Çox nadir görülən 10 meteoroloji hadisə
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Qarın gözəlliyi və təbiətdəki rolu həmişə insanların marağını çəkib. Bu bloq yazısında hər kəsin sevdiyi qarın necə yarandığını və onun təbiət üçün əhəmiyyətini araşdıracağıq. Qarın yaranma prosesi, atmosfer və iqlim şərtləri, ekosistemlər və insan həyatı üzərindəki təsirləri- bu mövzulara dair bütün mövzular haqqında məlumat verəcəyik.
Bulud dedikdə yəqin ki, ağlınıza atmoseferimizdə üzən, su buxarından ibarət olan buludlar gəldi. Lakin Magellan buludları məhz o mənada işlənilən bulud deyil. Magellan buludları əslində kiçik ölçülü qalaktikalardır. Ətrafında qaz və toz hissəcikləri çox sıx olduğu üçün onlara bulud deyilir. Bu anlayış özündə Böyük Magellan Buludu və Kiçik Magellan Buludunu birləşdirir.
Yer kürəsi öz oxu ətrafında 24 saat müddətində tam dövr edir (360°: 24 = 15°). Nəticədə hər biri 15°-dən ibarət olan 24 saat qurşağı ayrılır. Hər bir qurşaq daxilində vaxt onun mərkəzindən keçən meridiana görə hesablanır və bütün qurşağa aid edilir. Bu vaxt qurşaq vaxtı adlanır. 1924-cü il beynəlxalq sazişinə əsasən, ortasından Qrinviç meridianı keçən saat qurşağı sıfırıncı (eyni zamanda XXIV) saat qurşağı qəbul olunmuşdur. Yer kürəsi qərbdən şərqə doğru fırlandığına görə saat qurşaqlarının sırası da şərqə doğru artır.
Havanın temperaturu iqlim göstəricilərindən biri olub, ilk növbədə, Günəş enerjisindən asılıdır. Yer kürəsində baş verən əksər proseslərin (meteoroloji, hidroloji, bioloji və s.) mənbəyi Günəş enerjisidir. Günəşdən Yer atmosferinə qədər gəlib çatan Günəş şüalarının bir hissəsi (34%-i) əks olunaraq kosmosa qayıdır, qalanları isə atmosferə daxil olur. Onların bir hissəsi (təqribən 19%) udulur və səpələnir, qalan hissəsi Yer səthinə çatır. Səthə düşən enerjinin müəyyən qədəri onun qızmasına və buxarlanmaya sərf olunur. Günəşin şüalandırdığı enerji Günәş radiasiyası adlanır (lat.“radiatio” – şüalanma, işıq).
Yer kürəsində Günəş istiliyi və işığının miqdarı Günəş şüalarının düşmə bucağından asılıdır. Günəş şüalarının düşmə bucağına isə aşağıdakı amillər təsir edir: