Yeni doğulan körpənin yuxu rejimi

“Körpə kimi yatmaq” heç deyildiyi kimi rahat yatmaq demək deyil. Bu vəziyyəti çox yaxından müşahidə edirsiniz. Günün çox hissəsini yatmağa sərf edən körpənizdə çox fərqli bir yuxu rejimi var və bu rejimlə əlaqədar suallarınız var. O zaman yeni doğulmuş körpələrdə yuxu ilə bağlı sual və cavablarla buradayıq.

Davamı →

Uşaqlarda yuxu və əqli inkişaf arasında əlaqə

Uzun illərdir davam edən “ Dahi insanlar daha gec yuxulayır” mübahisəsi uşaqlara qədər uzandı. “Ağıllı uşaqlar daha az yatır” ifadəsi valideynlərin bir çoxunun təsəllisidir. Bu fikir doğrudurmu? Ağıl və yuxu arasında belə bir əlaqə varmı? Uşaqlarda ağıl və yuxu arasında əlaqəyə aid verilən suallara cavab axtarıb tapdıq. Yuxu və ağıl arasında mütənasiblik haqqında “ Huffington Post” qəzetində yer alan xəbərə görə, Amerikada gənclər arasında aparılan araşdırmalar ağıllı insanların orta və zəif zəkaya sahib insanlara nəzərən daha gec yuxuya getdiklərini göstərir.

Davamı →

Körpə uşaqlarda yuxunun boy atmasına müsbət təsiri

Alimlər yuxu ilə körpə uşaqların boy atması arasında əlaqəni olduğunu müəyyən ediblər. Belə ki, Oslo Universitetinin alimləri uşaqların əsasən yuxuda böyudüklərini sübut ediblər. Əlbəttə bu proses gündüzlərdə baş verir, ancaq gecə böyümə tempi gündüzünkündən 43 faiz artıqdır.

Amerikalı alimlər isə normadan artıq yatan uşaqlarda 1 sm-ə qədər boy artımı müşahidə edilə biləcəyini deyirlər.

Eksperimentlər daha bir maraqlı nəticəni üzə çıxarıb. Sən demə, qız uşaqları oğlanlardan daha tez böyüyürlər. Mütəxəssislərin fikrincə, yuxuda böyümə hormonu istehsalı artır.

Yuxunun daha bir müsbət cəhəti isə immun sisteminin möhkəmlənməsidir. Bunun üçün də uşaqlara həm boy atmaq, həm də immun sistemini möhkəmləndirmək üçün kifayət qədər yatmaq vacibdir
Davamı →