Uşaqlar ilk 5 aylarında ana dilini həmişəlik yadda saxlayırlar

Cənubi Koreya universitetinin mütəxəssisləri tərəfindən aparılan tədqiqata görə, hətta insan uşaq yaşalrından başqa bir ölkəyə köçsə və dilini unutsa belə o, ana dilinin dərinliklərini gizlincə qoruyub saxlayır.
Tədqiqatda Cənubi Koreyadan övladlığa götürülmüş amma hollandca danışan böyük insanlar iştirak edib. Onlar koreya dilini bilməsələr belə, bu dildəki sözləri tələffüz etmək bacarığını qoruyub saxlayıbar.
Burdan yola çıxan alimlər bu qənaətə gəliblər ki, valideynlər uşaqlarıyla doğulan gündən danışmağa başlamalıdırlar. Cənubi Koreyada doğulan, amma Hollandiyada böyüyən uşaqlar hələ də koreya dilini xatırlayırlar
" Tədqiqatın yekun nəticələrinə görə uşaqlar vacib dil biliklərini ilk 5 ayında alirlar. Bu bilikləri uzun illər sonra əlavə səy göstərmədən dilin öyrənilməsi possesində bərpa etmək mümkündür. Daha dəqiq desək bu cür insanlara yeni dili öyrənmək yetərincə asan olacaq", -deyə tədqiqatın rəhbəri Ciun Çou bildirib. Alimlər iki qrup hollandlı arasında — ölkədə doğulub böyüyən və körpəlikdən övladlığa götürülən hollandlar arasında dil testi keçiriblər.
Məlum olub lki, 6 aylığında övladlığa götürülən uşaqlar öz həmyaşıdlarından fəqrli olaraq onlara tanış olmayan dildəki sözləri düzgün tələffüz edirlər. Hollandiyada doğulanların tələffüzündə isə holland dilinin təsiri özünü göstərib.  Maraqlıdır ki, alimlər ilk aylarında övladlığa götürülən uşaqla daha boyük yaşda övladlıq edilən uşağın tələffüzü arasında incə fərqi belə hiss etməyiblər .Tədqiqatçıların baxışına görə dil biliyi mücərrəd xarakter daşıyır və təcrübədən asıl deyildir.
Tədqiqat göstərir ki, yeni doğulmuş körpələrlə ilk gündən danışmaq vacibdir
«Yadda saxlayın ki, dilin öyrənilməsi prossesi uşağın ilk aylarında başlayır və faydalı dil bilikləri də bu zaman mənimsənir. Körpənizlə daha çöx danışmağa çalışın, çünki onlar sizin dediklərinizi eşidirlər və mənimsəyirlər» -deyə Ciun Çou valideynələrə belə məsləhət verib.
Dil öyrənmək prossesi çox erkən, uşaq ana bətnində olarkən başlayır. Uşaq doğulan zaman artıq anasının səsi tanıyır. Ana dilində danışmağın və anlamağın əsasının kiçik yaşlarından qoyulduğu alimlərə çoxdan məlum olsa da, onlar ana dilinin mənimsənilməsinin mücərrəd olmasından bixəbər idilər.
 
Mənbə: bbc.com


Oxşar məqalələr

 

0 şərh