali arasında, demək olar ki, heç bir maarifləndirmə işləri aparmırlar. Halbuki Avropa ölkələrində zəlzələlərlə bağlı vaxtaşırı maarifləndirici tədbirlər görülür. Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli isə bizimlə söhbətində ölkəmizdə seysmik aktivliyin müşahidə olunmadığını söylədi. Onun sözlərinə görə, bəzi rayonlarda zəif təkanlar qeydə alınsa da tələfat baş verməyib. O, son aylarda bir çox ölkələrdə güclü zəlzələlərin baş verməsini həmin ərazilərin seysmik aktivliyi ilə əlaqələndirdi. Qurban Yetirmişli zəlzələ təhlükəsinin həmişə olduğunu dedi: “Seysmogen zonalarda zəlzələnin olub-olmayacağını əvvəlcədən demək çətin məsələdir. Ona görə də bütün hallarda diqqətli olmaq lazımdır”. 
Stress keçirənlər təhlükəli 
qərarlar qəbul edirlər 
Bəs zəlzələlər zamanı nələrə diqqət etmək lazımdır? Hansı məqamlara əməl etsək, zəlzələdən daha az itki ilə çıxa bilərik? Həmsöhbətimiz deyir ki, zəlzələyə qarşı hazırlığı olmayan insanlar zəlzələ baş verdikdə, adətən, stress keçirdiklərindən bəzən təhlükəli qərarlar qəbul edirlər: “Məsələn, çoxmərtəbəli binaların pəncərə və ya eyvanlarından tullanırlar, liftə minirlər və s. Ona görə də məktəblilər üçün zəlzələlərin mənşəyi, təzahürü və hazırlıq tədbirləri barədə məşğələlər təşkil edilməlidir. Bu uşaqlarda qorxu hissinin azalmasına kömək edər. Təlimlər, seysmik tədbirlər isə həm uşaqların, həm də yaşlıların zəlzələyə psixoloji cəhətdən hazır olmaları baxımından faydalıdır”. 
Ağır əşyaları mənzilin yuxarı 
hissəsində saxlamaq olmaz 
Onun sözlərinə görə, zəlzələdə itkiləri azaltmaq üçün binaları və sənaye obyektlərini tektonik yarıqlar, dik yamaclar, bataqlaşmış yerlər kimi təhlükəli zonalardan kənarda, gözlənilən seysmik təhlükəyə davamlı tikməli, köhnə tikililəri isə seysmik tələblərə uyğun olaraq möhkəmlətmək lazımdır: “Zəlzələ zamanı insan tələfatı və itkilərin çoxu bina və konstruksiyaların uçması, mebellərin və interyerin başqa komponentlərinin davamsızlığı ilə əlaqədardır. Buna görə də evlərdə davamlı və ağır mebellərdən istifadə olunması məsləhətdir. Onlar bərkidilməlidir. Ağır əşyaları mənzilin yuxarı hissəsində saxlamaq olmaz. Çarpayıları əsas divarların və dirəklərin yanında qoymaq lazımdır”. 
Liftə girmək, pilləkənlərlə qaçmaq olmaz 
Xidmət mərkəzinin direktoru ən yaxşı müdafiə tədbiri kimi, insanlara çaxnaşmaya düşməməyi tövsiyə edir: “Zəlzələ bir neçə saniyə və ya bir dəqiqəyə qədər davam edə bilər. Ona görə də vətəndaşlar bu hallarda binanın içərisində təcili təhlükəsiz yerlərə qaçmalı, masanın, ya da çarpayının altına girməlidirlər. Daxili qapıların yerində və ya otağın daxili künclərində dayanmaq da bu baxımdan önəmlidir. Unutmaq olmaz ki, belə hallarda binanın daha çox xarici divarları uçur. Dayandığınız yer təhlükəli, ya da möhkəm deyilsə, onu yalnız təkanlardan sonra dəyişmək lazımdır. Çünki zədələnmiş binalarda təkrar təkanlar daha təhlükəlidir”. 
Bundan əlavə, pəncərələrdən, sobalardan, ağır əşyalardan — kitab rəflərindən, soyuduculardan, qab — qacaq rəflərindən kənarda durmaq tövsiyə olunur. Onlar aşa və ya yerindən tərpənib ağır zədə vura bilər: “Əgər vətəndaş çoxmərtəbəli binanın daxilindədirsə, liftə girməməli və pilləkənlərlə qaçmamalıdır. Çünki belə hallarda pilləkənlərdə basabas olur, liftlər isə işləmir. Bundan başqa, əksər zəlzələlər zamanı pilləkənlər və liftlər uçur. Güclü təkanlardan sonra elektrik və qaz sistemləri qapadılmalı, kibrit, şam və alışqanlardan istifadə edilməməlidir. Qaz axını partlayışlı yanğına səbəb ola bilər”. 
Binadan kənarda olanlara isə zəlzələ zamanı binaya yaxınlaşmamaq, əksinə, kənara — küçənin ortasına, boş sahələrə, bağlara qaçmaq, açıq sahələrə çıxmaq, elektrik şəbəkəsindən uzaqlaşmaq məsləhət görülür: “Zədələnmiş binaların yanından keçərkən diqqətli olmaq lazımdır. Çünki uçqunlar qəflətən baş verə bilər. Bundan başqa, qaz sızması, naqillərin qırılması, şüşə parçalanması təhlükəsi də ola bilər”. 
“Zəlzələ zamanı nə edəcəyini
bilmək işin yarısıdır” 
Dünən “Çağ” Öyrətim İşlətmələri “Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyasında uşaqların təbii fəlakətlərə, o cümlədən zəlzələyə hazırlığı ilə bağlı tədbir keçirildi. Tədbirdə zəlzələnin mənşəyi, təzahürü barədə məlumat verildi və bu cür ekstremal şəraitdə davranış qaydaları şagirdlərə praktiki olaraq göstərildi. Gimnaziyanın müdiri Turan Güneri qəzetimizə açıqlamasında belə tədbirlərin mütəmadi keçiriləcəyini söylədi. Onun sözlərinə görə, bu cür məşğələlər uşaqlarda qorxu hissinin azalmasına kömək edir: “Bu praktika dünyanın bir çox ölkələrində var. Bir neçə gün öncə Türkiyədə bütün orta məktəblərdə zəlzələ ilə bağlı məşğələlər keçirildi. Belə qərara gəldik ki, biz də uşaqlara zəlzələdən qorunmağın yollarını öyrədək. Zəlzələ zamanı nə edəcəyini bilmək işin yarısıdır. İnşallah, başımıza belə hadisə gəlməz, ancaq düşünürəm ki, öyrənməkdə və öyrətməkdə fayda var”.

 

 

0 şərh

Topik müəllifi şərh yazmağa qadağa qoyub