Dünyanın ən sürətli avtomobili

Hennessey Venom GT avtomobili 435,31 km/saat sürət yığaraq, “Ginnesin Rekordlar Kitabı”na daxil olub. Rekord Kennedi adına Kosmik mərkəzin uçuş-enmə zolağında qeyd alınıb.

Hennessey Venom GT 300 km/saat sürəti 13,63 saniyəyə yığıb. Möhtəşəm avtomobili keçmiş mühəndis Brayan Smit sınaqdan keçirib.
 

Superkar Lotus Elise-in platformasında hazırlanıb. Venon GT 7 litrlik 8 silindrli 1244 at gücü olan mühərriklə təchiz olunub. Şirkət ümumilikdə 29 belə avtomobil hazırlamağı planlaşdırır. Onlardan 11-i artıq sifarişçilərə çatdırılıb. Avtomobilin qiyməti 1,2 milyon dollardır.
 

 

0 şərh