İqlim tipləri

Troposferin aşağı qatlarının anlıq fiziki vəziyyəti hava adlanır.
Müəyyən ərazidə xarakterik  olan hava  tiplərinin təkrarlanan çoxillik rejimi isə iqlim adlanır.
İqlim əmələgətirən əsas amillər aşağıdakılardır:
* Coğrafi enlik(günəş radiasiyası);
* Atmosferin ümumi sirkulyasiyası (hava dövranı, okean cərəyanları və s.)
* Səth örtüyü ( su, quru ,dağ, düzənlik və s)
Hava kütlələrinin coğrafi tiplərinə əsasən 13 iqlim qurşağı ayrılır (B.Alisovun təsnifatına əsasən):
* Əsas iqlim qurşaqları: ekvatorial, şimal və cənub tropik, şimal və cənub mülayim, arktik və antarktik;
* Keçid iqlim qurşaqları: şimal və cənub subekvatorial,  şimal və cənub subtropik,  subarktik, subantarktik.. 
Əsas iqlim qurşaqlarında fərqli olaraq, keçid iqlim qurşaqlarında hava şəraiti il ərzində kəskin dəyişir. Məsələn, subtropik iqlim qurşağında yerləşən Bakının iqlimi. Bunun əsas səbəbi Yerin Günəş ətrafında hərəkətidir. Bele ki, əsas hava kütlələri şimal yarımkürəsində yayda şimala qışda isə cənuba doğru hərəkət edir.
Havanın temperaturunun və yağıntıların illik  gedişindən asılı olaraq bir sıra iqlim qurşaqları iqlim vilayətlərinə (tiplərinə) bölünür. 
* Tropik qurşaq:
a) Dəniz
b) Kontinental (səhra)
*Subtropik qurşaq: 
a) Aralıq dənizi
b) Kontinental;
c) Musson
d) Bərabər rütubətli.
*Mülayim qurşaq:
a) Dəniz;
b) Mülayim kontinental;
c) Kontinental (kəskin)
d) Musson
Həmçinin bax:
Hava və iqlim
 

1 şərh

Robotnik
ən bilmədiyim mövzu iqlimlə bağlı idi. daha problem yoxdur. təşəkkür LUMİNAT