Uşaqlarda eşitmə itkisinin qarşısını necə almaq olar?

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünyada 32 milyon uşaqda eşitmə itkisi mövcuddur.
Hər xəstəlikdə olduğu kimi uşaqlarda inkişaf edən eşitmə itkisində də erkən diaqnoz vacib əhəmiyyət daşımaqdadır. Bunun səbəbi isə uşaqların nitq funksiyalarının böyük bir hissəsinin ilk 2 yaşda tamamlanmasıdır.
Bu səbəbdən bu dövrdə təsbit edilə bilməyən eşitmə itkisi uşağın danışma və dil inkişafına mənfi istiqamətdə təsir edir və bərpası çox çətin olan problemlərə gətirib çıxarır.
Bunun nəticəsində uşaq təhsil və ictimai həyatında həmyaşıdlarından geri qalır və psixoloji problemləri olan, fərqlənən bir fərdə çevrilir. Erkən diaqnoz sayəsində isə əksər eşitmə qüsurunun qalıcı hala çevrilməsinin qarşısı alınır və uşağın normal eşitmə səviyyəsinə qovuşması təmin edilə bilir.
Bu sahədə mütəxəssis olan Türkiyəli Prof. Dr. Dilaver Özturan, buna görə hər uşağın doğulan dövründə və məktəb öncəsində qulaq müayinəsi ilə eşitmə yoxlanışından keçməsinin vacibliyini vurğulayır, “Uşaqlarda müşahidə olunan bu kimi hallara valideyinlərin həssas və diqqətli yanaşması erkən diaqnozda böyük əhəmiyyət daşıyır. Uşaqlarda eşitmə qüsuru sadə bir qulaq müayinəsinin ardından eşitmə testləriylə asanlıqla təsbit edilə bilir ” deyə Proffessor bildirir.
Uşaqlarda eşitmə itkisinin qarşısını necə almaq olar?
Bu əlamətlərə qətiyyən biganə yanaşmayın
1. Yeni doğulan körpə (0-6 ay): Gözlənilməz yüksək bir səsə qarşı hərəkət edərək, ağlayaraq və ya hər hansı bir şəkildə reaksiya vermirsə, səs-küyə baxmayaraq oyanmırsa, səsin gəldiyi istiqamətə doğru başını çevirmirsə, səs ilə sakitləşmirsə.
2. 6-12 ay arasında: Soruşduğunuz zaman tanış simanı və ya obyekti göstərmirsə, kor-koranə də olsa səs çıxarmırsa.
3. 12 ay: “Əl sallamaq və ya əllərini bir-birinə çırpmaq” kimi sadə ifadələri anlamırsa.
4. 13 ay-2 yaş arasında :

• Yumşaq bir səsin gəldiyi istiqamətə ilk çağırışta baxmırsa,
• Ətrafdakı səslərə qarşı reaksiya vermirsə,
• Səsin haradan gəldiyini tapa bilmirsə,
• Öz yaşıtlarının istifadə etdiyi səsləri və ya dili istifadə etmirsə,
• Televizoru normal səslə dinləmirsə və davamlı televizorun yanına gedirsə,
• Anlamaqda və söz istifadə etməkdə davamlı bir inkişaf göstərmirsə səbəb eşitmə itkisi ola bilər.

Uşaqlarda eşitmə itkisi haradan qaynaqlanır
Uşaqlarda eşitmə itkisi anadangəlmə olanlar və sonradan inkişaf edənlər olmaq üzrə iki hissəyə bölünür. Genlər yolu ilə valideynlərdən körpəyə keçən problemlər, hamiləlik dövründə ananın keçirdiyi qızılca və ya metabolik xəstəliklər ilə şüursuz dərman istifadəsi, körpənin daxili qulağındakı funksional pozğunluqlar kimi faktorlar, anadangəlmə faktorlardan bəzilərini meydana gətirir.
Prof. Dr. Dilaver Özturan sonradan inkişaf edən eşitmə itkisi səbəblərini belə sıralayır: “Qızılca, qulaqardı şiş, rubella və infeksiya xəstəlikləri, orta qulaq iltihabı, genik əti böyüməsi və allergik reaksiyalara bağlı qulaqda maye yığılması uşaqlarda çox tez rast gəlinən eşitmə itkisi səbəblərindəndir. Xarici qulaq yolunun çirkli tıxanması, baş travmaları və həddindən artıq səs-küylü mühitlər də eşitmə itkisiylə nəticələnə bilən digər əhəmiyyətli faktorlar arasındadır.”

Müalicə hansı şəkildə aparılır
Prof. Özturan, müalicədə müvəffəqiyyətli nəticə əldə edə bilmək üçün eşitmə itkisinin səbəbini və tipini təsbit etmənin çox əhəmiyyətli olduğunu vurğulayır:
“Eşitmə qüsurunun böyük bir qisimi qulağın təmizlənməsi ya da xarici cismin çıxarılması və dərman müalicəsi kimi sadə üsullarla aradan qaldırıla bilir. Orta qulaqda maye olması kimi vəziyyətlərdə problem sadə cərrahi üsulla həllini tapır. Erkən diaqnoz edildiyində doğuşdan ya da sonradan ortaya çıxan daxili eşitmə itkilərində eşitmə cihazı, bionik qulaq (Koklear implant) və xüsusi təhsil ilə reabilitasiya sayəsində uşağın irəlidə qarşılaşa biləcəyi ictimai və təhsil problemlərinin qarşısı alınır.”
 
 
 
Mənbə: yaaz.az
 

0 şərh