Uşaqlarda yuxu və əqli inkişaf arasında əlaqə

Uzun illərdir davam edən “ Dahi insanlar daha gec yuxulayır” mübahisəsi uşaqlara qədər uzandı. “Ağıllı uşaqlar daha az yatır” ifadəsi valideynlərin bir çoxunun təsəllisidir. Bu fikir doğrudurmu? Ağıl və yuxu arasında belə bir əlaqə varmı? Uşaqlarda ağıl və yuxu arasında əlaqəyə aid verilən suallara cavab axtarıb tapdıq. Yuxu və ağıl arasında mütənasiblik haqqında “ Huffington Post” qəzetində yer alan xəbərə görə, Amerikada gənclər arasında aparılan araşdırmalar ağıllı insanların orta və zəif zəkaya sahib insanlara nəzərən daha gec yuxuya getdiklərini göstərir.
Uşaqlarda yuxu və əqli inkişaf arasında əlaqə
London Ekonomik və Politik Universitetində psixoloq olan Soloshi Kanazawa da yuxu və zəka əlaqələrinin doğruluğunu təsdiq edir. Zəkalı insanlar zəif İQ sahibi insanlarla müqayisədə gecə daha aktiv olurlar. Ancaq gecə yatmayan hər uşağın və hər böyüyün zəkalı olduğunu demək də tam doğru deyil. Bu hal hər hansı bir sağlamlıq problemindən də qaynaqlanmış ola bilər, xarakterdən də asılı ola bilər. Uşaq yuxuyagetmə problemi yaşadığından da az yata bilər. Az yatan uşaqlarda duyğu pozğunluqları yarandığı üçün onlarda diqqət dağınıqlığı və narahatlıq halı sıx rast gəlinir. Əgər uşağın yuxu pozğunluğu və sağlamlığında heç bir problemi olmadığı halda yuxusuzluq sıxıntısı yaşayırsa bu uşağın körpəlik əlamətlərini təqib edərək üstün zəkalı olması ehtimalını göz önünə ala bilərsiniz. Uzman psixoloqlar da üstün İQ-yə sahib uşaqların körpəlik dövründə daha az yuxuya ehtiyac duyduqlarını deyir.

Bəs,uşaqlarda yuxu əqli inkişafa necə təsir edir?
0-3 yaş aralığındakı uşaqlarda qaydasında olan yuxu uşaq inkişafının ən önəmli amillərindəndir. Uşaqların fiziki inkişafını təmin edən böyümə hormonu daha çox yuxu prosesi zamanı ifraz olur. Gecələr yata bilməyən uşaqlarda böyümə hormonu əksik ifraz olunduğu üçün həmin uşaqlarda sümük, sinir sistemi və fiziki orqanların inkişafında ləngimələr yaranır. Həm də REM yuxusu adlandırdığımız yuxu periodunda uşaqların gün ərzində öyrəndikləri bilik və bacarıqları mənimsəməsinə köməkçi olan beyin bağları aktivləşir. Bu səbəbdən rejimlə olan yuxu uşağın zehni və fiziki inkişafı üçün əhəmiyyətlidir.

Normadan az yatan uşaqlarda hansı problemlərə rast gəlinir?
Norma qədərində (kifayət qədər) olmayan yuxu uşaqların zehni və fiziki inkişafında bir çox problemlərə yol açır. Böyümə hormonundan əlavə normal bədən fəaliyyəti üçün lazım olan digər hormonlarda da problemlər yaranır. Aclıq və iştah bildirən hormonlarda meydana gələn problemlər səbəbilə uşaqlar normadan artıq yemək yeyə bilər və yüksək kalorili faydasız qidalara maraq göstərə bilərlər. Daha az yatan uşaqlarda narahatlıq, emosional pozğunluqlar, diqqət və konsentrasiya pozğunluqlarına da rast gəlinir. Bu da öz növbəsində uşaqlarda davranış problemlərinin və öyrənmə geriliyinin yaranmasına səbəb olur.
 
 
 
Mənbə: ilk5il.az
 

0 şərh