İtaliyanın milli sərvəti “Ferrari” avtomobilləri

İtaliyanın milli sərvəti hesab edilən “Ferrari” avtomobilləri İtaliyanın şimalında yerləşən Maranello şəhərində böyük bir zavodda istehsal edilib yığılır. Sözü gedən zavod Ferrarinin tam imicinə uyğundur. Belə ki, həmin zavod təxminən 5 futbol stadionu ölçüsündədir, həmçinin zavodun özünün 3 kmuzunluqda sınaq trassı vardır. Zavod hərbiləşdirilmiş təhlükəsizlik xidməti tərəfindən mühafizə edilir.
Ferrari markasına uyğunluq təkcə zavodun ölçülərində deyil, həm də zavodda tətbiq edilmiş ən son texnologiyalarda öz sözünü deyir. Ferrari zavodunu yüksək texnologiyalı müasir bir kompleksə çevirmək üçün Luke di Montedzemolo – Ferrarinin prezidenti və direktorlar şurasının sədri 12 il müddət və 200 milyon avro xərcləmişdir. Bütün bu yüksək texnologiyalara baxmayaraq, Ferrari də Lamborghini, Rolls Roys,Bently, Buggati Aston Martin kimi “əl işləri” siyahısına aiddir. Belə ki, maşının mühərrikindən tutmuş, salonunun dərisinə kimi hər şey insan əli ilə hazırlanır. Mühərrikin biri isə 5 saat ərzində tökülüb hazırlanır. Əbəs yerə demirlər: Ferrari alarkən ancaq mühərrikin pulunu ödəyirsən, qalanı hədiyyə verilir.

      

 

 

0 şərh