Həyat Da Əslində Bu Deyilmi? | Sevgi hekayəsi

Həyat yoldaşımın sakit təbiətIi birisi olması onda ən sevdiyim cəhət idi. Evliliyimizin ilk illəri bir çoxlarının qibtə edəcəyi qədər gözəl və xoş bir şəkildə keçmişdi.

Ancaq iki illik nişan və beş illik evlilikdən sonra bu sakitlik məni yormağa başladı. Bir vaxtlar çox sevdiyim həyat yoldaşımın bu xüsusiyyəti indi mənim ürəyimcə deyildi.

Münasibətə gəlincə, mən çox yeniliksevər və xəyalpərəst, hətta son dərəcə həssas bir qadındım. Şirniyyat istəyən balaca uşaq kimi romantik anlara can atırdım.Monoton bir münasibət məni bir yerdən sonra yorurdu. Yoldaşımın sakitliyi, başqa sözlə desək, sonrakı illərdə romantik olmaması səbəbindən aramızdakı münasibət soyuq idi.


Davamı →

Sevgini necə hiss etdirmək olar?

  • Sevgi
Yoxsa, siz də “Həyat yoldaşımı çox sevirəm, ancaq sevgimi göstərə bilmirəm”, – deyənlərdənsiniz? Əgər belədirsə, onda aşağıdakıları oxumağa dəyər…

Bir insanın öz həyat yoldaşını sevməsi həm ehtiyac, həm də zərurətdir. Ancaq unutmayın ki, ailənizdə sevgini artırmaq istəyirsinizsə, sevginizi sevdiyiniz adama hiss etdirməlisiniz. Çünki insan sevgisini hiss etdirdikcə bu, qarşı tərəfə də müsbət təsir göstərir və qarşı tərəfdə də sevginin artmasına səbəb olur.

Üstəlik, bu sevgi mübadiləsi davam etdikcə ailə daha da möhkəmlənir. Təbii ki, burada ailə həyatı üçün yeganə amilin sevgi olduğunu demək olmaz. Ailədə sevgi nə qədər vacibdirsə, hörmət, etibar, sədaqət də bir o qədər vacibdir.
Davamı →

Yaxşı həyat yoldaşının vəzifələri

1955-ci ildə Amerika mətbuatında “Yaxşı həyat yoldaşının vəzifələri” başlıqlı manifest çap olundu. Beləliklə yaxşı həyat yoldaşının vəzifələri bunlardır:

1. Şam yeməyi həmişə hazır vəziyyətdə olmalıdır. Bu barədə qabaqcadan, bəzən hətta 1 gün öncədən tədbir görmək lazımdır. Bununla yanaşı təamlar dadlı olmasına və müxtəlifliyinə diqqət yetirmək də vaibdir. Bu həyat yoldaşının qayğısına qaldığını və onun barədə düşündüyün göstərmək üçün bir vasitədir. Əksər kişilər evə qayıdanda ac olurlar və yeməyin xoş görünüşü (xüsusən onun sevdiyi yeməyin) səmimi qarşılamanın ayrılmaz hissəsidir.


Ardı →

Ailə münasibətlərini necə qorumalı?

Qari Çapman ABŞ-da insan münasibətləri üzrə mütəxəssis. Onun ailə və insan münasibətlərindən bəhs edən, 1992-ci ildə qələmə aldığı “Beş sevgi dili” kitabı 5 milyon tirajla satılmış, 38 dilə çevrilmişdir. Kitabdan seçmə hissələr:
Siz sevgilinizlə oturub danışmaq istəyirsiniz, amma o sizə çiçək göndərir. Siz ev yeməyi yemək istəyirsiniz, amma o sizə sarılaraq doyur. Problem sevginizdə deyil, sevgi dilinizdədir. İnsanlar sevgilərini aşağıdakı şəkildə ifadə edirlər:
1. Tərifedici sözlər.
2. Keyfiyyətli zaman.
3. Hədiyyə alma.
4. Xidmət fəaliyyəti.
5. Fiziki təmas.
Sevgi dili “hədiyyə almaq”olanlara bəzi məsləhətlər:
1. Hədiyyələrlə özünüzü göstərə bilərsiniz: Səhər yoldaşınız üçün bir qutu şokolad qoyun (əgər sağlamlığında problemlər varsa seçiminizi dəyişə də bilərsiniz); günortadan sonra arvadınıza çiçək göndərin (əgər çiçəyə qarşı allergiyası yoxdusa); axşam ona bir köynək hədiyyə edin. Arvadınız sizdən “Nə baş verir?” soruşsa “sadəcə sevgimizi artırıram” deyin.
2. Təbiət köməkçiniz olsun: Məhəllədə gəzintiyə çıxanda arvadınıza verəcəyiniz bir hədiyyə axtarın. Bu bir daş, bir budaq parçası, bir çiçək də ola bilər (çiçək öz bağçanızda deyilsə, qonşunuzdan icazə almağı unutmayın). Təbii ki, hədiyyənizə xüsusi bir məna da verə bilərsiniz. Misal üçün, kiçik bir hamar daş  parçası evliliyinizdəki mübahisəli bir çox nüansların artıq öhdəsindən gəldiyinizi göstərə bilər. Bir gül belə sizə xanımızda gördüyünüz gözəlliyi xatırlada bilər.
3. Əl işi olan hədiyyələrin dəyərini unutmayın. Arvadınız üçün özünüz bir hədiyyə düzəldin. Bunun üçün bir sənət və ya əl işi kursuna yazılmağınız da lazım ola bilər. Məqsədiniz arvadınıza hədiyyə düzəltməkdir. Əl işi olan bir hədiyyə xüsusilə bir ailə yadigarı halına çevrilə bilər.
4. Arvadınıza bir həftə boyu hər gün hədiyyə verin. Bu əlamətdar bir günə təsadüf edilən həftə olmaya da bilər. Əgər enerjili insansınızsa bunu bir ay da edə bilərsiniz. Xeyir, arvadınız bunu bir ömür boyu davam etmənizi istəməyəcək.
5. Bir “Hədiyyə fikirləri dəftəri” tutun. Arvadınız “ Bunu doğurdan çox sevirəm”, “Ah, bunlardan bir dənəsi də məndə olsaydı” kimi dedikcə dəftərin hər səhifəsinə qeyd edin. Diqqətlə dinləyin, çox keçməz ki, uzun bir siyahınız olacaq. Bu hədiyyə seçmək zamanında köməyinizə gələ bilər.
 
6. “Kömək edin, başım şişdi!” Arvadınız üçün necə hədiyyə seçmək lazım olduğunu bilmirsinizsə arvadınızı yaxından tanıyan bir dost ya da qohumunuzdan kömək istəyə bilərsiniz. Çox adamın sevdikləri insana hədiyyə almaqdan xoşu gəlir, xüsusilə də bu hədiyyə sizin pulunuzla alınırsa.
7. Varlığınızı hədiyyə edin. “Bu ay səninlə istədiyin yerə gedəcəyik. Mənə vaxtını desən səninlə getmək üçün əlimdən gələni edərəm” deyin. Hazırlaşın! Kim bilir bəlkə də simfoniya, ya da xokkey sizin də xoşunuza gələr.
8. Arvadınıza bir kitab verin və özünüz də oxuyacağınızı deyin. Hər həftə bir hissəni birlikdə müzakirə edəcəyinizi bildirin. Amma sizin bəyəndiyiniz, oxumağını istədiyiniz kitabı deyil, məhz onun maraq dairəsinə uyğun kitabı hədiyyə edin. Bu kitab seks, futbol, əl işi, pul haqqında, uşaq böyütmə, din və yaxud hər hansı mövzuda ola bilər.
9. Uzunömürlü bir hədiyyə verin. Arvadınızın doğum günündə, toyunuzun il dönümündə və yaxud başqa bir gündə arvadınızın adından üzv olduğu hər hansı bir xeyriyyə təşkilatına ianə verin. Təşkilatdan isə arvadınıza bildiriş göndərilməsini xahiş edin. Xeyriyyə təşkilatı qədər arvadınız da həyəcanlanacaqdır.
10. Canlı bir hədiyyə verin. Arvadınızın adına bir ağac əkin. Öz bağçanıza da əkib, sulayıb böyüdə bilərsiniz. Yaxud tez-tez getdiyiniz bir parkda da əkə bilərsiniz. Bunu etdiyiniz üçün hər il təşəkkür qazanarsınız. Alma və ya başqa bir meyvə ağacı əksəniz daha çox savab qazanarsız. 
Davamı →

Yuxun şirin olsun, balaca


Qapıdan girən kimi çöhrəsinə qəribə bir təbəssüm qonur, əllərini quş qanadı kimi açaraq, qucağına atılmaq istəyir. Gözlərindən “məni qucağına al, noolar” ifadəsi oxunur.
Bu sevgiyə laqeyd qala bilərsənmi? Əsla! Sən də onunla bərabər sevinirsən, sevgisinə sevginlə cavab verirsən, “balacam, mənim körpə kəpənəyim, çiçəyim!” deyib, bağrına basırsan onu, ətrini, qoxusunu dönə-dönə ciyərlərinə çəkirsən. Doymursan, bir də, bir də… O da boynuna elə sarılıb ki, səni görə bilmədiyi anların həsrətinə, sanki, “əlvida” deyirmiş.
Toppuş, balaca, qar kimi ağ əllərini ovcuna qoyur, əylənmək, oynamaq istəyir, dünyanı bağışlayırlar sənə. İşdən yorğun gəlsən də, hətta qolların ağrısa belə onu qucaqlayıb öpmək sənə bir qədər də rahatlıq gətirir, dinclik verir. Bu nəvazişdən xoşlanırsan, artıq yorğunluğunu da unutmusan. Və nəhayət, başını köksünə qoyub öz dilində danışa-danışa mürgüləyir, yuxuya dalır...
Beşiyə sarı əyilib, yavaşca yatağına uzadırsan, astaca pıçıldayırsan: “Yuxun şirin olsun! Allah səni qorusun!”
Davamı →

Yaşanan həyat & Seyr edilən həyat

Axşamlar evdə nə edirsiniz?

Divana uzanıb, heç tanımadığınız amerikalı detektivlərlə heç tanımadığınız amerikalı quldurlarımı qovursunuz, yoxsa yerli seriallara qapanıb heç bilmədiyiniz evlərdə yaşanan həyatlarımı seyr edirsiniz?
 Dörd saat televizor seyr etmənin səkkiz saat işləmək qədər beyni yorduğunu bilirsinizmi ?
İki cür həyat var:
1. Yaşanan həyat.
2. Seyr edilən həyat.

Axşamlarınız televiziyaya kilidlidirsə, bilin ki, həyatı yalnız seyr edirsiniz !
Axşamları evdə nə edirsiniz? Axşamlarınızı necə keçirirsiniz? «Bir çoxu kimi biz də semiçka çırtlayıb saatlarla televiziya izləyirik» deyirsinizsə, dayanıb bir düşünün; Dünyaya bir neçə dəfə daha gələcəyinizəmi inanırsınız?!
Belə bir şans olsaydı, hal-hazırkı həyatımızın bir hissəsini ziyan etmək indiki qədər acı nəticələr doğurmazdı  bəlkə də...
Reallıq budu ki, yalnız bir həyatımız var. Və bu həyat da təəssüf ki, çox qısadır...
Təxminən, altmış illik ömrün  iyirmi ili yuxuda keçir. Qalan qırx ilin iyirmi ili uşaqlıq, təhsil, və s. Son iyirmi ili də ziyan etsək, bizə yaşanacaq bir şey qalmaz.
Axşamlarınızı yalnız televiziyaya verirsinizsə, saylı nəfəslərinizin bir hissəsini «zibil qabına» atırsınız deməkdir! Çünki televiziya izləyən adam həyatda deyil, çünki heç bir şey etməməkdə davam edir, heç nə əldə etmir, heç nə öyrənmir; bu da dolayısı ilə yaşamamağa bərabərdir.


Ardı →

Həyat yoxsa həbs yoldaşı?

Qadınla kişi bir ruhdan yaranıb və Allah qarşısında bərabərdirlər. Ailə həyatında da bütün işlər aralarında paylanır. Əks halda,normal ailədən söhbət gedə bilməz. Tez-tez eşidirsən ki,deyirlər, ailənin xoşbəxtliyi əsasən qadınlardan asılıdır. Bu bir həqiqətdir. Həqiqətən də qadından çox şey asılıdır.


O,GÖZƏL OLMALIDIRMI?
Hər bir normal kişi özünə xoşbəxt ailə arzulayır. Təbii ki, bunu təmin edə biləcək həyat yoldaşı istəyir. Danılmaz həqiqətdir ki, əksər kişilər qadında gözəllik axtarır: ancaq qızın əxlaq, mənəviyyat və müdrikliyinə də xüsusi önəm verilməlidir. Əlbəttə, qızın xarici görünüşü də əhəmiyyətlidir. Məhəmməd Peyğəmbər (s.ə.s) kişilərə evlənməmişdən öncə qadını görməyi tövsiyyə edib. Bir nəfər Peyğəmbərə bir qıza elçi göndərdiyini bildirdikdə, Allah rəsulu ona deyir: «Sən onu görmüsən?». Kişi onu görmədiyini söyləyəndə isə Peyğəmbərimiz (s.ə.s) deyir: «Onu gör! Çünki aranızda sevgi və uyğunluq olması xeyrinizədir».


Ardı →