MINI Cooper arzuların avtomobilini yaradıb


MINI avtomobillərinin istehsalçısı Touring Superleggera şirkəti ilə birlikdə yaradılmış yeni konseptini təqdim edib.

Nəticədə dizaynında retrofuturistik avtomobillərin motivlərinin olduğu ikiyerli rodster alınıb. Bu avtomobil italyan vurğusu olan Britaniya avtomobilinin incəliyini daşıyır. Avtomobilin hazırlanmasında yüksək keyfiyyətli dəridən, qara xromdan və alüminiumdan istifadə edilib.

Hər iki şirkətin təmsilçiləri birgə işdən olduqca razı qalıblar. Müəlliflərin sözlərinə görə, onlar bu modeldə Britaniya şirkətinin stilini, dəqiqliyini, eləcə də italyan eleqantlığı və yüngüllüyünü birləşdirə biliblər.









 

1 şərh

Ferbara
Maraqlı fərqli görünüşü var: həm xaricdən, həm də salonda.
Arzu deyəndə elə bildim qənaətcil avtomobil haqda oxuyacam. :)