Filmlər

                                              Film

Film sənətiin bir növü olub, hərəkət edən şəkilləri təsvir edir. Belə şəkillər normal halda proyektor vasitəsilə divara və ya ekrana salınmaqla göstərilir. Hazırda kinoteatr və televiziyalarda ağ-qara, rəngli, səssiz, səsli və musiqili filmlər nümayiş olunur. Film həm də kinematoqrafiya elminin əsas predmeti sayılır. Bu optik mediumun XIX əsrdən başlayaraq bu günə kimi texniki, mədəni və sənəti inkişafı ilə film sənətinin tarixi məşğul olur.

Yaranması

Film sənətinin yaranması XVII əsrdə göstərilərn «Sehrli lampa» (latınca:Laterna magica) ilə başlayır. Bu qurğu ilə şüşə üzərində çəkilmiş şəkillər ardıcıllığını (diaprojektora oxşar olaraq) divara salmaqla göstərmək olurdu. Qurğu əl ilə işləyirdi.

1832-ci ildə alman Simon Ştamfer və belçikalıYozef Platyo bir-birindən xəbərsiz eyni vaxtda «canlı çarx»ı düzəldirlər. Bu çarx sehrli lampanın prinsipi ilə işləyirdi. O, fırlandıqda onun üzərindəki şəkillərin ardıcıl hərəkəti nəticəsində səlis hərəkətli kadrlar almaq olurdu.

Mühəndis Frans fon Uxatius 1845-ci ildə bu iki qurğunun kombinasiyasına əsaslanan yeni qurğu ixtira edir. Ancaq bu da uzun səhnələrin göstərilməsi üçün yararlı deyildi.

İlk filmlərin əsasında cizgi dururdu. Filmin sonrakı inkişafı fotoqrafiya ilə bağlı idi. Yozef Niepse işığın müəyyən səthdə saxlanması üsulunu inkişaf etdirdikdən sonra Luiz Daqürr bu sahədə irəliyə doğru daha bir addım ataraq 1839-cu ildə özünün «Daqürretopiya» qurğusunu düzəldir. Bununla da ilk dəfə olaraq təbiətin əksini almaq mümkün olmuşdur. Daqürrotopiya əşyanın metal üzərindən foto pozitividir.

Filmlərin çəkilişinə qədər hələ çox texniki maneələr aradan qaldırlmalı idi. Ayrıca şəkil üçün tətbiq olunan işıqlandırma vaxtı çox uzun idi. Bu sahədə dönüş 1872-ci ildə fotoqraf Edvard Meybridj tərəfindən atın hərəkətini çəkməsi ilə baş verir. Sonralar Ernst Kolrauş 1890-cı ildə Rayn ətrafında özü düzəltdiyi xronofotoqrafla ardıcıl şəkillər çəkir. Alman ixtiraçısı Ottomar Anşuts və fransız Etinne Marey düzəltdikləri «tez oxuyan elektrik qurğu» ilə bu sahədə irəliyə doğru növbəti addımı atmış olurlar. 1893-cü ildə Mareyin assistenti Demeni fotoxronoqrafiya qurğusuna patent alır.

Fransız Luiz Le Prins İngiltərədə ilk birobyektivli film kamerasını düzəldir. 1888-ci ildə o bu kamera ilə şəkillər çəkir, bunlara artıq film demək mümkün idi. Luiz Le Prinsin ixtirası ilə tanış olmayan Villiyam Dikson 1891-ci ildə Tomas Edisonun müəssisəsində kinetoskop və kinemotoqrafı ixtira edir. Bu qurğuda sellüloid film lentləri obyektivin qarşısından keçirilə bilirdi. Ancaq bu kinetoskopdan yalnız bir nəfərin istifadəsi mümkün idi.

Səssiz filmlər

Filmlər yarandığı ilk zamanlardan səssiz nümayiş etdirilmişlər. 1 noyabr 1895-ci ildə Skladovski qardaşları Berlinin klublarının birində düzəldikləri Bioskop ilə 15 dəqiqəlik səssiz film nümayiş etdirirlər. Eyni vaxtda fransalı Lümyer qardaşları öz Kinomoqraf (bu şəkil çəkən, köçürən və çalan qurğulardan ibarət idi) qurğusu ilə səssiz film göstərirlər.

Skaldovski qardaşlarından fərqli olaraq Lümyer qardaşları öz filmlərinin 22 mart 1895-ci ildə olan nümayişinə cəmiyyətin yuxarı təbəqəsinin nümayəndələrini də dəvət etmişdirlər. 28 dekabr 1895-ci ildə Parisdə filmin prezentasiyası baş tutur. Lümyer qardaşlarının düzəltdikləri qurğu Skladovski qardaşlarına mənsub olanı sıxışdırır. Çünki, Lümyer qardaşları bunun üçün böyük kapitala malik idilər.

Səssiz filmlər çox qısa idilər. Onlar cəmi bir neçə saniyə göstərilərək, adi həyatdan və müəyyən zarafatlarla dolu hadisələri təsvir edirdilər. İlk zamanlarda filmə olan maraq bunun üçün düzəldilmiş texniki inkişafla bağlı idi. Filmlərin mövzusuna maraq isə bir qədər gec yaranmışdır.

Lumiere qardaşlarının çəkdiyi filmlər yalnız fotoqrafiyaya tamamlama kimi baxıla bilərdi. Bu canlı şəkillər yalnız dokumentasiya xarakteri daşıyırdılar.

İngiltərəli Qeorq Smit 1902-ci ildə «Doktor» adlı film çəkərək ilk dəfə olaraq filmdə informasiya vermək yolunda addım atır. Onun filmində söhbət pişikdən gedirdi. Perspektivlərin, şəkillərin ölçülərinin dəyişdirilməsi və onların ritmik qaydada uzlaşdırılması ilə o «film dilini» yaratmışdır. İlk filmlər sırasında 1903-cü ildə Edvin Porter tərəfindən çəkilmiş, 12 dəqiqəlik «Qatarda böyük qarət» filmi böyük rol oynamışdır. Bu ilk Vestern tipli filmdə qatara hücum, qaçış kimi tamaşalar təsvir olunmuşdur.

1910-cu ildən Hollivudda (Hollywood) bir çox film ustaları öz müəssisələrini açırlar. Bu yerin seçilməsində əsas rolu oranın çəkişmələrdən uzaq və günəşli olması idi. Sonuncu faktor film materialının işığa güclü həssas olması və günəşin yeqanə işıqlanıdrma vasitəsi olması ucbatından çox vacib idi. Həmin vaxtlarda film sənəti həm ABŞ-da, həm də ondan uzaqlarda inkişaf edirdi. İtaliya filmi Kabiria (Cabiria) (1914) istehsal xərcləri üçün yeni miqyaslar qoyur. Qriffitin çəkdiyi «Millətin yaranması» (1915) və «Tolerantsızlıq» (1916)kimi filmlər məşhurlaşırlar.

Həmin dövrdə komediyaçı Çarli Çaplini filmləri çox sevilirdi. 1921-ci ildə çəkdiyi «Uşaq» filmi ilə o çox böyük uğur qazanır.

Rus film ustası Sergey Eyzenşteyn montaj texnikasının inkişafına təsir göstərir. Onun məşhur filmi «Potyomkin zirehli gəmisi» (1925) bir gəmidə üsyandan və matrosların Odessada rus ordusu ilə toqquşmasından söhbət açır. Bu filmdə işlədilən bir çox səhnələr öz yeniliyinə görə film tarixində tez-tez hallanır.
Danışan filmlər

Səsli filmlərin tarixi 1927-ci ildə ABŞ-da «Caz müğənnisi» filmi ilə başlayır. Bu vaxtdan başlayaraq Amerika film istehsalçıları tezliklə səsli filmlərə keçirlər və bütün dünya üzrə bunun geniş yayılmasında aparıcı rol oynayırlar. İlk səsli filmlərin çəkilməsi müəyyən texniki problemlərlə bağlı idi. Dəqiq sinxronizasiya etmək çətinlik yaradırdı. Ona görə də, səsli filmlərin çəkilişi əsasən 1930-cu ildən başlayaraq vüsət alır. Bu sahədə Western Electric und Küchenmeister-Tobis-Klangfilm-Gruppe şirkətləri tanınmış idilər.

1930-cu ildən başlayaraq Paris, London və Hollivud film sahəsində əsas mərkəzlərə çevrilirlər. Həmin ərəfədə Almaniyada nasional sosialistlərin hakimiyyətə gəlməsi ilə bu sahədə çalışan iki minə yaxın yəhudu əsilli mütəxəssis mühacirət edir və bununla Almaniyada bu sahə başqalarına nisbətən geri qalır.

1939-cu illər klassik Hollivud kinosu ərəfəsi sayılır. Burada çəkilən filmlərin mövzusu bəxt və ümid haqqında fantaziyalı təsəvvürlər idi. Filmlərin sonu isə həmişə yaxşılıqla qurtarırdı. Amerikada hökm sürən iqtisadi böhran zamanı belə filmlər rəğbətlə qarşılanırdı. 1940-cı ildən başlayaraq isə artıq filmlərdə realiq yer almağa başlayır. Amerika studiyaları film sənayesində özlərini möhkəmlədirlər. ABŞ-ın ikinci dünya müharibəsində iştirakından sonra Amerika filmi propaqanda alətinə çevrilir. Bir çox film yaradıcıları, o cümlədən Çarli Çaplin və Volt Disneydə anti faşist propaqandası ilə məşğul olurlar.

İkinci dünya müharbəsindən sonra Amerikada film sənayesi öz inkişafı ilə irəliləyirdisə, Avropada bunu yenidən başlamaq lazım gəlirdi. Avropa filmi İtaliyadan başlayır. Ancaq bu filmlər kasıb malliyə imkanına görə qısa və çox zaman xüsusu effektsiz istehsal edilirdi və kənar adamların əsas rollarda iştirakı ilə çəkilirdi. Buna görə də, bu filmlərdə adi insanların həyatı təsvir edilirdi və bununla güclü sosial potensiala malik idi. Rejissor Roberto Rosselianinin çəkdiyi bu növ filmlərə neorealizm deyilirdi.

Film sənətində növbətii inkişaf mərhələsi kinoteatra rəqabət yaradan televizorun yaranması ilə əlaqədardır. Ona görə də, tamaşaçıları cəlb etmək üçün kino daha da inkişaf etdirilməli idi. Kinonu maraqlı etmək üçün bir çox texniki yeniliklər baş verir. Buna geniş format, stereo və rəngli filmləri misal göstərmək olar. Sonralar isə 3D filmləri yaradılır.
1960-70-cı illərdə filmin inkişafı
Bu ərəfədə Hollivudun «qızıl dövrü» başa çatır. Məşhur Hollivud aktyorları artıq qocalmış və ya çoxları vəfat etmişdilər. Film studiyaları Jak Verner kimi yaşlı şəxslər tərəfindən idarə edilirdilər. Çəkilən filmlər çox vaxt reallıqdan uzaq mövzuları əhatə edirdi. Bununla azalan tamaşaçı kütləsini geri qazanmaq üçün az keyfiyyətli monumental və musiqili filmlərin çəkilməsinə studiyalar küllü miqdarda maliyyə vəsaiti qoyurlar.

Bu vaxt Avropada film sənətində yeni kreativ cərəyanlar yaranmağa başlayır. Rejissorlar ketdikcə daha böyük əhəmiyyət kəsb edir və ssenarist kimi də ad qazanırlar. Belə bir təmayül isə Hollivud film sənayesində o qədər də hiss olunmurdu.

1950-ci illərin sonunda fransız Nuvel Vako (Nouvelle Vague) müəllif filmi olan «Sonuncu nəfəsdə» filmini çəkir. O dövrdə İngiltərədə movcud olan «azad kino» buna paralel kimi göstərilə bilər. İngilis filmləri adətən fəhlə təbəqəsindən bəhs edir və sosial problemləri diqqət mərkəzinə gətirirdi. Yazıçı Alan Sillitoenin əsərləri maraqla filmə çəkilirdi.

Latın Amerikasında da film sənayesi inkişaf etməkdə idi. Buradakı filmlərin əsas mövzusu əhalinin siyasi və iqtisadi təzyiqlərə qarşı apardığı mübarizəni əhatə edirdi. Belə adlanan «Sinema Novo» təkcə latın amerikasında deyil, başqa dövlətlrədə də bu mövzuda filmlərin çəkilməsinə təkan vermişdir. Məsələn bir çox şərqi Avropa dövlətlərində diktator rejimlərini tənqid edən filmlər meydana gəlir.

ABŞ filmləri sonralar yendiən öz fəaliyyətini gücləndirir. Hollivudda yeni mərhələ başlayır. Bu Artur Bonni, Klide və Nik Nikolson (1967) kimi şəxslərin filmdəki rolları ilə başlayır. Amerika filmləri getdikcə siyasi, ictimai və getdikcə daha çox seks və ictimai qəddralıq mövzuları ilə məşğul olmağa başlayır Azərbaycan Kinosu

 

0 şərh