U.Livinqston Larden: Atanın peşmançılığı.

“Qulaq as, oğul. Bu sözləri sən yatarkən söyləyirəm; balaca əlin yanağının altındadır, qıvrım sarışın saçların isə tərləmiş alnına tökülmışdür. Otağına gizli yolla təkcə gəlmişəm. Bir neçə dəqiqə bundan əvvəl, kitabxanada oturub qəzet oxuyarkən məni ağır peşmançılıq dalğası bürümüşdü. Sənin çarpayının yanına öz günahımı dərk edərək gəlmişəm.
Gör nə barədə düşünürdüm, oğul; yanına gəlməklə pis əhval-ruhiyyəmi yaxşılaşdırmaq istəyirdim. Məktəbə gedərkən geyinib yaş dəsmalı üzünə yaxınlaşdıran kimi səni danlayırdım. Çəkmələrini təmizləmədiyinə görə dərsini verərdim. Paltarından nəyisə döşəməyə atarkən hirslə üstünə qışqırırdım.
Nahar vaxtı səninlə öcəşirdim: Çayı yerə tökdün. Xörəyi acgözlüklə yedin. Dirsəyini stola qoydun. Yağı çörəyin üstünə həddindən artıq qalın yaxdın. Sonra sən oynamağa yollananda, mən qatara tələsəndə, əl edib qışqırqrdın: “Salamat qal, ata!”, mən isə üz-gözümü turşudaraq deyirdim: “Çiyinlərini düz tut!”
Sonra axşam hər şey yenidən başlanırdı. Yolla evə qayıdarkən dizlərində şar oynatdığını gördüm. Corablarında yırtıq vardı. Məndən irəlidə getməyə məcbur etməklə səni yoldaşlarının qarşısında xəcil edirdim. Corab bahadır - əgər onu öz pulunla almış olsaydın, daha səliqəli olardın! Bircə təsəvvür elə, oğul, bunu sənin atan deyirdi!
Yadındamı, qəzet oxuduğum kitabxanaya necə gəldin – qorxa–qorxa, baxışında kədərlə. Mənə mane olduğundan əsəbləşərək qəzetin üstündən ötəri sənə baxarkən qətiyyətsizliklə qapının ağzında dayandın. Mən kəskinliklə soruşdum: “Nə istəyirsən?” 
Heç nə cavab vermədin, lakin bir göz qırpımında üstümə atıldın, boynumu qucaqlayıb öpdün. Balaca əllərin allahın sənin qəlbində yerləşdirdiyi və hətta mənim etinasız münasibətimin söndürə bilmədiyi məhəbbətlə məni qucaqladı. Sonra isə kiçik addımlarla pilləkənlə yuxarı qalxıb getdin.
Oğul, bundan dərhal sonra qəzet əllərimdən sürüşüb yerə düşdü və məni dəhşətli, ürəkbulandırıcı qorxu bürüdü. Vərdiş məni nəyə çevirmişdir? Öcəşmək, danlamaq vərdişi – kiçik oğlan olduğuna görə sənə mükafatım bu idi. Axi, səni sevmədiyimi demək olmazdı, iş burasındadır ki, mən cavanlıqdan son dərəcə çox şey gözləyirdim və səni öz yaşımın meyarı ilə ölçürdüm.
Sənin xasiyyətində isə nə qədər sağlam, səmimi cəhətlər vardır. Sənin kiçik ürəyin uzaq təpəliklər üzərində dan yeri kimi böyükdür. Bu, yatağa getməmişdən əvvəl məni öpmək üçün sürətlə üstümə atıldığın zaman  özünü göstərdi. Bu gün başqa heç nəyin əhəmiyyəti yoxdur, oğul. Sənin çarpayının yanında qaranlıqda utana-utana, qarşında diz çökərək gəlmişəm.
Bu, günahı yumağın zəif yoludur. Bütün bunları sən oyanarkən desəm, bilbirəm ki, başa düşməzsən. Ancaq sabah əsil ata olacağam! Səninlə dostluq edəcək, sən əziyyət çəkəndə mən də əziyyət çəkəcəyəm, sən güləndə mən də dilimi dişləyəcəyəm. And kimi təkrar edəcəyəm: “Axı, o, vur-tut oğlandır, körpəcə bir oğlan!”
Xəyalən səndə yaşlı kişini görürdüm. Lakin, indi çarpayıda səni yorğun-arğın görəndə, oğul, körpə olduğunu başa düşürəm. Hələ dünən ananın qucağında idin və balaca başını onun çiyinlərinə söykəmişdin. Mən səndən çox, lap çox şey tələb edirdim”.

 

4 şərh

aran

İnsan münasibətləri sahəsində Amerkikanın ən görkəmli mütəxəssisi Deyl Karneginin şərhi:


Əgər sizdə uşaqları… tənqid etmək arzusu meydana çıxarsa, elə düşünürsünüz ki, mən deyəcəyəm: tənqid etməyin. Ancaq mən belə etmirəm. Sadəcə olaraq demək istəyirəm: siz uşaqları tənqid edərkən Amerika jurnalistikasının klassik əsərlərindən biri olan “Atanın peşmançılığı”nı oxuyun.


“Atanın peşmançılığı” səmimi ruh yüksəkliyi dəqiqələrində yazılmış, böyük miqdarda oxucunun ürək tellərinə toxunan kiçik əsərlərdən biridir və tez-tez çap olunur. Kiçik əsərlər bəzən ağılasığmaz müvəffəqiyyət qazanır. “Atanın peşmançılığı” məhz belə olmuşdur.
Əgər ailə həyatınızı xoşbəxt saxlamaq istəyirsinizsə,  heç kimi tənqid etməyin.
təpəgöz
Oxuyandan sonra kövrək adamlar yəqin ki ağlayacaq.
nərgiz
Mənə dəsmal verin
Ferbara
Əgər ailə həyatınızı xoşbəxt saxlamaq istəyirsinizsə, tənqid etməyin.