“Arxadan vurulan zərbə” filmi haqqında

“Arxadan vurulan zərbə” 1977-ci ilin filmidir. SSRİ Dövlət Təhlükəsizliyi orqanlarının 60 illiyinə həsr olunub. Elçinin «Ox kimi bıçaq» povesti əsasında, onun ssenarisi ilə çəkilib. Arif Babayevin rejissor işidir. Ali kateqoriyalı filmlər siyahısındadır. Sovet filmləri kateqoriyaya bölünürmüş, həm çəkildiyi texniki və yaradıcı göstəricilərinə, həm də prokatdakı “nüfuzuna” görə. O vaxtın statistikasına görə, “Arxadan vurulan zərbə”yə SSRİ-də 17 milyon adam baxıb.
Film Əhməd Qəmərli adlı sovet çekistinin müəmmalı şəkildə qətlə yetirilməsindən və bu cinayət işinin araşdırmasından bəhs edir. Bütün sovet filmləri kimi, quruluşun ideologiyasının təbliğatıdır.

Davamı →

“Bəyin oğurlanması“ filmi haqqında

1985-ci ilin filmidir — filmlərin də insanların da sevildiyi, dostluqların təmənnasız, yoldaşlığın sədaqətli olan vaxtlarının. Bu fikrə az sonra qayıdacağıq...
Ssenari xalq yazıçısı Mövlud Süleymanlınındır. “Bəylik dərsi” ssenarisinin də müəllifidir. “Köç” romanı 1995-ci ilin “Ən yaxşı romanı” olub. Dediyim odur ki, ssenari müəllifi balaca ad deyil, xalq yazıçısıdır, amma ssenarinin film üçün yararsız — yəni maraqsız olması ilə bağlı çox söz-söhbətlər gəzib. O söz-söhbətlərin səbəbinə də qayıdacağıq...
Hələlik onu deyim ki, söhbətimiz “Bəyin oğurlanması” filmi barədədir.  

Davamı →

Həyatınızı dəyişəcək filmlər

  • Kino
1. Requiem for a Dream (Arzu üçün rekviem)
Narkotik aludəçisi olan yeniyetmə, onun televiziya qurbanı olan anası və onların arasında günü-gündən böyüyən uçurum… Çarəsiz anasını sağ saxlayan yeganə şey onun sevimli oyun şousudur. O, bir gün bu müsabiqədə iştirak etmək hüququ əldə etdikdə, onun yeganə qayğısı mükafat olan qırmızı paltara geymək olacaq.

Davamı →

Novruz bayramının əks olunduğu Azərbaycan filmlər

  • Kino
“Dəli Kür”
“Yazıçı İsmayıl Şıxlının eyniadlı romanı əsasında rejissor Hüseyn Seyidzadənin ekranlaşdırdığı “Dəli Kür” (1969) filmində Novruz bayramı ilə bağlı kadrlar var. Yeni quruluş və yeni dəyərlərlə köhnə dünyanın toqquşmasını təsvir edən filmdə cavanların müəllimlərinə bayram payı gətirməsi, yumurta döyüşdürmə, uşaqların müxtəlif Novruz adətləri ilə bağlı oyunları, bacadan şal atmaları əksini tapıb:
“Urus, bu toyuq bu yumurtanı doğub...”

Davamı →

Benim Dünyam



Filmi izləməyim üzərindən 2 aydan çox keçib,yəni film haqqında yazmağa gecikmiş ola bilərəm.Uğur Yücelin çəkdiyi və Beren Saatla birlikdə baş rolda oynadığı Benim Dünyam filmi, iki yaşında olarkən keçirdiyi amansız bir xəstəlik səbəbi ilə görmə eşitmə bacarığını itirən Elanın həyat hekayəsini və müəllimi Mahir Hoca ilə olan münasibəti çox cəlbedici bir üsulla göstərilir. Rejissorların,afişlərin deyildiyi kimi film Hind filmi olan “Black” filmindən götürülüb.Filmin ssenarisindən deyil də, daha çox oyuncuların bacarıqları haqqında yazmaq istəyirəm.
Ardı →

Filmlər

                                              Film

Film sənətiin bir növü olub, hərəkət edən şəkilləri təsvir edir. Belə şəkillər normal halda proyektor vasitəsilə divara və ya ekrana salınmaqla göstərilir. Hazırda kinoteatr və televiziyalarda ağ-qara, rəngli, səssiz, səsli və musiqili filmlər nümayiş olunur. Film həm də kinematoqrafiya elminin əsas predmeti sayılır. Bu optik mediumun XIX əsrdən başlayaraq bu günə kimi texniki, mədəni və sənəti inkişafı ilə film sənətinin tarixi məşğul olur.


Ardı →

Filmlərdən faktlar

  • Kino
İndiyə qədər çəkilmiş ən bahalı film 289 milyon dollar büdcəli «Harry Potter and the Goblet of Fire» olub. Bundan əvvəlki rekord 280 milyon dollar ilə «Return of the King»ə aid idi.

Charlie Chaplin gizlicə qatıldığı bir «Charlie Chaplin-ə bənzəmə» yarışmasını qazana bilməmişdi.

«Matrix-in Neo-su» üçün ilk olaraq Leonardo DiCaprio və Ewan McGregor-a təklif aparılmış ancaq ikisi də rolu rədd etmişdi.

“Star Wars” dakı şüa qılıncının səsi bir film proyektoru səs-küyü ilə arxası sökülmüş bir televiziyaya yaxınlaşdırılmış mikrofonun yazdığı səs qarışdırılaraq edilmişdi.

Haley Joel Osment «Altıncı Hiss»dəki səhnələrində kifayət qədər sarsılmış görünmək üçün çəkilişlərdən əvvəl özünü divardan divara vururmuş.
Ardı →