Mercedes - Benz C - Class

Mercedes-Benz şirkəti rəsmi olaraq ilin ən gözlənilən yeniliyini təqdim edib. C – Class modelinin səviyyəsi qalxdı. Nəticədə W205 modelinin uzunluğu 95 mm ( ümumi uzunluğu 4686 mm), eni 40 mm (ümumilikdə 1810 mm ) artırılmışdı. Eyni zamanda hündürlüyü 1442 mm təşkil edir.

 Dizayn baxımıdan avtomobil yenilənmiş E — Class və yeni nəsil S — Class modellərinə oxşayır. Yeni modelin yanacaq sərfiyyatı 20 % gədər azaldılıb.Sedan satışa üç mühərriklə buraxılacaq.

C 220 BlueTEC versiyası 2.2 litrlik 4 – silindrli, 170 at güclü mühərriklə təchiz olunur.  C 180 1,6 litrlik, 156 at güclü benzin mühərriklə təchiz olunur. C 200 veriyası isə 2.0 litrlik, 184 at güclü benzin mühərriklə təchiz olunacaq. Sedan yeni 6 pilləli mexaniki və 7-pilləli avtomat 7GTRONIC PLUS sürət qutuları ilə təchiz olunacaq.
 
 

0 şərh